Tapılan ümumi test sayı : 130

Aşağıdakılardan hansı insanda dominant əlamət sayılır?
A) Düz saçlar
B) Qara gözlər
C) Mavi gözlər
D) Normal boy
İnsanda neçə autosom xromosom var?
A) 23
B) 40
C) 46
D) 44
Dişi heteroqametlilik hansı heyvanlarda müşahidə edilir?
A) Sürünənlərdə, məməlilərdə
B) Balıqlarda, sürünənlərdə
C) Kəpənəklərdə, quşlarda
D) Suda – quruda yaşayanlarda, balıqlarda
Cinsiyyət xromosomları xo şəklində olan hansı orqanizmdir?
A) Sürünənlər
B) Quşlar
C) Kəpənəklər
D) Düzqanadlılar
Dişi homoqametlilik hansı orqanizmdə göstərilmişdir?
A) Sürünənlərdə
B) Məməlilərdə
C) Quşlarda
D) Kəpənəklərdə
Genlərin ilişikli keçməsi hansı alimin adı ilə bağlıdır?
A) T. Q. Morqan
B) S.Q. Navaşin
C) N.İ. Vavilov
D) Q.İ. Mendel
Morqan hadisəsinin meydana çıxması nə vaxt mümkündür?
A) Diheteroziqot dişi milçəklərlə ressesiv erkək milçəklərin çarpazlaşmasından
B) Homoziqot ressesiv dişi ilə hereziqot erkək milçəklərin çarpazlaşmasından
C) Heteroziqot dişi ilə Diheteroziqot erkək milçəklərin çarpazlaşmasından
D) Heteroziqot dişi milçəklərlə homoziqot erkək milçəklərin çarpazlaşmasından
İnsanda ilişikli gen qrupunun miqdarı neçədir?
A) 46
B) 22
C) 23
D) 25
Krossenqover nədir?
A) Analizedici çarpazlaşma
B) İrsi proseslər
C) Homoloji xromosomların konyuqasiyası zamanı bəzi sahələrin mübadiləsi
D) Dəyişkənliklər
Gen xəritələri hansı prinsiplə qurulur?
A) Kombinativ əlamətlərin çoxluğundan
B) İlişikli qrup yaradan genlərin yerləşməsi ardıcıllığından
C) Analizedici çarpazlaşma əsasında
D) Mendel qanunları əsasında
AaBb genotipli fərd neçə sort qamet əmələ gətirər?
A) 4
B) 2
C) 1
D) 3
AaBb genotipli fərd hansı sort qametləri verər?
A) AB, Ab, aB, ab
B) AB və ab
C) AA, BB, aa,bb
D) A, B, aa, bb
Dihibrid çarpazlama nəticəsində alınmış nəsillər AABB; AABb; AaBB; AaBb kimi olmuşsa onda onların valideynlərinin genotipi necə olar?
A) P – AABB x AABb
B) P – Aabb x aabb
C) P – AaBB x AaBB
D) P – AABB x AaBb
Hansı cavabda diheteroziqot genotip düzgün verilmişdir?
A) AaBB
B) CCDD
C) aabb
D) AaBb
Dihomoziqot genotipi təyin edin:
A) aabb
B) AaBb
C) AaBb
D) AaBB
Hansı hallarda hetroziqot hibrit formalar aralıq xarakter daşıyır?
A) Birinin digəri üzərində tam dominantlıq etməsi
B) Birinin digəri üzərində tam dominantlıq olmaması
C) Hər iki valideynin fenotipi eyni olduqda
D) Hər iki valideynin genotipi hetroziqot olduqda
Aa və aa genotipinə malik fərdlərin çarpazlaşması zamanı hansı fenotip nisbətini gözləmək olar?
A) 3 :2
B) 3 :1
C) 2 :1
D) 1 :1
Aa və aa genotipinə malik fərdlərin çarpazlaşması zamanı hansı genotip nisbətini gözləmək olar?
A) 1 :2
B) 1 :2 :1
C) 1 :1
D) 3 :2
Parçalanma 1 :1 nisbətində olarsa onda valideynlərin genotipi necə olar?
A) Aa x aa
B) Aa x Aa
C) AA x aa
D) aa x aa
Çarpazlaşma zamanı hansı bitkidə tam dominantlıq olmur ?
A) Lobya
B) Noxud
C) Yerfındığı
D) Gecəçiçəyi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top