Tapılan ümumi test sayı : 1487

Sürücülərin nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi faktı aşkar olunduqda:
A) Sürücü nəqliyyat vasitəsinin idarəsindən kənarlaşdırılır.
B) Bütün sadalanan tədbirlər tətbiq olunur.
C) Nəqliyyat vasitəsi saxlanma səbəbinin aradan qaldırılmasına kimi saxlanılır.
D) Sürücü sərxoşluğunu müəyyən etmək üçün tibbi müayinədən keçirilir.
Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsinin tələbini yerinə yetirməməklə törətdikləri qayda pozuntularına görə sürücülər neçə cərimə balı ilə qiymətləndirilirlər?
A) 3 bal.
B) 5 bal.
C) 4 bal.
D) 10 bal.
Dövlət yol polisinin əməkdaşı avtomobili neçə saat yanında saxlaya bilər, əgər bu müddətdə avtomobilin saxlanılması səbəbini yerində aradan qaldırmaq mümkündürsə?
A) 12 saat.
B) 3 saat.
C) 5 saat.
Sürücü üçüncü şəxs qarşısında öz mülki məsuliyyətini sığortalamadan nəqliyyat vasitəsini idarə etdiyi halda ona qarşı hansı inzibati cəzalar tətbiq oluna bilər?
A) Ancaq 50 manat miqdarında cərimə.
B) Ancaq 10 manat miqdarında cərimə.
C) Nəqliyyat vasitəsinin saxlanılması, 200 manat miqdarında cərimə.
Sürücünün nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi faktı aşkar olunduqda, ona qarşı hansı inzibati cəzalar tətbiq oluna bilər?
A) 10 manat miqdarında cərimə.
B) 300 manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
C) 150 manat miqdarında cərimə olunur və 6 cərimə balı verilir.
Yol hərəkət qaydalarını pozduğuna görə sürücüyə qarşı hansı inzibati cəzalar tətbiq oluna bilər?
A) Xəbərdarlıq, cərimə, inzibati hüquqpozmanın törədilmə alətinin müsadirəsi, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum olma, inzibati həbs.
B) Ancaq xəbərdarlıq və ya cərimə.
C) Ancaq xəbərdarlıq, cərimə və ya nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum olma.
Onurğa (bel sütunu) zədə almış zərərçəkənə ilk tibbi yardım göstərmək məqsədi ilə nə etmək lazımdır?
A) Zərərçəkəni qarnı üstə uzadaraq başını yan tərəfə döndərmək lazımdır.
B) Zərərçəkəni arxası üstə səthi möhkəm olan düz yerdə uzatmaq lazımdır.
C) Zərərçəkəni arxası üstə səthi yumşaq olan yerdə uzatmaq lazımdır.
Qabırğalarda və döş sümüyündə sınıqlar olan zərərçəkəni hansı vəziyyətdə aparmaq lazımdır?
A) Oturaq və ya yarımoturaq vəziyyətdə.
B) Böyrü üstə uzadılmış vəziyyətdə.
C) Ancaq ayaq üstə.
D) Arxası üstə uzadılmış vəziyyətdə.
E) İstənilən vəziyyətdə.
Körpücük sümüyü sınmış zərərçəkənə ilk tibbi yardım göstərmək məqsədi ilə nə etmək lazımdır?
A) Dirsəkdən düz bucaq altında bükülmüş qolu boyundan ləçəkdə asmaq və bint ilə gövdəyə bağlamaq.
B) Qolu boyundan ləçəkdə asmaq lazımdır.
C) Çiyinə iki ədəd şin bağlamaq lazımdır.
Nəfəsi və ürək fəaliyyəti dayanaraq huşsuz vəziyyətə düşmüş zərərçəkənə ilk tibbi yardım hansı ardıcıllıqla göstərilməlidir?
A) Nəfəs yollarının boşaldılması, ağ ciyərlərin süni nəfəsləndirilməsi, ürəyin xaricdən massajı.
B) Ağ ciyərlərin süni nəfəsləndirilməsi, ürəyin xaricdən massajı, nəfəs yollarının boşaldılması.
C) Ürəyin xaricdən massajı, nəfəs yollarının boşaldılması, ağ ciyərlərin süni nəfəsləndirilməsi.
Bazu (çiyin) sümüyü sınan zərərçəkənə ilk tibbi yardımın göstərilməsi nədən ibarətdir?
