Tapılan ümumi test sayı : 44

M.F.Axundzadənin "Hekayəti-müsyö Jordan həkimi - nəbatat və dərviş Məstəli şah caduküni - məşhur" əsərinin qəhrəmanı Şahbaz bəy haqqındakı fikirlərdən biri yanlışdır:
A) Avamlar mühitində bir qığılcım kimi parlayan obrazdır.
B) Kənddə xəstəxana, məktəb açmaq, xalqı maarifləndirmək üçün mübarizə aparır.
C) Təhsilini artırmağa çalışan, böyük böyük arzularla yaşayan gəncdir.
D) XIX əsr Azərbaycan ədəbiyyatında mütərəqqi ideyaların ifadəçisi olan gənc ziyalıların nümayəndəsidir.
E) Parisə getmək, fransız dilini öyrənmək arzusundadır.
Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsində Cahangir bəy qan intiqamı uğrunda gedən çarpışmalara niyə qoşulur?
A) Rəşidin intiqamını almaq istəyir.
B) Səadət xanıma qovuşmaqda Fəəxrəddini özünə başlıca mane bildirdi.
C) Rüstəm bəyə xoş gəlsin deyə bu işə gedir.
D) Fəxrəddinin apardığı islahatları qəbul edə bilmirdi.
E) Onun Fəxəddinlə köhnədən ədavəti var idi.
M.Füzulinin hansı əsərində musiqi alətləri alleqorik obrazlar kimi iştirak edir?
A) "Yeddi cam"
B) "Ənisül-qəlb"
C) "Bəngü Badə"
D) "Söhbətül-əsmar"
E) "Səhhət və Mərəz"
Vaqif (S.Vurğun. "Vaqif") Qazax mahalına - Vidadinin evinə nə üçün gəlmişdi?
A) Daha sarayda xidmət etmək istəmədiyindən kəndə qayıtmışdı.
B) Kənd üçün, kənd adamları üçün darıxmışdı.
C) Vidadini oğlu Əli bəyin toyuna aparmaq istəyirdi.
D) Vəzirlikdən çıxrıldığı üçün kəndə qayıtmışdı.
E) Kəndlilərin vəziyyətini öyrənmək fikrində idi.
M.Müşfiqin mətbuatda çap olunmuş son əsəri:
A) "Bir gün"
B) "Küləklər"
C) "Gecə düşüncəsi"
D) "Həyat sevgisi"
E) "Duyğu və yarpaqları"
Aşıq Ələsgərin "Görmədim" şeri ilə bağlı fikirlərdən biri yanlışdır:
A) Şer müxəmməs janrındadır.
B) "Görmədim" sözü rədifdir.
C) İctimai-əxlaqi məzmunludur.
D) Lirik qəhrəmanı öz aldanışları ağrıdır.
E) Şerdə vəfasız, namərd adamların mənəvi eybəcərlikləri təsvir olunur.
Aşağıdakı xüsusiyyətlər N.Gəncəvinin hansı qəhrəmanına aiddir?
Gözəl rəqqasə və musiqiçidir. Ağıllı və cəsarətli bir insandır. Ağlı və tədbiri ilə ən çətin vəziyyətlərdən çıxış yolu tapır. Hökmdara sübut edir ki, insan məşqlə, zəhmətlə ən çətin işlərin öhdəsindən gələ bilər.
A) Şəkər
B) Nəkisa
C) Məhinbanu
D) Fitnə
E) Nüşabə
Dodağın qönçədi, dişlərin sədəf,
Qaşların qüdrətdən qara, Bəyistan! 

Birinci misrada hansı bədii təsvir vasitəsi işlənmişdir?
A) epitet
B) simvol
C) metonimiya
D) təşbeh
E) metafora
Bunlardan biri beytlər şəklindədir:
A) qoşma
B) qitə
C) gəraylı
D) rübai
E) müxəmməs
Çırmanırıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş  - 

misraları M.Ə.Sabirin hansı satirasındandır?
A) "Kim nə deyər bizdə olan qeyrətə?!"
B) "Bizə nə?"
C) "Ürəfa marşı"
D) "Satıram"
E) "Əkinçi"
Cümlədə köməkçi nitq hissələrindən hansılar işlənmişdir?
Rauf onları lap evəcən ötürdü. 
A) qoşma və bağlayıcı
B) bağlayıcı və modal söz
C) ədat və bağlayıcı
D) ədat və modal söz
E) ədat və qoşma
"Professor Ağayev həzin bir adamdır"  cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) qrammatik
B) leksik
C) həm leksik, həm qrammatik
D) həm fonetik, həm qrammatik
E) fonetik
Tərkibində yalnız qapalı saitlər işlənmiş, ahəng qanununa tabe olmayan əsl Azərbaycan sözlərini göstərin.
1. ilan              2. vücud                3. işıq                4. şüur                  5. vacib                  6. ildırım
A) 4, 5
B) 2, 5
C) 3, 6
D) 1, 2
E) 1, 6
Sifət hansı cümlədə isimləşmişdir?
A) Bu gözəl qız qoşunun  sərkərdəsi imiş.
B) Gözəl görünər, çirkin bürünər.
C) O, əvvəlki əməllərinə görə xəcalət çəkirdi.
D) Məmməd bəy dəmir dəbilqəni başından götürdü.
E) Qənirə bugünkü libasda daha gözəl görünürdü.
"Kamal" sözünün leksik təhlili ilə bağlı səhvi göstərin.
A) Təkmənalıdır.
B) Avropa mənşəlidir.
C) Alınma sözdür.
D) Sinonimi "yetkinlik" sözüdür.
E) Omonim kimi işlənə bilmir.
"Padşah əmr elədi, otağın bir tərəfinə pərdə çəksinlər"  cümləsi haqqındakı fikirlərdən yalnız biri doğrudur:
A) Tabeli mürəkkəb cümlə deyil, sadə cümlədir.
B) Təyin budaq cümləli tabeli mürəkkəb cümlədir.
C) Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlədir
D) Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədir.
E) Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlədir.
Bir rəsmi-işgüzar üslub üçün əlamətdar deyil:
A) arxaik leksikanın və sintaktik konsruksiyaların uzun müddət mühafizə oluna bilməsi
B) lüğət tərkibinin yığcamlığı
C) fərdi nitq ünsürlərinin, obrazlı söz və ifadələrin işlənməsi
D) sintaksisinin məhdudluğu
E) fikrin olduqca yığcam ifadə olunması
"Qapını örtmək"  feli birləşməsinin tərəfləri arasında hansı sintaktik əlaqə vardır?
A) idarə
B) yanaşma
C) həm uzlaşma, həm yanaşma
D) tabesizlik
E) uzlaşma
Hansı cümlənin həm mübtədası həm, həm də xəbəri III növ təyini söz birləşməsiilə ifadə olunmuşdur?
A) Nəvainin hədiyyəsi onu heyran etmişdir.
B) İsmayılın istək və arzuları bitib-tükənmirdi.
C) Kəmaləddin Behzadın fırçası ilahinin vergisidir.
D) Dünənki atlılar yolda qalacaq.
E) Qurbaninin fikri özgə yerdə idi.
İltisaqi dillər üçün əsasdır:
A) söz kökünün daxildən dəyişməsi
B) şəkilçilərin söz sonuna artırılması
C) ahəng qanununun olmaması
D) sözə əvvəl qrammatik, sonra leksik şəkilçilərin artırılması
E) ön şəkilçilərin işlənməsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top