Tapılan ümumi test sayı : 130

Mikroorqanizmlərdən xalq təsərrüfatının hansı sahəsində istifadə olunmur?
A) Yemçilik, yeyinti sənayesi
B) Tikinti materiallarının hazırlanmasında
C) Süd məhsullarının hazırlanması
D) Çörəkbişirmə, şərabçılıq
Aşağıda istifadə olunan metodlardan hansı seleksiyada müasir metod sayılmır?
A) Gen mühəndisliyi
B) Hüceyrə mühəndisliyi
C) Xromosom mühəndisliyi
D) Biotexnologiya
Biotexnologiyada hansı mikroorqanizmlərdən istifadə edilir?
A) Parazit göbələklərdən
B) Maya göbələklərdən
C) Papaqlı göbələklər
D) Bakteriyalardan
Hansı mülahizə düzgün deyil?
A) Hüceyrə mühəndisliyində müxtəlif bitki hüceyrələrindən regenerasiya yolu ilə tam orqanizm əmələ gəlir
B) Hüceyrə mühəndisliyi hüceyrə səviyyəsində gedən müasir seleksiya metodudur
C) Gen mühəndisliyi xromosomların dəyişdirilməsinə əsaslanır
D) Gen mühəndisliyi bir orqanizmdə olan genin digərinə köçürülməsidir
Bir orqanizmdəki müəyyən genin digərinə köçürülməsi prosesi nə adlanır?
A) Xromosom mühəndisliyi
B) Gen mühəndisliyi
C) Biotexnologiya
D) Hüceyrə mühəndisliyi
Miçurin müxtəlif növ və cinslərin çarpazlaşdırılmasını tətbiq edərək hansı hibridləri almışdır?
A) Qış Beressi armud sortu
B) Slavyanka alma sortu
C) Böyürtkənlə moruğun hibridi
D) Belfler – Kitayka alma sortu
Mentor üsulu hansı orqanizmlərdə aparılır?
A) Mikroorqanizmlərdə
B) Göbələklərdə
C) Heyvanlarda
D) Bitkilərdə
Miçurin ilk dəfə hansı qanunauyğunluğu müəyyən etmişdir?
A) Poliploidlik xüsusiyyətini
B) Uzaq hibridləşməni
C) Daxili və xarici mühit amillərinin təsirini
D) Dominantlığın idarə edilməsini
Miçurin hansı metodla gavalı və göyəmin hibridlərini almışdır?
A) Mentor üsulu ilə
B) Uzaq hibridləşdirmə ilə
C) Seçmə ilə
D) Dominantlığı idarə etməklə
Azərbaycanda məhsuldar buğda sortlarının yaradılmasında hansı alimlərin böyük əməyi olmuşdur?
A) İ. Mustafayev
B) A. Qarayev
C) F. Məlikov
D) İ. Mustafayev və C. Əliyev
Təkamülün hərəkətverici qüvvələrinə aid deyil?
A) Qeyri – irsi dəyişkənlik
B) Təbii seçmə
C) İrsi dəyişkənlik
D) Yaşamaq uğrunda mübarizə
Aşağıdakılardan hansı təkamülün hərəkətverici qüvvələrinə aiddir?
A) Yaşamaq uğrunda mübarizə
B) Orqanizmlərin nisbi uyğunlaşması
C) Qeyri – irsi dəyişkənlik
D) Modifikasiya dəyişkənliyi
Təkamülün nəticələrindən biridir?
A) Yaşamaq uğrunda mübarizə
B) Canlı varlıqların quruluşunun mürəkkəbləşməsi
C) Populyasiya dalğaları
D) İrsi dəyişkənlik
Fərdlərin bir populyasiyada birləşməsinə səbəb nədir?
A) Sərbəst çarpazlaşma
B) Eyni yaş həddi
C) Yırtıcı həyat tərzi
D) Ümumi qidalanma
Yaşamaq uğrunda mübarizənin hansı növü kəskin gedir?
A) Növdaxili mübarizə
B) Növarası və növdaxili mübarizə
C) Əlverişsiz mühitlə mübarizə
D) Növlərarası mübarizə
Fərdi seçmə ən çox hansı bitkilərin seleksiyasında aparılır?
A) Küləklə tozlanan bitkilər
B) Həşəratla tozlanan bitkilər
C) Həşərat və küləklə tozlanan bitkilər
D) Öz – özünə tozlanan bitkilər
Heyvanların seleksiyasına aid olan sıra hansıdır?
A) Uzaq hibridləşdirmə
B) Eksteryerə görə valideyn cütlərinin seçilməsi
C) Mənşə mərkəzlərinə görə valideyn cütlərinin seçilməsi
D) Xətlərarası hibridləşdirmə
Ancaq bitkilərin seleksiyasında tətbiq olunur:
A) Mentor üsulu
B) Homoziqot xətlərin alınması
C) Uzaq hibridləşdirmə
D) Hibridlərin alınması
Həm bitki, həm də heyvan seleksiyası üçün tətbiq olunur:
A) Vegetativ çoxalma
B) Sortlararası hibridləşdirmə
C) Xətlərarası hibridləşdirmə
D) Mentor üsulu
Bitkilərin seleksiyasında tətbiq olunmur:
A) Uzaq hibridləşmə
B) Fərdi seçmə
C) Kütləvi seçmə
D) Törədicilərin nəslə görə təyini
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top