Tapılan ümumi test sayı : 162
81)
"fəryad deyildir", "şadlıqdır", "rahatlıqdır" sözləri haqqında verilənlərdən yalnız biri doğrudur: Zəhmət fəryad deyildir, bir şadlıqdır insana, Zəhmətinin axırı rahatlıqdır insana. (Nizami Gəncəvi)
Xəta bildir
A)
Hər üçü cümlədə xəbər vəzifəsindədirlər.
B)
Biri isim, digərləri isə sifətdir.
C)
Deyilişi və yazılışı fərqlənməyən sözlərdir.
D)
Heç birinin sinonimi yoxdur.
E)
Hər üç söz sifətdən düzəlmiş isimdir.
82)
Hansı sözün leksik mənası səhv göstərilmişdir?
Xəta bildir
A)
məzuniyyət – işləyən adama istirahət üçün verilmiş müəyyən vaxt
B)
məftun – vurğun, valeh
C)
məzlum – zülmə məruz qalan
D)
məzəmmət – tərif
E)
mətin – möhkəm, sarsılmaz
83)
“İçəridəki” sifətinin morfoloji təhlilindəki səhvi göstərin.
Xəta bildir
A)
Hansı? sualına cavab verir.
B)
Zərfdən düzəlib.
C)
İki şəkilçi – bir leksik, bir qrammatik şəkilçi qəbul etmişdir.
D)
Adi dərəcədədir.
E)
Düzəltmə sifətdir.
84)
Cümlələrdən birində həmcins mübtədalar məsdər tərkibləri ilə ifadə olunmuşdur:
Xəta bildir
A)
Bir şeyi həqiqətən bilmək onu anlamaqla olur.
B)
Kasıblıqda sərvət olan, zənginlikdə isə zinət olan elmə yiyələnmək əsl səadətə çatmaq deməkdir.
C)
Elmdə digərlərindən üstün olana yaraşan əməldə də onlardan üstün olmağıdır.
D)
Elmi əvvəlcə dinləmək, bundan sonra onu düşünmək və mənimsəmək, daha sonra isə anlamaq lazımdır.
E)
Ya öyrədən, ya öyrənən, ya dinləyən, ya da elmi sevən ol, amma beşincisi olma.
85)
Hansı sözlərin tələffüzü düzgün verilməmişdir? 1. [tərriyəcək] 2. [seans] 3. [na:mə:lum] 4. [marağnan] 5. [yüzdüx’] 6. [ovsunnamax]
Xəta bildir
A)
2,3,5
B)
3,5,6
C)
1,4,6
D)
1,4,5
E)
1,2,4
86)
Sıraların hansında "q" hərfi ayrı-ayrılıqda {q}, {ğ}, {x}, {k} səslərini ifadə edir?
Xəta bildir
A)
məxluq, natiq olmaq, artıq-əskik
B)
əqrəba, anlaşıqlı, balıqqulağı
C)
haqqında, toqqa, aşıq havası
D)
aşiq, aşıq, əqidə birliyi
E)
üfüq xətti, uşaq, qənimət
87)
Hansı sözü iki mənada başa düşmək olar?
Xəta bildir
A)
səngər
B)
əlcək
C)
düşüncə
D)
sürü
88)
Sözlərdən neçəsi düzəltmədir? dinlə, başla, gözlə, bəslə, ağla, yaxala, işarələ, qarşıla
Xəta bildir
A)
8-i
B)
4-ü
C)
3-ü
D)
5-i
E)
6-sı
89)
“Əhməd Cavad Hüseyn Cavid Mikayıl Müşfiq bir sözlə dövrünün ziyalısı olan məşhur sənətkarlarımız 30-cu illərdə represiya dövründə faciəli surətdə qətlə yetirilmişlər” cümləsində hansı durğu işarələri buraxılmışdır?
Xəta bildir
A)
4 vergül, 3 tire
B)
2 vergül, 2 tire
C)
4 vergül, 1 defis
D)
3 vergül, 2 tire
E)
3 vergül, 2 defis
90)
Söhbət hansı cümlədən gedir? 1. Xəbər əsasında formalaşır. 2. Mübtədası təxmin olunsa da, bərpa oluna bilir. 3. Xəbəri III şəxsin cəmində olur.
Xəta bildir
A)
adlıq cümlə
B)
müəyyən şəxsli cümlə
C)
şəxssiz cümlə
D)
ümumi şəxsli cümlə
E)
qeyri-müəyyən şəxsli cümlə
91)
Həm sadə, həm də düzəltmə sözlərin verildiyi cərgəni tapın.
