Tapılan ümumi test sayı : 114

Mehri rayonunun yaradılması (1929 – 1931) nəticəsində:
A) Yuxarı Zəngəzur Ermənistana birləşdirildi
B) Naxçıvan Azərbaycanın tərkibində muxtariyyət statusu aldı
C) Naxçıvanla Azərbaycanın digər torpaqları arasında olan əlaqə kəsildi
D) Şərur-Dərələyəz Ermənistana birləşdirildi
E) Azərbacanın formal müstəqilliyi ləğv edildi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradıldı:
A) Savadsızlıqla mübarizə üçün Xüsusi Komitə
B) Ali Rəssamlıq Məktəbi
C) Din işləri üzrə komissiya
D) 416-cı Taqanroq diviziyası
E) Gəncədə hərbi feldşer məktəbi
Birinci dünya müharibəsinin sonunda Cənubi Azərbaycanda erməni quldurlarının azərbaycanlıları kütləvi şəkildə qırmasının qarşısını alan dövlət:
A) Rusiya
B) İran
C) İngiltərə
D) ABŞ
E) Osmanlı
XIX yüzillikdə Cənubi Azərbaycanda ilati – elat adlanırdı:
A) Kəndlilərə məxsus xüsusi torpaq sahələri
B) Ayrı-ayrı tayfalara bağışlanmş və onların müvəqqəti istifadəsində olan icma torpaqları
C) Feodalların xüsusi mülkiyyətində olan torpaq sahələri
D) Oturaq və yarımköçəri həyat sürən ayrı-ayrı tay falara dövlət qarşısında hərbi xidmət müqabilində verilən torpaq sahələri
E) Dövlətə qulluq müqabalində ayrı-ayrı şəxslərə bağışlanmış torpaqlar
Aşağıdakılar aiddir: – Şimalı Azərbaycanda kapitalizmin manufaktura mərhələsini ancaq bu sahə keçmişdir. – Sənaye kapitalizminin bütün mərhələlərini keçmişdir
A) İpək emalı sənayesinə
B) Pambıqçılığa
C) Dəmirçilik sənayesinə
D) Neft sənayesinə
E) Yun parça toxuculuğuna
Azərbaycanda milli teatrın əsasının qoyulmasından neçə il sonra milli mətbuatın əsası qoyulmuşdur?
A) 8
B) 9
C) 15
D) 2
E) 7
Osmanlı imperiyası son olaraq Balkanlarda və Egey dənizində olan torpaqlarını itirdi:
A) I Balkan müharibəsində
B) Yüzillik müharibədə
C) II Balkan müharibəsində
D) Şimal müharibəsində
E) Krım müharibəsində
“Qafqazın Lionu” adlandırılan şəhərin yerini müəyyən edin:
A) 2
B) 3
C) 4
D) 5
E) 1
Hüseynəli xanın hakimiyyəti dövründə Qubaya birləşdirilmiş ərazini müəyyən edin:
A) Dərbənd xanlığı
B) Е) Şamaxı xanlığı
C) Bakı xanlığı
D) Salyan torpaqları
E) Cavad xanlığı
Fransa burjua inqilabının başlanmasını və sona çatmasını bildirən hadisələr:
A) Fransada ilk respublikanın qurulması - 9 termidor çevrilişi
B) XVI Lüdoviqin baş ştatları çağırması - Direktoriyanın qurulması
C) Bastiliyanın alınması - Yakobin diktaturasının süqutu
D) Valmi döyüşü - Fransada ilk respublikanın qurulması
E) XVI Lüdoviqin edam edilməsi - 18 brümer çevrilişi
Rusiyada ilk dəfə imperator titulu qəbul etdi:
A) II Yekaterina
B) I Nikolay
C) I Aleksandr
D) I Pyotr
E) III Vasili
XVI Lüdovik 1614-cü ildən bəri çağırılmayan Baş ştatları çağırmaqla ümid edirdi:
A) Üçüncü silkin deputatları ilə anlaşma əldə etməyə
B) Baş ştatlardan yeni vergilərin tətbiqinə üçün razılıq almağa
C) Əhalinin narazılığının qarşısını almağa
D) Müxalif qüvvələri Baş ştatlardan uzaqlaşdırmağa
E) Tərəfdarlarının sayını artırmağa
Azərbaycanda birləşdirmə siyasəti aparmış xanlıqlar:
A) Quba, Ərdəbil, Qaradağ,Naxçıvan
B) Urmiya, Quba, Qaradağ,Şəki
C) Şəki, Xoy, Sərab, Təbriz
D) Quba,Qarabağ, Şəki, Urmiya
E) Qarabağ, Şamaxı, İrəvan, Naxçıvan
Aşar adlandırılan onda bir vergisini verirdilər:
A) Xristian əkinçilər
B) Müsəlman əkinçilər
C) Müsəlman olmayan kişi əhalisi
D) Sənətkarlar
E) Tacirlər
Şah I Abbas tərəfindən təkbaşına silah gəzdirmək hüququ ləğv olundu:
A) Kürd tayfa başçılarının
B) Saray əyanlarının
C) Fars etnik elementlərinin
D) Saray qulluqçularının
E) Qızılbaşların
Papa VII Qriqori ilə Almaniya imperatoru IV Henrix arasındakı mübarizənin səbəbi:
A) Papanın iri feodalları müdafiə etməsi
B) Almaniyada yepiskop təyin etmək hüququ
C) Kilsənin “onda bir” vergisi almasının qadağan edilməsi
D) Müqəddəs Roma imperiyasına başçılıq etmək istəyi
E) IV Henrixin kilsə mülklərinə vergi qoyması
Əlqas Mirzə, İsmayıl Mirzə və Abdulla xan Ustaclıya xas olan oxşarlıq:
A) Şirvan bəylərbəyləri olmaları
B) Mərkəzi hakimiyyətə qarşı qiyamlar qaldırmaları
C) Qarabağ bəylərbəyləri olmaları
D) Cənub bəylərbəyləri olmaları
E) Şəki üzərinə yürüş edən Səfəvi ordusuna sərkərdəlik etmələri
“Qızılqaya xəyanəti”ndən neçə il sonra “Şiraz qonaqlığı” baş vermişdir?
A) 100 il
B) 13 il
C) 40 il
D) 19 il
E) 11 il
1387, 1393, 1397-ci illərə aid hadisələrinin oxşarlığı:
A) Teymuri əmirləri Təbrizə yiyələnməyə cəhd göstərmişlər.
B) Teymur Əlincə qalasına müvəffəqiyyətsizliklə nəticələnən yürüşlər etmişdir.
C) Teymurilərə qarşı hürufi çıxışları olmuşdur
D) Teymurilərlə Osmanlılar arasında döyüşlər olmuşdur.
E) Teymurla Toxtamış arasında döyüşlər olmuşdur
Ağqoyunluların əlaqələrinin daha geniş olduğu Qərb dövləti:
A) Genuya Respublikası
B) Araqon krallığı
C) Venesiya Respublikası
D) Burqundiya hersoqluğu
E) Rodos feodal dövləti
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top