Tapılan ümumi test sayı : 1487

Hərəkət sürətinin birdən (qəfildən) artırılması ilə əlaqədar sürüşmə baş verdikdə sürücü qazın pedalına necə təsir etməlidir?
A) Pedalın vəziyyətini dəyişməməlidir.
B) Pedalı sıxmağı azaltmalıdır.
C) Pedalı sıxmağı gücləndirməlidir.
Sürüşkən yolda kəskin tormozlamanı necə yerinə yetirmək lazımdır?
A) İlişmə muftasını (ötürməni) ayırıb tormoz pedalını axıra kimi sıxmaqla.
B) İlişmə muftasını (ötürməni) ayırmadan tormoz pedalını tez-tez sıxmaqla.
Hansı tormozlama üsulu sürüşkən yolda avtomobilin manevr etmə qabiliyyətini saxlamağa imkan verir?
A) Təkərlərin tam blakirovkası (sürüşməsi) ilə.
B) Təkərləri blakirovka etmədən mühərriklə tormozlama.
Səthi quru olan asfalt-beton örtüklü yolda hərəkət edərkən çiskin yağış yağmağa başlayırsa, sürücü nə etməlidir?
A) Nə qədər ki, yağış güclənməyib, sürəti artırmaqla böyük məsafə qət etməyə çalışmalıdır.
B) Sürəti dəyişmədən hərəkəti davam etdirməlidir.
C) Sürəti azaltmalı və xüsusilə ehtiyatlı olmalıdır.
Düz yolda saatda 60 kilometr sürətlə hərəkət edərkən Siz qəflətən yolun böyük olmayan sürüşkən sahəsinə çıxırsınız. Bu halda nə etmək lazımdır?
A) Yavaşca tormoz vermək.
B) Sürəti və trayektoriyanı dəyişmədən hərəkəti davam etdirmək.
Su sahəsini keçdikdən sonra tormozun effektivliyini tez vaxtda bərpa etmək məqsədi ilə sürücü nə etməlidir?
A) Hərəkəti davam etdirməlidir və tormoz pedalını tez-tez sıxmaqla (qısa müddətli) tormoz kalodkalarının üzlüklərini qurutmalıdır.
B) Hərəkəti aşağı sürətlə, tormoz vermədən davam etdirməlidir.
C) Duracaq tormozun dəstəyini azca dartmaqla hərəkəti davam etdirməlidir.
Qarlı torpaq yolda hərəkət etmək üçün sürücü nə etməlidir?
A) Kəskin dayanmalar və dönmələr etmədən əvvəlcədən seçilmiş aşağı ötürmədə hərəkət etməlidir.
B) Yolun vəziyyətindən asılı olaraq sürəti və ötürmələri dəyişməlidir.
Avtoqatarın qoşqusu döngədə hansı tərəfə yerdəyişmə edir?
A) Döngənin mərkəzinə doğru.
B) Yerdəyişmə etmir.
C) Döngənin mərkəzindən əks tərəfə.
Sürücünün hansı hərəkətləri döngədə yaranan mərkəzdənqaçma qüvvəsinin azalmasına səbəb ola bilər?
A) Hərəkət sürətini azaltması.
B) Dönmə radiusunu azaltması.
C) Hərəkət sürətini artırması.
Döngədə mərkəzdənqaçma qüvvəsi hərəkət sürətinin artması ilə necə dəyişir?
A) Dəyişmir.
B) Sürətin artmasının kvadratına bərabər olaraq artır.
C) Sürətin artmasına müvafiq olaraq artır.
Hansı hallarda minik avtomobili döngələrdə aşmağa qarşı daha davamlıdır?
A) Yüksüz və sərnişinlərsiz.
B) Sərnişinlərlə, amma yüksüz.
C) Sərnişinlərsiz, amma yuxarı baqajdakı yük ilə.
Sərt enişdə ilişmə muftasının (ötürmələrin) ayrılması ilə uzun müddətli tormozlama nə ilə təhlükəlidir?
A) Tormoz mexanizminin detallarının yeyilməsi artır.
B) Şinlərin naxışlarının yeyilməsi artır.
C) Tormoz mexanizmləri qızır və tormozlanmanın effektivliyi azalır.
Sərt enişdə avtomobilin mühərriklə tormozlanması zamanı sürücü hansı şərtlərə görə ötürməni seçməlidir?
A) Eniş nə qədər sərtdirsə, ötürmə də yüksək olmalıdır.
B) Ötürmənin seçimi enişin sərtliyindən asılı deyil.
C) Eniş nə qədər sərtdirsə, ötürmə də aşağı olmalıdır.
Yük avtomobilinin arxasınca təhlükəsiz distansiyada uzun müddət hərəkət etdikdən sonra onu ötmək üçün şans yaranır. Bu halda Siz nə etməlisiniz?
A) Qarşı hərəkət zolağına çıxırsınız və bundan sonra ötülən avtomobillə bərabərləşərək onu keçirsiniz.
B) Ötülən avtomobilə maksimum yaxınlaşırsınız, qarşı hərəkət zolağına çıxirsınız və ötürsünüz.
C) Hər iki varianta icazə verilir.
Yoxuşda hərəkətə başlayan zaman hansı anda duracaq tormozun dəstəyini buraxmağa başlamaq lazımdır?
A) Hərəkətə başlayana kimi.
B) Hərəkətə başlayandan sonra.
C) Hərəkətə başlama ilə eyni vaxtda.
Avtomobilin sağ təkərləri yolun sağındakı yumşaq yaş torpağa çıxdığı halda məsləhət görülür:
A) Tormozdan istifadə etməməklə avtomobili astaca yolun hərəkət hissəsinə qaytarmaq.
B) Tormoz verməklə avtomobili astaca sola döndərmək.
C) Tormoz verməklə tam dayanmaq.
Gecə vaxtı küləkli qar yağmurunda hansı xarici işıq cihazlarının qoşulması yolun ən yaxşı görünməsini təmin edir?
A) Faraların yaxın işıqları ilə birgə duman faraları.
B) Faraların uzaq işıqları ilə birgə duman faraları.
Sutkanın qaranlıq vaxtı yoxuşun zirvəsinə yaxınlaşanda sürücüyə məsləhət görülür ki, faraların uzaq işığını yaxın işığa keçirsin:
A) Ancaq qarşıdan gələn nəqliyyat vasitəsi göründükdə.
B) Həmişə yoxuşun zirvəsinə yaxınlaşdıqda.
Sutkanın qaranlıq vaxtı işıqlandırılmayan avtomagistralda faranın yaxın işıqları ilə hərəkət edən yük avtomobilinin saatda 90 kilometr sürətlə hərəkətini Siz təhlükəsiz hesab edirsiniz?
A) Bəli, belə ki, bu, Qaydalarla icazə verilən maksimum sürətə uyğundur.
B) Xeyr, belə ki, dayanma yolu görmə məsafəsindən artıqdır.
Sutkanın qaranlıq vaxtı yaşayış məntəqəsindən kənarda işıqlandırılmayan yolda faranın yaxın işıqları ilə hərəkət edən minik avtomobilinin saatda 90 kilometr sürətlə hərəkətini Siz təhlükəsiz hesab edirsiniz?
A) Bəli, belə ki, bu, Qaydalarla icazə verilən maksimum sürətə uyğundur.
B) Xeyr, belə ki, dayanma yolu görmə məsafəsindən artıqdır.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top