Tapılan ümumi test sayı : 114

Mahiyyət etibarilə “uc” torpaq sahibliyi ilə oxşarlıq təşkil edən torpaq mülkiyyəti forması:
A) Timar
B) Xostak
C) Ziyamət
D) Tiyul
E) Markqraflıqlar
Xronoloji ardıcıllığı müəyyənləşdirin: 1. Terek çayı sahilində döyüşün baş verməsi 2. «Uqra görüşü» 3.Toxtamış xanın Moskvanı ələ keçirməsi
A) 2,1,3
B) 2,3,1
C) 3,2,1
D) 1,2,3
E) 3,1,2
Əmir Teymurun Hindistana yürüş etməkdə məqsədi:
A) Hindistanın sərvətlərini və münbit torpaqlarını ələ keçirmək
B) Məscidləri qarət etmiş və dağıtmış hind racələrini cəzalandırmaq
C) Hindistanda gizlənmiş Cəlairi hökmdarını həbs etmək
D) Buradakı müsəlman-türkləri incidən hind racələrini cəzalandırmaq
E) Dehli sultanının devrilmiş hakimiyyətini bərpa etmək
XI əsrin ortalarında Böyük Səlcuq imperiyasının əhatə etdiyi ərazi:
A) Çin sərhədlərindən Kiçik Asiyaya, Arazdan Suriyaya qədər
B) Mərkəzi Asiyadan Aralıq dənizinə, Dərbənd keçidindən İran körfəzinə qədər
C) İran sərhədlərindən Fələstinə, Xəzər dənizindən Qara dənizə qədər
D) Hindistandan Qara dənizə, Kürdən Ərəb dənizinə kimi
E) Xorasandan Egey dənizinə, Şimali Qafqazdan Ərəbistana qədər
Yaxın və Orta Şərqin xəritəsinin Qərbi Avropanın xeyrinə dəyişməsinə imkan vermədilər:
A) Səlcuq türkləri
B) Xəzərlər
C) Alanlar
D) Ərəblər
E) Farslar
Adı buraxılmış dövləti müəyyən edin:
A) Ərəb xilafəti
B) Ağ Hun
C) Sasani
D) Qərbi Hun
E) Bizans
Katalaun döyüşü Suasson döyüşündən neçə il əvvəl baş vermişdir?
A) 35
B) 54
C) 43
D) 42
E) 24
Bizansda xarici ticarətin yüksək inkişaf etməsinin əsas səbəbi:
A) Xarici mallara qoyulmuş gömrük haqqının azaldılması
B) İmperiyanın çox əlverişli mövqedə yerləşməsi
C) Əlverişli karvanların, rahat və abad yolların olması
D) Karvan yollarının tam təhlükəsiz olması
E) Ərəb xilafəti ilə yaxşi münasibət
Çin əsarətinə qarşı göytürklərin üsyanına başçılıq etmişdir:
A) İltəris xaqan
B) Gül Tigin
C) Kür Şad
D) Muğan xaqan
E) Bayan xaqan
Miladi təqvimi başlayır:
A) İsa peyğəmbərin qeyb olması ilə
B) Xristian dininin parçalanması ilə
C) İsa peygəmbərin anadan olması ilə
D) Məhəmməd peyğəmbərin Məkkədən ` Mədinəyə köç etməsi ilə
E) İslam dininin yaranması ilə
Qədim Misir və Qədim Şumer mədəniyyətlərində oxşarlıq:
A) Hökmdarın "səma oğlu" adlandırılması
B) Qulların "danışan alətlər" adlanması
C) Zərdüştlüyün geniş yayılması
D) Əsas yazı məmulatının perqament olması
E) Yazının şəkli yazı olması
Manna və Skif padşahlığının tarixinə aid oxşarlıq:
A) Hərbi islahat keçirilməsi
B) Midiya tərəfindən süquta uğradılıblar
C) İnzibati cəhətdən vilayətlərə bölünmələri
D) Paytaxtın İzirtu olması
E) E.ə. VII əsrdə yaranmaları
Çatiyə aid deyil:
A) Fironun dəftərxanası onun əlində idi
B) Fironun dövlət xəzinəsi onun əlində idi
C) Məhkəməni idarə edirdi
D) Misir hökmdarı idi
E) Fironun ən yaxın köməkçisi idi
Yeni daş dövrü nədən sonra başladı:
A) Neolit
B) Aşel dövrü
C) Paleolit
D) Mezolit
E) Eneolit
Paleolit və Mezolit dövrlərinin ümumi cəhəti:
A) qəbilə icmasinin meydana gəlməsi
B) axirət dünyasına inamın yaranması
C) əmək alətlərinin daşdan hazırlanması
D) ulu icmanın yaranması
E) istehsal təsərrüfatının mövcudluğu
Konstitusiyaya əsasən hansı müddəa doğrudur?
A) Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur
B) İcra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ vardır
C) Xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yalnız Baş Prokurora aiddir
D) Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa hər kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adındaş müraciət etmək hüququ vardır
E) Milli Məclis üzvlərindən heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur
Azərbaycanda səkkizillik icbari təhsildən neçə il sonra onillik icbari təhsilə keçilmişdir?
A) 21
B) 20
C) 15
D) 16
E) 7
N.Xruşşovun Bakını Azərbaycanın tərkibindən çıxararaq müstəqil inzibati bölgə kimi Moskvaya tabe etmək planını pozdu:
A) Vəli Axundov
B) Mir Cəfər Bağırov
C) Əbülfəz Elçibəy
D) İmam Mustafayev
E) Heydər Əliyev
«Qafqazın idarə olunması» planının müəllifi kim idi:
A) Himler
B) Görinq
C) Hitler
D) Borman
E) Rozenberq
“Şliffen planı”nda nəzərdə tutulurdu:
A) Yunanıstana hücum
B) Almaniyanın müharibədən imtinası
C) Osmanlı dövlətinin parçalanması
D) Almaniyanın iki cəbhədə müharibə aparması
E) Almaniyanın Fransa ilə yaxınlaşması
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top