Tapılan ümumi test sayı : 1487

İlin isti vaxtında qanaxmanı dayandırmaq üçün rezin qaytan hansı müddətdə bağlanıla bilər?
A) Bir saatdan artıq olmayan müddətdə.
B) Vaxt məhdudlaşdırılmır.
C) Yarım saatdan artıq olmayan müddətdə.
Venoz qanaxmanı necə dayandırmaq lazımdır?
A) Yaradan aşağı hissədə rezin qaytan bağlamaqla.
B) Yaranın üstünə sıxıcı sarğı bağlamaqla.
C) Yaradan yuxarı hissədə rezin qaytan bağlamaqla.
Burun qanaxması zamanı nə etmək lazımdır?
A) Zərərçəkəni yarımoturaq vəziyyətə gətirərək başını arxaya verib onun burun nahiyəsinin soyudulmasını təmin etmək lazımdır.
B) Zərərçəkəni yarımoturaq vəziyyətə gətirərək başını qabağa əyib onun burun nahiyəsinin soyudulmasını təmin etmək lazımdır.
C) Zərərçəkəni arxası üstə uzadaraq həkimi çağırmaq lazımdır.
İlin soyuq vaxtında qanaxmanı dayandırmaq üçün rezin qaytan hansı müddətdə bağlanıla bilər?
A) Bir saatdan artıq olmayan müddətdə.
B) Vaxt məhdudlaşdırılmır.
C) Yarım saatdan artıq olmayan müddətdə.
Yod məhlulundan və ya brilyant yaşılından dezinfeksiya vasitəsi kimi düzgün olaraq necə istifadə edilir?
A) Ancaq yaranın ətrafında dəriyə sürtülməlidir.
B) Yaranın bütün səthinə sürtülməlidir.
Bakterisid salfetdən düzgün olaraq necə istifadə edilir?
A) Təmizlənməmiş yaranın üzərinə bakterisid salfeti qoymaq, bint və ya plastır vasitəsi ilə onu bərkitmək.
B) Yaranı yumaq, yad cisimləri kənarlaşdırmaq, bakterisid saifeti qoymaq.
C) Yaranı yod məhlulu ilə təmizləmək, bakterisid salfeti qoymaq.
Duman şəraitində hərəkət edərkən əşyalara qədər olan məsafə necə qəbul olunur?
A) Real olandan artıq.
B) Real olduğu kimi qəbul olunur.
C) Real olandan az.
Avtomobilin hansı üsulla sürülməsi yanacağın minimum sərfini təmin edir?
A) Sürəti yavaşca artırıb yavaşca azaltmaqla.
B) Sürəti yavaşca artırıb kəskin azaltmaqla.
C) Sürəti tez-tez və kəskin artırıb yavaşca azaltmaqla.
Sutkanın qaranlıq vaxtı və toranlıqda qarşıdan gələn avtomobilin sürəti necə qəbul olunur?
A) Real olandan aşağı.
B) Sürət olduğu kimi qəbul olunur.
C) Real olandan yuxarı.
"Sürücünün reaksiya müddəti" dedikdə nə başa düşülür?
A) Sürücünün sağ ayağının qazın pedalından tormozun pedalına keçməsi üçün sərf olunan vaxt.
B) Sürücünün təhlükəni gördüyü andan nəqliyyat vasitəsini tam dayandırmağa kimi sərf olunan vaxt.
C) Sürücünün təhlükəni gördüyü andan onun bu təhlükəni sovuşdurmaq məqsədi ilə gördüyü tədbirə qədər sərf olunan vaxt.
Sürücünün son dərəcə yorğunluğunun tipik əlamətləri hansılardır?
A) Başgicəllənmə, gözlərin göynəməsi, yüksək tərləmə.
B) Mürgüləmək, əzginlik, diqqətin kütləşməsi (yayınıq olması).
C) Cuşagəlmə, əsəbilik.
Spirtli içkilərin qəbulu sürücünün reaksiya müddətinə necə təsir göstərir?
A) Spirtli içkilər reaksiya müddətinə təsir etmirlər.
B) Reaksiya müddəti azalır.
C) Reaksiya müddəti artır.
Pis görünmə şəraitində hərəkət edərkən sürəti elə seçmək lazımdır ki:
A) Dayanma yolu görünmə məsafəsindən az olsun.
B) Dayanma yolu görünmə məsafəsindən çox olsun.
Nəqliyyat vasitəsinin birinci ötürmədə uzun müddət sürülməsi yanacaq sərfinə necə təsir göstərir?
A) Yanacaq sərfi azalır.
B) Yanacaq sərfi artır.
C) Yanacaq sərfi dəyişmir.
Sürücünün son dərəcə yorğunluğu onun diqqət və reaksiyasına necə təsir göstərir?
A) Diqqəti kütləşir (yayınıq olur), reaksiya müddəti artır.
B) Diqqəti dəyişilməz qalır, reaksiya müddəti artır.
C) Diqqəti kütləşir (yayınıq olur), reaksiya müddəti azalır.
Döngədə qabaq körpüsü aparıcı olan avtomobilin arxa hissəsi sürüşdükdə sürücü nə etməlidir?
A) Yanacaq verməni azca artırmaqla hərəkətin istiqamətini sükan vasitəsi ilə nizamlamalıdır.
B) Tormoz verərək sükanı sürüşən tərəfə döndərməlidir.
C) Yanacaq verməni azaltmaqla, hərəkəti sükan vasitəsi ilə diizəltməlidir.
D) Yanacaq verməni kəsməklə sükanın vəziyyətini dəyişməməlidir.
Hansı avtomobildə hərəkət edərkən sürətin artırılması arxa oxun sürüşməsinin aradan qaldırılmasını təmin edə bilər?
A) Qabaq körpüsü aparıcı olan avtomobildə.
B) Arxa körpüsü aparıcı olan avtomobildə.
Döngədə arxa körpüsü aparıcı olan avtomobilin arxa hissəsi sürüşdükdə sürücü nə etməlidir?
A) Yanacaqverməni çoxaltmalı (qazı sıxmaqla), hərəkəti sükan vasitəsi ilə düzəltməlidir.
B) Tormoz verərək sükanı sürüşən tərəfə döndərməlidir.
C) Yanacaqverməni azca azaldaraq sükanı sürüşən tərəfə döndərməlidir.
D) Yanacaqverməni kəsməklə sükanın vəziyyətini dəyişməməlidir.
Sürüşkən yolda sükanın tez döndərilməsindən yaranan təhlükəli sürüşməni aradan qaldırmaq məqsədi ilə sürücü nə etməlidir?
A) Cəld olaraq sükanı asta-asta sürüşmə tərəfə döndərməlidir, sonra sükanın köməyi ilə avtomobilin trayektoriyasını düzəltməlidir.
B) Tormoz pedalını sıxmalıdır.
C) İlişmə muftasını ayırmalıdır.
Tormoz vermə zamanı əmələ gələn sürüşməni aradan qaldırmaq məqsədi ilə sürücü birinci növbədə:
A) Tormoz pedalını sıxmağı dayandırmadan tormoz verməni davam etdirməlidir.
B) Tormoz verməni dayandırmalıdır.
C) İlişmə muftasını ayırmalıdır.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top