Xəta bildir
A)
yoxsul, nadinc, yaşa
B)
sarsıntı, on birinci, bugünkü
C)
yazıçı, açıqürəkli, şirindil
D)
tərbiyəvi, yoxla, mənəvi
E)
əxlaqi, gözəllik, içimizdəki
92)
İsimləşmiş feli sifət tərkibinin işləndiyi cümləni müəyyənləşdirin.
Xəta bildir
A)
Sözündə heç vaxt yalan olmayan, üzündə isə həmişə incə bir təbəssüm olan rəfiqəmi çox sevirəm.
B)
Etdiyimiz səhvləri bir daha təkrarlamamağa çalışmalıyıq.
C)
Öz qüsurları ilə məşğul olanların başqalarının qüsurlarını araşdırmağa zamanı olmaz.
D)
Gözəl görən, gözəl düşünən kəslər həyatlarından ləzzət alarlar.
E)
Əxlaqı gözəl olan insan hər yaşda gözəldir.
93)
Hansı cərgədəki sözlərdə vurğu son hecaya düşmür?
Xəta bildir
A)
enerji, qüvvə
B)
epiqraf, epiloq
C)
impuls, təcil
D)
elan, afişa
E)
gigiyena, qlükoza
94)
Qeyri-müəyyənlik bildirən təsirlik hala aid edilmiş fikirlərdən biri yanlışdır:
Xəta bildir
A)
Təsirli feldən əvvəl işlənir.
B)
Xüsusi qrammatik şəkilçisi yoxdur.
C)
Nə? sualına cavab verir.
D)
II növ təyini söz birləşməsinin I tərəfi kimi çıxış edə bilir.
E)
Cümlədə qeyri-müəyyən vasitəsiz tamamlıq vəzifəsində işlənir.
95)
“şəhər əhalisi o gözəl insanı ləyaqətlə qarşıladı” cümləsindəki isimlər hansı haldadır? Ardıcıllığı ilə göstərin.
Xəta bildir
A)
yiyəlik, adlıq, adlıq
B)
yiyəlik, adlıq, təsirlik
C)
adlıq, adlıq, təsirlik
D)
yiyəlik, təsirlik, təsirlik
E)
adlıq, təsirlik, təsirlik
96)
Tamamlayın: elan, reklam, bildiriş, .....
Xəta bildir
İstinad : bilikli.net
A)
bəyanat
B)
afişa
C)
nota
D)
ərizə
A)
süzüntü
B)
sarsıntı
C)
söküntü
D)
axıntı
98)
Verilmiş cümlələrdən biri məqsəd budaq cümləli tabeli mürəkkəb cümlədir:
Xəta bildir
A)
Sualları cavablandırarkən diqqətli olun ki, doğru variantı asanlıqla seçə biləsiniz.
B)
O şagird ki uğur qazanacağına inanaraq məsuliyyətlə çalışır, istədiyinə nail olacaq.
C)
Əziz şagirdlər, ilk öncə sizə uğurlar arzu edərək bildiririk ki, imtahan müddəti 3 saatdır.
D)
Lazımsız həyəcana qapılıb narahat olmayın, çünki suallar məktəbdə keçdiyiniz mövzular əsasında hazırlanmışdır.
E)
Uşaqların imtahana gəlməkdə məqsədləri bu idi ki, “Galaxy” kursuna qəbul olsunlar.
99)
Verilmiş nümunədə işlənmiş köməkçi nitq hissələrini müəyyənləşdirin. - Buludmu olsam, gəmimi yoxsa? Balıqmı olsam, yosunmu yoxsa? - Nə o, nə o, nə də o.Dəniz olmalı, oğlum, Buluduyla, gəmisiylə, balığıyla, yosunuyla! (Nazim Hikmət) 1. qoşma 2. bağlayıcı 3. ədat 4. modal söz 5. nida
Xəta bildir
A)
1,2,3
B)
3,4,5
C)
1,2,4
D)
1,4,5
E)
2,3,5
100)
Kökün daxili dəyişməsi nəticəsində yaranmış ərəb mənşəli qohum sözlərin cərgəsini müəyyənləşdirin.
Xəta bildir
A)
kitab, məktəb, mədrəsə
B)
kəlam, kəlmə, kələm
C)
söhbət, müsahibə, mühasib
D)
dərk, idrak, müdrik
E)
zikr, fikir, şükür
Cavabların yoxlanılması üçün ən azı bir testə cavab verilməlidir
Düzgün cavabların sayı : 0
Yalnış cavabların sayı : 0
Cavab verilməmiş sulların sayı : 0
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Cavabları yoxla
Səhifəni yenilə
Sizin seçdiyiniz cavab
Doğru cavab