Tapılan ümumi test sayı : 206

Sözlərdən biri səhv yazılıb.
A) ömürün
B) sinifdə
C) şəklin
D) oğula
E) fəslə
Hansı cümlədə işarə əvəzliyi işlənmişdir?
A) Bu rəssamın işlərini sərgiyə qoymaq lazımdır.
B) O, maraqlı rəvayətləri toplayır.
C) Uşaqlar onu alqışladılar.
D) Biz axşam görüşəcəyik.
E) Bu, müəllimin kitabıdır.
Hansı cümlədə mübtəda söz birləşməsi ilə ifadə olunub?
A) Sarayın hər tərəfindən səslər ucaldı
B) İş insanın cövhəridir
C) Güllü payız səyahətindən razı qalmışdı
D) Aytən anasından çay istədi.
E) Oğuz eli bir gün yaylağa köçdü
Hansı cərgədə verilmiş sözlər eyniköklü deyil?
A) güllü, güldan
B) sökük, söküntü
C) ovçu, ovlaq
D) uçuq, uçqun
E) yağlı, yağıntı
Cümlələrin birində “sarı” sözü köməkçi nitq hissəsidir.
A) Lalə sarı çiçəklərdən dəstə bağladı .
B) Xalçanın naxışında sarı rəng çox idi.
C) Tibb bacısı xəstənin əlini sarıdı
D) Sənan dayısına sarı qaçdı
E) Bağdakı sarı çiçəklərin ətri hər tərəfə yayılmışdı
Gül sözünə hansı şəkilçiləri artırsaq, düzəltmə söz alınar? 1. -dan  2. -lər  3. – ün  4. -lük  5. -çü  6. – ə
A) 1, 4, 5
B) 1, 5, 6
C) 2, 3, 4
D) 2, 3, 6
E) 1, 3, 5
Aşağıdakılardan hansında inkar şəkilçisi işlənib?
A) Onun atası qazmaçıdır.
B) O, vurma əməlini yaxşı bilmir.
C) Məmməd dondurma aldı
D) Fəhlələr taxtaları ikinci mərtəbəyə qaldırdılar
E) Əynində yun jaket vardı.
Hansı cümlədə mürəkkəb söz yoxdur?
A) Balam, sən çox xoşbəxt adamsan.
B) Karlson özünün başqa qabiliyyətlərindən də danışıb yoruldu.
C) O, havada bir neçə dövrə vurdu, sonra düz Balaca ilə üzbəüz havada dayandı.
D) Ağaxan qardaşına ağacdələn haqqında danışdı
E) Həsən xan dost-tanışın yanında sayseçmə atları ilə fəxr edirdi.
Hansı bənddəki sözlər kar qarşılığı olmayan cingiltili samitlərdən ibarətdir?
A) çoban, armud
B) anbar, ehtiyac
C) Ləman, narın
D) zınqırov, hədəf
E) həyət, zəng
Hansı cümlədəki “maral” sözündə vurğu I hecaya düşür?
A) Maral qardaşını əzizləyir, onun bir sözünü iki eləmirdi
B) Müəllim marala aid maraqlı film göstərdi.
C) Maral tez Tülkünün yanına qaçdı
D) Maralın buynuzları ağaca ilişdi.
E) Maral, sən də məsələləri həll et!
ABAB7 : AB misalında qismət və qalığın hasili neçədir ? Eyni hərflər eyni rəqəmləri göstərir
A) 7007
B) 707
C) 7070
D) 7000
E) 7100
64b üç rəqəmli ədədi 4-ə və 5- ə qalıqsız bölünərsə, b ədədini tapın.
A) 0
B) 2
C) 8
D) 1
E) 5
 20000 manat pulu neçə ədəd 20 manatlıq əskinasla düzəltmək olar ?
A) 1000
B) 300
C) 50
D) 100
E) 500
A) 96
B) 27
C) 72
D) 45
E) 63
Vuruqlarından biri 452, digəri isə 75 olan hasili minliklərə qədər yuvarlaqlaşdırsaq, neçə olar?
A) 34000
B) 32000
C) 33000
D) 40000
E) 30000
Qayıq stansiyasında 12 üçyerlik, 29 ikiyerlik və 15 dördyerlik qayıq var idi. Bütün bu qayıqlarda bir dəfəyə cəmi neçə adam üzə bilər?
A) 156
B) 152
C) 154
D) 158
E) 158
x:24=2 • 3 olduqda, 9 • x – 17 = ifadəsinin qiyməti nəyə bərabərdir?
A) 1300
B) 1279
C) 1289
D) 1278
E) 1313
İki ədədin hasili 12, qisməti 3- dür. Bu ədədlərin cəmini tapın.
A) 12
B) 8
C) 10
D) 9
E) 11
Nailə 28 stəkanı hər birində 6 ədəd olmaqla sinilərə yığdı. Nailə sonuncu siniyə neçə stəkan qoydu?
A) 9
B) 3
C) 4
D) 5
E) 6
Toy məclisi üçün 350 nəfərlik stol açılıb. Təbrik üçün 170 nəfər qohumlar, bundan 28 nəfər çox dostlar gəlib. Neçə nəfərə yer çatmayacaq?
A) 18
B) 17
C) 20
D) 198
E) 15
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top