Tapılan ümumi test sayı : 114

2003-cü ildə baş vermişdir:
A) Azərbaycanda NATO-nun «Kooperativ determineyşn» çoxmillətli komanda-qərargah təlimlərinin keçirilməsi
B) İlham Əliyevin Azərbaycan Respublikası Prezidenti seçilməsi
C) Azərbaycan dili və Azərbaycan Əlifbası gününün təsis olunması
D) Azərbaycan Ensklopediyasının nəşri haqqında fərman verilməsi
E) Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə həsr olunmuş Aşqabad sammitinin keçirilməsi
Almaniyanın Qafqaza hücum planı:
A) "Dəniz Şiri"
B) "Şliffen"
C) "Barbarossa"
D) "Edelveys"
E) "Vilvet"
İkinci Dünya müharibəsi dövründə faşistlərlə əməkdaşlıq edən milli mənafeyə xəyanət edən qüvvələr adlanır:
A) Ştreykbrexerlər
B) Kollaborasionistlər
C) Şovinistlər
D) Loyalistlər
E) Komprodorlar
Azərbaycanda 1918-ci ilin dekabrından 1920-ci ilin aprelinədək ali dövlət nəzarətini həyata keçirmək funksiyalarına malik idi:
A) Sentrokaspi diktaturası
B) Milli Şura
C) Parlament
D) Bakı XKS
E) Müvəqqəti hökumət
XIX əsrin II yarısında Şimali Azərbaycanda müəyyən şəxslərə şərti mülkiyyət hüququnun verilməsi adlanırdı:
A) yarlıq
B) maaf
C) təzminat
D) vəqf
E) posessiya
Şimali Azərbaycanda 1836-cı ildə ləğv edilmişdir: 1. Rəhdar vergisi 2. Lənkəran xanlığı 3. Alban katolikosluğu 4. Komendant idarə-üsulu
A) 1, 3
B) 3, 4
C) 1, 2
D) 2, 3
E) 2, 4
XIX əsrin əvvəllərində Rusiyanın dövlət quruluşu olmuşdu:
A) Parlamentli monarxiya
B) Mütləq monarxiya
C) Respublika
D) Feodal respublikası
E) Konstitusiyalı monarxiya
XVII ə. II yarısına aid inzibati sistemdə uyğunluq pozulmuşdur:
A) Sədr - dini idarələrə rəhbərlik edirdi
B) Qolbəyi - mahalları idarə edirdi
C) Qazı - məhkəmə işlərinə baxırdı
D) Darğa - kiçik inzibati vahidləri idarə edirdi
E) Kələntər - şəhərləri idarə edirdi
Peterburq müqaviləsinin bağlanmasından neçə il əvvəl Qəsri-Şirin müqaviləsi imzalanmışdır?
A) 50
B) 76
C) 90
D) 45
E) 84
Uyğunluq gözlənilib:
A) Üsyan qaldırmış Hacı Çələbi sığındı-Buğurd qalasına
B) 1743-cü ildə Nadir şah əleyhinə üsyan baş verdi-Dərbənddə
C) Gəncə bəylərbəyliyini idarə edirdilər- Əfşarlar
D) Nadir özünü şah elan etdi-Suqovuşan qurultayında
E) Kirmanşah sülh müqaviləsi bağlandı- Səfəvilərlə Rusiya arasında
XVII əsrin ikinci yarısında bütün kənd sakinlərinə məxsus ümumi istifadədə olan torpaq mükiyyəti forması:
A) Xalisə
B) Mülk
C) Vəqf
D) Divan
E) Camaat
Reç Pospolitanın yaradılması ilk növbədə təhlükə idi:
A) Saksoniyaya
B) Rusiyaya
C) Fransaya
D) Prussiyaya
E) Osmanlılara
Türklər Konstantinopolu ələ keçirdiyi ildə Qərbi Avropada:
A) Qutenberq ilk çap kitabını buraxdı
B) Almaniyada reformasiya hərəkatı başlandı
C) Yüzillik müharibə başa çatdı
D) «Məğlubedilməz armada» məğlub edildi
E) İngiltərədə Ağ qızılgül–Al qızılgül müharibəsi başlandı
Manufaktura ilə fabrik arasında fərqli cəhətlər:
A) Manufaktura sənaye çevrilişinin, fabrik isə maşınlı istehsalın nəticəsi idi
B) Manufakturada əmək bölgüsü yox idi, fabrikdə isə əmək bölgüsü var idi
C) Manufaktura iri maşınlı istehsala əsaslanır, fabrik isə kustar əmtəə istehal müəssisəsi idi
D) Manufaktura əl əməyinə, fabrik isə maşınlı istehsala əsaslanırdı
E) Manufaktura yalnız yüngül sənaye, fabrik isə ağır sənaye müəssisəsi idi
Xronoloji ardıcıllığı göstərin: 1. Xristian kilsəsinin iki hissəyə parçalanması 2. Birinci səlib yürüşü 3. Fransada Baş ştatların çağırılması 4. İngiltərədə parlamentin çağırılması
A) 4, 3, 2, 1
B) 4, 1, 3, 2
C) 3, 1, 2, 4
D) 2, 4, 3, 1
E) 1, 2, 4, 3
Amerikanın kəşfini sürətləndirən hadisələr:
A) Konstantinopolun və Ön Asiyanın osmanlılar tərəfindən fəthi
B) Müqaddəs Roma imperiyasının süqutu
C) Yüzillik müharibənin bitməsi
D) Dənizdə İspaniya ilə Portuqaliya arasında olan rəqabət
E) Ost-Hind şirkətinin təsis edilməsi
I Şənbi-Qazan və Sərdrud döyüşlərinə aid 2 oxşar cəhət: 1. Teymurilərlə Qaraqoyunlular arasında baş vermişdir 2. Ağqoyunlularla Teymurilər arasında baş vermişdir 3. Teymurilər qalib gəlmişlər 4. Qaraqoyunlular qalib gəlmişlər 5. Ağqoyunlular qalib gəlmişlər
A) 1,4
B) 1,3
C) 2,5
D) 2,3
E) 2,3
Ağqoyunlu dövlətinin paytaxtını müəyyən edin:
A) 4
B) 3
C) 2
D) 1
E) 5
Aşağıdakılar aiddir: 1. Müsəlman aləmində müqəddəs şəhərlər, pirlər, din uğrunda mübarizlər və şəhidlər üçün nəzərdə tutulmuşdu 2. Müsəlman dini idarələrinin ixtiyarında idi 3. İcarəyə verilsə də, onu almaq, satmaq və xüsusi mülkiyyətə çevirmək olmazdı
A) Mülk torpaqlarına
B) Vəqf torpaqlarına
C) İcma torpaqlarına
D) İqta torpaqlarına
E) Divan torpaqlarına
Yaylaq və qışlaq maldarlığı ilə məşğul olan köçəri kəndlilər adlanırdı:
A) Rəncbər
B) Hampa
C) Əkər
D) Rəiyyət
E) Elatlar
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top