Tapılan ümumi test sayı : 44

"Qılınc yarası sağalar, ancaq söz yarası sağalmaz"  cümləsinin morfoloji təhlilindəki səhvi göstərin.
A) söz - sadə isimdir, yiyəlik hadadır
B) sağalar - sifətdən düzəlmiş feldir, xəbər şəklinin qeyri-qəti gələcək zamandadır
C) ancaq - qarşılaşdırma bağlayıcısıdır
D) yarası - isimdir, mənsubiyyət şəkilçisi qəbul etmişdir
E) qılınc - sadə isimdir, adlıq haldadır
Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsindəki Rüstəm bəy surəti haqqındakı fikirlərdən biri yanlışdır:
A) Oğlu Rəşidin intiqamı yolunda hər şeyə razı olur.
B) Oxumağın, maarifin qəddar düşmənidir.
C) Qəddar, amansız və intiqamçı bir bəydir.
D) Əsərin sonunda öz əməllərindən peşman olur.
E) Öz övladını dərin məhəbbətlə sevən atadır.
M.F.Axundzadənin "Aldanmış kəvakib" povestində əks qütblərdə dayanan obrazlar:
A) Axund Səməd, Mövlana Cəmaləddin
B) Şah Abbas, Yusif Sərrac
C) Şah Abbas, Axund Səməd
D) Sərdar Zaman xan, Mirzə Sədrəddin
E) Mirzə Möhsün, Mirzə Yəhya
M.Füzulinin "Padişahi-mülk" əsəri ilə bağlı fikirlərdən biri səhvdir:
A) Əsərdə işğalçı müharibələrə nifrət hissi aşılanır.
B) Qitədə hökmdar və şair surətləri qarşılaşdırılır.
C) Əsərin sonunda şair adını çəkir və padşahdan kömək ummaq fikrinə düşdüyü üçün peşmançılığını bildirir.
D) Əsərdən  çıxan nəticə budur ki, padşahın hakimiyyəti müvəqqəti, şairin sənəti isə əbədidir.
E) Şairin ictimai məzmunlu məşhur qitəsidir.
R.Rza şerlərinin birində  "O kəs ki torpağa, xalqa bağlıdır, kökü xalq mənəviyyatının dərinliklərindəndir, onu əymək olmaz" qənaətinə gəlir:
A) "Çinar"
B) "Bu gün"
C) "Vətən"
D) "Rənglər"
E) "Pəncərəmə düşən işıq"
"Laçın yuvası", "Çərxi-fələk", "Şeytan", "Eşq və intiqam"  adlı pyeslərin və  "Qorxulu nağıllar"  silsiləsi adlı hekayələrin müəllifi:
A) A.Şaiq
B) C.Cabbarlı
C) S.S.Axundov
D) Ə.Haqverdiyev
E) C.Məmmədquluzadə
"Kitabi-Dədə Qorqud"da təsvir edilən Bayandır xan haqqında verilmiş fikirlərdən biri yanlışdır:
A) Qəhrəmanlıq göstərən bəylər onun igidləri sayılır və yanına gəlmək hüququ qazanırdılar.
B) Bayandır xan döyüşlərdə oğuzlara başçılıq edir və düşmənlə döyüşürdü.
C) Oğuz elinin böyükləri onun çadırına toplaşaraq məsləhət alırdılar.
D) Heç bir boyda Bayandır xanla bağlı əhvalat yoxdur.
E) Oğuz elinin başçısıdır.
Dil ilə dərvişlik olmaz,
Halı gərək yol əhlinin,
Balı gərək yol əhlinin
.
İlk bəndi nümunə gətirilən bu şerin müəllifini və janrını müəyyənləşdirin.
A) Xətayi, qoşma
B) Zakir, gəraylı
C) Xətayi, gəraylı
D) Aşıq Ələsgər, gəraylı
E) Vaqif, qoşma
Nümunədə işlənmiş məcazın növünü müəyyənləşdirin.
Gül bənizli, şahin baxışlı yarın
Könlünə saçdığı yeni ilham var. 
(H.Cavid)
A) təzad
B) metonimiya
C) mübaliğə
D) epitet
E) təşbeh
Qəsidənin sırf dini məzmun daşıyan növləri:
A) minacat, nət
B) nət, fəxriyyə
C) minacat, fəxriyyə
D) minacat, mədhiyyə
E) nət, mədhiyyə
M.Hadinin şeri hansıdır?
A) "Göy göl"
B) "Türkün nəğməsi"
C) "Ana"
D) "Nə işim var?"
E) "Azərbaycan"
"Anam və mən "Şah İsmayıl" operasına tamaşa etdim" cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) leksik
B) orfoqrafik
C) orfoepik
D) leksik və qrammatik
E) qrammatik
"Bu işin öhdəsindən ancaq sən gələ bilərsən, Abbasqulu bəy"  cümləsindəki ədatın məna növünü göstərin:
A) dəqiqləşdirici
B) əmr
C) qüvvətləndirici
D) arzu
E) məhdudlaşdırıcı
Hansı cərgədəki sözlər yalnız kar qarşılığı olmayan cingiltili samitlərdən ibarətdir?
A) minarə, normal
B) gülləbaran, Nargilə
C) səməni, müsəlman
D) söndürülmək, narahatlıq
E) namərdlik, varlanma
Hansı əvəzliklər həm sifətin, həm də zərfin yerində işlənə bilər?
1. o                     2. bu               3. elə
4. belə                5. həmin
A) 3, 4
B) 1, 2
C) 1, 5
D) 2, 3
E) 4, 5
"Elan" sözünün leksik təhlili ilə bağlı fikirlərdən biri yanlışdır:
A) Çoxmənalı sözdür.
B) Sinonimi "bildiriş" sözüdür.
C) Alınma sözdür.
D) Antonimi yoxdur.
E) Ümumişlək sözdür.
"Həq bilir, sözümə hiylə qatmazam"  cümləsinin növünü göstərin.
A) Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlə
B) Cüttərkibli sadə geniş cümlə
C) Təktərkibli geniş cümlə
D) Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə
E) Tabesiz mürəkkəb cümlə
Biri rəsmi sənədlərin dili üçün istisnadır:
A) fikrin hüquqi əsaslılığı
B) fikrin emosionallığı və obrazlılığı
C) fikrin aydınlığı, birmənalılığı
D) fikrin maksimum mükəmməlliyi və yığcamlığı
E) fikrin daha çox nitq şablonları və ya standart formalar üzrə qurulması
"Tez fikirləşən" feli birləşməsinin tərəfləri arasında hansı sintaktik əlaqə vardır?
A) idarə
B) uzlaşma
C) tabesizlik
D) yanaşma
E) həm uzlaşma, həm idarə
"O, bizim imtahanlarımızın nəticəsini maraqla izləyirdi"  cümləsindəki tamamlıq nə ilə ifadə olunmuşdur?
A) isimlə
B) III növ təyini söz birləşməsi ilə
C) I növ təyini söz birləşməsi ilə
D) məsdər tərkibi ilə
E) II növ təyini söz birləşməsi ilə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top