Tapılan ümumi test sayı : 44

M.F.Axundzadənin "Hekayəti-müsyö Jordan həkimi - nəbatat və dərviş Məstəli şah caduküni - məşhur" əsərinin qəhrəmanı Şahbaz bəy haqqındakı fikirlərdən biri yanlışdır:
A) Avamlar mühitində bir qığılcım kimi parlayan obrazdır.
B) Təhsilini artırmağa çalışan, böyük böyük arzularla yaşayan gəncdir.
C) Parisə getmək, fransız dilini öyrənmək arzusundadır.
D) Kənddə xəstəxana, məktəb açmaq, xalqı maarifləndirmək üçün mübarizə aparır.
E) XIX əsr Azərbaycan ədəbiyyatında mütərəqqi ideyaların ifadəçisi olan gənc ziyalıların nümayəndəsidir.
Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsində Cahangir bəy qan intiqamı uğrunda gedən çarpışmalara niyə qoşulur?
A) Fəxrəddinin apardığı islahatları qəbul edə bilmirdi.
B) Rüstəm bəyə xoş gəlsin deyə bu işə gedir.
C) Səadət xanıma qovuşmaqda Fəəxrəddini özünə başlıca mane bildirdi.
D) Rəşidin intiqamını almaq istəyir.
E) Onun Fəxəddinlə köhnədən ədavəti var idi.
M.Füzulinin hansı əsərində musiqi alətləri alleqorik obrazlar kimi iştirak edir?
A) "Ənisül-qəlb"
B) "Yeddi cam"
C) "Səhhət və Mərəz"
D) "Söhbətül-əsmar"
E) "Bəngü Badə"
Vaqif (S.Vurğun. "Vaqif") Qazax mahalına - Vidadinin evinə nə üçün gəlmişdi?
A) Vəzirlikdən çıxrıldığı üçün kəndə qayıtmışdı.
B) Kəndlilərin vəziyyətini öyrənmək fikrində idi.
C) Daha sarayda xidmət etmək istəmədiyindən kəndə qayıtmışdı.
D) Kənd üçün, kənd adamları üçün darıxmışdı.
E) Vidadini oğlu Əli bəyin toyuna aparmaq istəyirdi.
M.Müşfiqin mətbuatda çap olunmuş son əsəri:
A) "Bir gün"
B) "Küləklər"
C) "Duyğu və yarpaqları"
D) "Həyat sevgisi"
E) "Gecə düşüncəsi"
Aşıq Ələsgərin "Görmədim" şeri ilə bağlı fikirlərdən biri yanlışdır:
A) "Görmədim" sözü rədifdir.
B) Şer müxəmməs janrındadır.
C) İctimai-əxlaqi məzmunludur.
D) Lirik qəhrəmanı öz aldanışları ağrıdır.
E) Şerdə vəfasız, namərd adamların mənəvi eybəcərlikləri təsvir olunur.
Aşağıdakı xüsusiyyətlər N.Gəncəvinin hansı qəhrəmanına aiddir?
Gözəl rəqqasə və musiqiçidir. Ağıllı və cəsarətli bir insandır. Ağlı və tədbiri ilə ən çətin vəziyyətlərdən çıxış yolu tapır. Hökmdara sübut edir ki, insan məşqlə, zəhmətlə ən çətin işlərin öhdəsindən gələ bilər.
A) Fitnə
B) Məhinbanu
C) Şəkər
D) Nüşabə
E) Nəkisa
Dodağın qönçədi, dişlərin sədəf,
Qaşların qüdrətdən qara, Bəyistan! 

Birinci misrada hansı bədii təsvir vasitəsi işlənmişdir?
A) simvol
B) epitet
C) metafora
D) metonimiya
E) təşbeh
Bunlardan biri beytlər şəklindədir:
A) qitə
B) müxəmməs
C) qoşma
D) rübai
E) gəraylı
Çırmanırıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş  - 

misraları M.Ə.Sabirin hansı satirasındandır?
A) "Bizə nə?"
B) "Satıram"
C) "Kim nə deyər bizdə olan qeyrətə?!"
D) "Ürəfa marşı"
E) "Əkinçi"
Cümlədə köməkçi nitq hissələrindən hansılar işlənmişdir?
Rauf onları lap evəcən ötürdü. 
A) ədat və qoşma
B) bağlayıcı və modal söz
C) ədat və bağlayıcı
D) qoşma və bağlayıcı
E) ədat və modal söz
"Professor Ağayev həzin bir adamdır"  cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) həm leksik, həm qrammatik
B) fonetik
C) leksik
D) qrammatik
E) həm fonetik, həm qrammatik
Tərkibində yalnız qapalı saitlər işlənmiş, ahəng qanununa tabe olmayan əsl Azərbaycan sözlərini göstərin.
1. ilan              2. vücud                3. işıq                4. şüur                  5. vacib                  6. ildırım
A) 1, 2
B) 3, 6
C) 1, 6
D) 4, 5
E) 2, 5
Sifət hansı cümlədə isimləşmişdir?
A) Gözəl görünər, çirkin bürünər.
B) O, əvvəlki əməllərinə görə xəcalət çəkirdi.
C) Qənirə bugünkü libasda daha gözəl görünürdü.
D) Məmməd bəy dəmir dəbilqəni başından götürdü.
E) Bu gözəl qız qoşunun  sərkərdəsi imiş.
"Kamal" sözünün leksik təhlili ilə bağlı səhvi göstərin.
A) Omonim kimi işlənə bilmir.
B) Avropa mənşəlidir.
C) Alınma sözdür.
D) Sinonimi "yetkinlik" sözüdür.
E) Təkmənalıdır.
"Padşah əmr elədi, otağın bir tərəfinə pərdə çəksinlər"  cümləsi haqqındakı fikirlərdən yalnız biri doğrudur:
A) Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlədir.
B) Təyin budaq cümləli tabeli mürəkkəb cümlədir.
C) Tabeli mürəkkəb cümlə deyil, sadə cümlədir.
D) Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlədir
E) Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədir.
Bir rəsmi-işgüzar üslub üçün əlamətdar deyil:
A) fərdi nitq ünsürlərinin, obrazlı söz və ifadələrin işlənməsi
B) fikrin olduqca yığcam ifadə olunması
C) lüğət tərkibinin yığcamlığı
D) arxaik leksikanın və sintaktik konsruksiyaların uzun müddət mühafizə oluna bilməsi
E) sintaksisinin məhdudluğu
"Qapını örtmək"  feli birləşməsinin tərəfləri arasında hansı sintaktik əlaqə vardır?
A) idarə
B) həm uzlaşma, həm yanaşma
C) yanaşma
D) uzlaşma
E) tabesizlik
Hansı cümlənin həm mübtədası həm, həm də xəbəri III növ təyini söz birləşməsiilə ifadə olunmuşdur?
A) İsmayılın istək və arzuları bitib-tükənmirdi.
B) Nəvainin hədiyyəsi onu heyran etmişdir.
C) Dünənki atlılar yolda qalacaq.
D) Kəmaləddin Behzadın fırçası ilahinin vergisidir.
E) Qurbaninin fikri özgə yerdə idi.
İltisaqi dillər üçün əsasdır:
A) ahəng qanununun olmaması
B) ön şəkilçilərin işlənməsi
C) söz kökünün daxildən dəyişməsi
D) şəkilçilərin söz sonuna artırılması
E) sözə əvvəl qrammatik, sonra leksik şəkilçilərin artırılması
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top