A) Bazunun bayır tərəfindən şin qoymaq və qolu gövdəyə möhkəm bağlamaq.
B) Bazunun bayır və içəri tərəfindən iki ədəd şin qoymaq, qoltuq altina yumşaq valik (bükülü) qoymaq və qolu dirsəkdən büküb ləçəkdə boyundan asaraq gövdəyə bağlamaq.
Ayağı və ya qolu zədələnmiş zərərçəkənin üst geyimi düzgün olaraq necə çıxarılmalıdır?
A) Üst geyimin hansı ardıcıllıqda çıxarılmasının əhəmiyyəti yoxdur.
B) Üst geyimi birinci növbədə zədələnmiş ətrafdan çıxarmaq lazımdır.
C) Üst geyimi birinci növbədə zədələnməmiş ətrafdan çıxarmaq lazımdır.
"Ağızdan-ağıza" ağ ciyərlərin süni tənəffüsü zamanı lazımdır:
A) Zərərçəkəni böyrü üstə uzatmaq.
B) Zərərçəkənin başının arxaya verilmiş vəziyyətində çənəsini qabağa çəkmək.
C) Zərərçəkənin başını qabağa vermək.
Xarici zədə əlamətləri görünməyən və huşsuz vəziyyətdə olan, ürək-ağ ciyər reanimasiyası keçirmiş zərərçəkənə hansı "bərpa edici" vəziyyəti vermək lazımdır?
A) Böyrü üstə uzadıb ayaqlarını dizdən bükmək.
B) Başının altına döşəkcə qoyub arxası üstə uzatmaq.
C) Üzü üstə uzadıb əllərini alnının altına qoymaq.
Ətrafların çıxıqı zamanı zərərçəkənə ilk tibbi yardımın göstərilməsi nədən ibarətdir?
A) Çalışmaq lazımdır ki, çıxıqı yerinə salmaq və ətrafı təsbit (fiksə) etmək.
B) Ətrafı zədələnmədən sonrakı vəziyyətdə təsbit (fiksə) etməklə zədələnən oynağın üzərinə buz və ya soyuq su qoymaq.
Baldır sümüklərinin sınması zamanı şinləri necə qoymaq lazımdır?
A) Ayağın içeri və çöl tərəfindən, daban və diz oynaqlarının bərkidilməsi ilə dabandan başlayaraq budun yarısınadək qoyulur.
B) Ayağın içəri tərəfindən, dabandan başlayaraq bud-çanaq oynağına kimi qoyulur.
Xarici zədə əlamətləri görünməyən və huşsuz vəziyyətdə torpaqda uzanmış zərərçəkənə ilk tibbi yardımın göstərilməsi nədən ibarətdir?
A) Ayaqlarının altına valik (yastıq) qoymaq, analgin və ya validol vermək.
B) Başını arxaya vermək, ağzını açmaq, lazım olarsa ağzındakı kənar cisimləri təmizləmək, nəfəsinə və nəbzinə nəzarət etmək, təcili olaraq "Təcili tibbi yardimı" çağırmaq.
C) Ammiak spirti vurulmuş pambığı burnuna yaxınlaşdırmaq, başını qaldırmaq, içmək üçün su vermək.
Huşitirmə zamanı zərərçəkənə ilk tibbi yardımın göstərilməsi nədən ibarətdir?
A) Zərərçəkəni otuzdurmaqdan.
B) Zərərçəkəni uzadıb ayaqlarını azca qaldırmaqdan.
C) Zərərçəkəni uzadıb başını qaldırmaqdan.
Şoka düşmüş zərərçəkənə ilk tibbi yardımın göstərilməsi nədən ibarətdir?
A) Zərərçəkəni yarımoturma və ya uzanma vəziyyətinə gətirmək, alnına və başının arxasına soyuq vasitələr qoymaq.
B) Zərərçəkəni uzatmaq, üstünü örtmək, ağrıkəsici vasitələrdən vermək, nəfəsinə və nəbzinə nəzarət etmək.
C) Üzünə soyuq su vurmaq, üzünün dərisini güclü ovuşdurmaq, burnuna ammiak spirti yaxınlaşdırmaq.
Arterial qanaxmanı necə dayandırmaq lazımdır?
A) Yaranın üstünə sıxıcı sarğı bağlamaqla.
B) Yaradan yuxarı hissədə rezin qaytan bağlamaqla.
C) Yaradan aşağı hissədə rezin qaytan bağlamaqla.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top