Tapılan ümumi test sayı : 162

Xitab haqqında verilmiş fikirlərdən biri səhvdir:
A) Xitablar cümlə üzvləri ilə məna cəhətdən əlaqədə olsa da, qrammatik cəhətdən əlaqədə deyil.
B) Təyinlə işlənib-işlənməməsi baxımından geniş və müxtəsər olur.
C) Söz birləşmələri ilə ifadə olunan xitablar quruluşca mürəkkəb sayılır.
D) Cümlədə müraciət olunan şəxsi və ya əşyanı bildirir.
E) Cümlənin əvvəlində, ortasında və ya sonunda işlənməsindən asılı olmayaraq özündən sonra həmişə vergül qoyulur.
“Güclüsünüz” sözünün fonetik təhlilindəki doğru fikirləri göstərin.
1. [güjdüsüz] şəklində tələffüz olunur.
2. Sözdə incə, dodaqlanan, qapalı 4 sait səsişlənmişdir.
3. Vurğusu ikinci hecadadır.
4. Sözün hecaları güc-lü-süz şəklindədir.
5. Ahəng qanunu pozulmamışdır.
6. Kar qarşılığı olmayan bir cingiltili samit işlənmişdir.
A) 2,4,5
B) 1,3,4
C) 2,4,6
D) 1,3,5
E) 2,3,6
Sözlərdən birinin yazılışında səhvə yol verilmişdir:
A) ala-toranlıq
B) aqrar-sənaye
C) antena
D) akasiya
E) aparat
Cümlələrdən birində ismi xəbər işlənmişdir.
A) Hər bir insanın arzusu çoxdur.
B) O, yolu asta -asta gedirdi.
C) Sən gözlə, mən gələcəyəm.
D) Mən oxumağı xoşlayıram.
E) Sənə doğru gəlmədi.
Leksikologiyada öyrənilmir?
A) omonimlər
B) məcazi məna
C) çoxmənalı sözlər
D) həqiqi məna
E) ahəng qanunu
Felin quruluşca növləri haqqında fikirlərdən biri səhvdir:
A) Sadə fellərə hər cür söz dəyişdirici şəkilçi əlavə edib onları müxtəlif qrammatik formalara salmaq olmur
B) Azərbaycan dilində hərəkət bildirən mürəkkəb söz yoxdur
C) Düzəltmə fellər, əsasən, isimdən və sifətdən düzəlir
D) Sadə fellər bir kökdən ibarət olur
Biri çoxmənalı sözdür.
A) lövhə
B) otaq
C) tabaşir
D) silgi
E) müəllim
Sözlərdən biri omonim kimi işlənə bilər.
A) bilək
B) buruq
C) qalaq
D) dalaq
E) qalıq
Hansı sözdə uzun saitlə vurğu eyni hecadadır?
1.sonra
2.alim
3.mömin
4.bəzi
5.musiqi
A) 1,4
B) 2,5
C) 1,2,4
D) 2,3,4
E) 3,4
Hansı söz alınma deyil?
A) müjdə
B) rütbə
C) tibb
D) qənimət
E) bayaq
”qüssəli” sözünün leksik təhlilindəki səhvi göstərin.
A) Ümumişlək sözdür.
B) Sözün kökü alınmadır.
C) Omonim söz deyil.
D) Antonimi yoxdur.
E) Sinonimi qəmli, kədərli sözlərdir.
Biri köhnəlmiş sözdür.
A) lapdan
B) eyzən
C) yazı
D) məhrəba
E) becid
Məntiqi ardıcıllığı tamamlayın.
yetərsay, əyləc, nəfəslik ...
A) cangüdən
B) Kəndxuda
C) televizor
D) etimologiya
E) girvənkə
“üz” sözünün leksik təhlilindəki səhvi tapın.
A) Təkmənalı sözdür
B) Omonim kimi işlənə bilir
C) Sinonimi var
D) Milli mənşəli sözdür
E) Ümumişlək sözdür
Sözlərdən biri əsl Azərbaycan mənşəli termindir.
A) müxəmməs
B) Fel
C) qoşma
D) mübaliğə
E) təcnis
“bax ? dı”. Burada sual işarəsinin yerinə hansı şəkilçini yazsaq, düzəltmə söz alınar?
A) –acaq
B) –malı
C) –mış
D) –ıl
E) –ar
Sözlərdən birinin tərkibində üç leksik şəkilçi var.
A) bağlatdırmalıyıq
B) dinləməmişik
C) qanunsuzluqdan
D) normallaşır
E) ağartı
Biri sadə sözdür?
A) əzabkeş
B) ilahi
C) çatla
D) saatsaz
E) laməkan
Səsdüşümü hadisəsi baxımından ardıcıllığı tamamlayın.
tövbə səhvsiz, xoşbəxtlik ...
A) müştəri
B) avtobus
C) ailə
D) lənət
E) dostluq
Hansı frazeoloji birləşmənin mənası səhv verilmişdir.
A) burnunun ucunda danışmaq- mızıldanmaq
B) göz ağartmaq - acıqlanmaq
C) gözü kəlləsinə çıxmaq - qorxmaq
D) gözdə-qulaqda olmaq - ayıq olmaq
E) dilini saxlamaq – susmaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top