Tapılan ümumi test sayı : 206

Qalıqlı bölmə əməlində qismət 19, bölən 9 – dur. Bu bölmə əməlində bölünən ən çoxu neçə ola bilər?
A) 190
B) 183
C) 179
D) 180
E) 170
Bir ədədi 8 dəfə artırsan 48 olar. Bu ədədi 12 dəfə artırsan, neçə olar?
A) 60
B) 64
C) 84
D) 72
E) 96
3 – ə bölünən ən kiçik üçrəqəmli ədədlə 8- in hasili nəyə bərabərdir?
A) 816
B) 806
C) 110
D) 850
E) 800
Kamilə iki qələmə 18 manat pul verdi. Qələmlərdən biri o birindən 2 dəfə baha idi. Kamilənin aldığı qələmdən bahalısının qiyməti neçə manatdır?
A) 14 manat
B) 11 manat
C) 13 manat
D) 10 manat
E) 12 manat
Biri 92, digəri bundan 4 dəfə kiçik olan iki ədədin hasilini yüzlüklərə qədər yuvarlaqlaşdır – saq, neçə olar?
A) 2100
B) 2000
C) 2300
D) 2200
E) 1200
5 yüzlük neçə onluqdur?
A) 5
B) 500
C) 5000
D) 50
E) 10
Mən yüzlüklərinin sayı 2 olan ən böyük üçrəqəmli cüt ədədəm. Yüzlüklərə qədər yuvarlaqlaşsam, 300 olaram. Mən neçəyəm?
A) 211
B) 293
C) 296
D) 294
E) 298
184 və 154 ədədlərinin fərqini 3-ə bölün:
A) 10
B) 19
C) 15
D) 12
E) 20
Avtomobil yarışının iştirakçıları birinci gün 52 km yol getmişdilər. Bu, ikinci gün gedilən yoldan 4 dəfə çox idi. İdmançılar iki günə neçə kilometr yol getdi?
A) 78 km
B) 60 km
C) 120 km
D) 92 km
E) 65 km
Ulduz işarəsinin yerinə bərabərsizliyi doğru edən ən kiçik ədədi yazın: 830 + * > 830 + 293
A) 290
B) 292
C) 254
D) 294
E) 295
Feli birləşmə hansıdır?
A) dalğalı dəniz
B) alma ağacı
C) dərilmiş meyvə
D) qorxulu film
E) alma dərmək
Yaxınmənalı sözlərin birləşməsindən yaranan mürəkkəb isim hansı bənddə verilib?
A) sür-sümük
B) şərq-qərb
C) künc-bucaq
D) top-top
E) bacı-qardaş
Verilmiş şeir parçasında neçə isim var: Bu qala bizim qala, Həmişə bizim qala. Tikmədim özüm qalam, Tikdim ki, izim qala.
A) 3
B) 5
C) 1
D) 4
E) 2
İsmi birləşməni göstər.
A) Quş uçur
B) evə baxan Təranənin qara qələmi
C) Fidan oxuyur
D) evə baxan
E) məktəbə getmək
Əsas tərəfi sayla ifadə olunan söz birləşməsi hansı bənddə verilmişdir?
A) uşaqlardan beşi
B) dadlı dondurma
C) çoxlu qızılgül
D) üç dost
E) az söz
Hansı sözdə şəkilçi sözün kökündən əvvəl gəlir?
A) nadir
B) nazik
C) nahar
D) narazı
E) nadan
Sayla isim arasındakı söz hansı cümlədə düzgün işlədilməyib?
A) Anam mağazadan iki cüt corab aldı.
B) Nənə bazardan üç dəstə göyərti aldı.
C) Şamil on baş qoyunu otlağa apardı.
D) Ad gününə on nəfər qonaq gəldi.
E) Qardaşım mənə bir dənə kostyum bağışladı.
“Tapdalamaq” sözünün tələffüzü hansı bənddə düzgün verilib?
A) [tabdalamax]
B) [tapdalamax]
C) [taptalamax]
D) [taftalamax]
E) [tapdalamağ]
Hansı cümlədə sual əvəzliyi işlənib?
A) Orxan sənin kimi rəqs edə bilər?
B) Bu onun kitabıdır?
C) Bağlamanı sizə çatdırdılar
D) Biz niyə qazana bilmədik?
E) Bəs yolda onu görmədin?
Şəkilçisi fərqli tələffüz olunan sözü göstər.
A) evdən
B) balıqlarda
C) kələmdən
D) kəpənəkləri
E) çaydan
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top