Tapılan ümumi test sayı : 162

Dilortası saiti seçin:
A) [i]
B) [ə]
C) [e]
D) [ı]
E) [a]
[L], [m], [n], [r] samit səsləri necə adlanır?
A) küylü samitlər
B) sonor samitlər
C) burun samitləri
D) qarşılıqsız samitlər
E) boğaz samitləri
Bunlardan hansılar birləşdirmə bağlayıcısıdır?
A) ki, belə ki
B) amma
C) və, ilə
D) həm ,həm də
E) ya, ya da
Birinin tələffüzü düzgün verilməmişdir:
A) müasir[ma:sir]
B) maneə[maniyə]
C) teatr [tiyatr]
D) xala oğlu[xaloğlu]
E) kooperativ [k'aperativ]
Ardıcıllığı  davam etdirin:                                                  susmaq, danışmaq, ......, oturmaq
A) yarmaq
B) qalxmaq
C) baxmaq
D) susmaq
E) danışmaq
Aşağıdakı sözlərdən hansıları sətirdən sətrə keçirtmək olmaz?
A) ata, bina, konfet
B) abidə, sakitlik, Akif
C) idarə, arzula, qadın
D) ana, baba, maşın
E) aləm, otar, açıq
Konkret isimdən düzəlmiş mücərrəd ismi tapın.
A) qorxu
B) sevgi
C) ədəbiyyatşünaslıq
D) kitabxana
E) kitabça
Saitlərin əsas xüsusiyyətlərinə aid deyil:
A) Yalnız burun boşluğunda yaranırlar
B) Əmələgəlmə yerinə görə təsnif olunurlar
C) Heca yaradır
D) Vurğu yaradan səslərdir
E) Təmiz avazlı səslərdir
Biri bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlədir:
A) Gah qonşuya, gah da redaksiyaya qaçırsan
B) Həm həyətdə çadır qurulmuşdu, həm də evdə qonaqlar üçün süfrə açılmışdı
C) Ya kənddə nənəmin yanına, ya da sanatoriyaya dincəlməyə gedəcəyəm
D) Nə İmran dillənir, nə də Nərgiz onu içəri dəvət edirdi
E) Bu yerlərdə gah taxıl əkilir, gah da bostan bitkiləri becərilirdi
Durğu işarələri nə ilə bağlıdır?
A) morfologiya
B) sintaksis
C) orfoepiya
D) orfoqrafiya
E) leksika
Hərflərin sırası hansında düzgün verilməyib?
A) X ı i j k q l m n
B) O ö p r s ş
C) V y z
D) P r s ş t u ü
E) A b c d e ə f ğ g
Bir-biri ilə sintaktik əlaqəyə girməyən cümlə üzvlərini müəyyən edin?
A) təyin tamamlıq
B) təyin-xəbər
C) tamamlıq-zərflik
D) təyin-zərflik
E) mübtəda-xəbər
Ahəng qanunu pozulmuş sıranı göstərin.
A) vüsal, ilxı, həyat
B) ələk, gümüş, durğu
C) otlaq, ömür, qayğı
D) itki, qüvvə, hakim
E) əmək, səpin, imla
Azərbaycan dili hansı dil qrupuna aiddir?
A) Bədii
B) Flektiv
C) İltisaqi
D) Kök
E) Publisistik
Hansı sözdə ahəng qanunu pozulmamışdır?
A) kökan
B) əlifbada
C) dərin
D) kitab
E) sakit
Zərf hansı nümunədə təsriflənməyən felə aiddir?
A) Bakıda oxumaq ərəblərin də arzusudur
B) Dayanacaqda xeyli gözlədik
C) Dünən Şirvana getməli idik
D) Sahilə getmək bizim də təklifimiz idi
E) Diqqətlə oxumaqdan hamının xoşu gələr
Hansı ölkənin adının mənası “tısbağa” deməkdir?
A) Ekvador
B) Tonqa
C) Lesoto
D) Meksika
E) Qalapaqos
Vurğusu dəyişməklə mənası dəyişən sözləri tapın.
A) görmə,dondurma,yemə
B) seçmə,gəlin,baxma
C) yazma,çəkmə,içmə
D) çəkmə,dondurma,gəlin
E) çəkmə,getmə,baxma
Verilmiş arxaizmlərin qarşılığı hansı sıradadır? ləşgər, arı, altun, sayru
A) ordu, xəzinə, qırmızı, duru
B) yuxu, həşərat, ordu, su
C) qoşun, təmiz, qızıl, xəstə
D) zəngin, düşmən, igid, aydın
E) varlı, yuxu, yatmaq, əsgər
-at2 ş
A) məlumat
B) tələbat
C) gedişat
D) təyinat
E) hesabat
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top