Tapılan ümumi test sayı : 115

Aşağıdakı sürünənlərdən hansının qabıqdəyişməsi zamanı köhnə dəri corab kimi çevrilərək bütövlüklə bədəndən ayrılır?
A) timsahların
B) tısbağaların
C) kərtənkələlərin
D) dinozavrların
E) ilanların
Qıjıların cinsli nəsli necə adlanır?
A) plaun
B) yaşıl sap
C) kökümsov
D) protonema
E) protal
Yaşıl quş mamırı torf mamırından göstəriləndən nə ilə fərqlənir?
A) sporlardan protonema əmələ gəlməsi ilə
B) sporlarla çoxalması ilə
C) toxumların olması ilə
D) xloroplastlarının olması ilə
E) rizoidinin olması ilə
Çəyirdək meyvəsi olan bitkilər:
A) əzgil, heyva, alma
B) qarağat, badam, püstə
C) pomidor, istiot, badımcan
D) günəbaxan, çovdar, buğda
E) albalı, şaftalı, ərik
Əgər xlamodomonadanın qırmızı gözcüyü çıxarılarsa nə baş verər?
A) işığa doğru hərəkət edər
B) qaranlığa doğru hərəkət edə bilməz
C) çoxala bilməz
D) işığa doğru hərəkət edə bilməz
E) fotosintez edə bilməz
Xəzanın əsas səbəbi:
A) yarpaqlarda törədici toxumanın məhv olması
B) torpaqda mineral duzların azalması
C) yağışların çox yağması
D) iqlimin soyuması ilə əlaqədar olaraq torpaqda temperaturun aşağı düşməsi
E) yarpaqların zərərli maddələrlə zənginləşməsi
Lələkvari yarpaqlar quruluşca hansı formalarda olur?
A) yalnız tək lələkvari
B) yalnız barmaqvari lələkvari
C) tək lələkvari və cüt lələkvari
D) üçər lələkvari və barmaqvari lələkvari
E) yalnız cüt lələkvari
Daş sarmaşığının qarmaqcıqları nədən əmələ gəlmişdir?
A) yan köklərdən
B) əlavə köklərdən
C) əsas və əlavə köklərdən
D) əsas köklərdən
E) sorucu köklərdən
DNT ikiləşir:
A) metafazada
B) anafazada
C) profazada
D) presintetik mərhələdə
E) sintetik mərhələdə
Aşağıdakı canlılardan hansının rüşeym mərhələsində mezoderma qatı əmələ gəlmir?
A) aureliyada
B) nereiddə
C) latimeriyada
D) planaridə
E) neştərçədə
Hansı sırada verilmiş bitkilər süni seçmə nəticəsində meydana gəlmişdir?
A) şam və küknar
B) gül kələm və ağbaş kələm
C) qara quşüzümü və qırmızı quşüzümü
D) ağcaqayın və qovaq
E) qarağac və cökə
Hemoqlobinin zülal hissəsi nə cür adlanır?
A) fibrin
B) hem
C) insulin
D) qlobin
E) fibrinogen
“Humor” sözünün dilimizə tərcüməsi:
A) qan
B) maye
C) hormon
D) tənzimləmə
E) hərəkətə gətirmək
Oynaq başının oynaq çuxurundan çıxması nə cür adlanır?
A) kifoz
B) burxulma
C) sınıq
D) çıxıq
E) skalioz
Sadalananlardan hansı həşərat deyil?
A) ipəkqurdu
B) pambıq sovkası
C) əqrəb
D) göyün
E) parabizən
Kərtənkələnin arxa ayağında neçə barmaq vardır?
A) 1
B) 6
C) 2
D) 3
E) 5
Yunan sözü olan loqos tərcümədə nə deməkdir?
A) canlı
B) bitki
C) bakteriya
D) elm
E) göbələk
Əlverişli şəraitdə 1 saat ərzində bir bakteriya hüceyrəsindən maksimum neçə nəsil yarana bilər?
A) 3
B) 9
C) 5
D) 1
E) 7
Kasacıq+tac:
A) zoğdur
B) meyvəyanlığıdır
C) tumurcuqdur
D) çiçək yatağıdır
E) çiçəkyanlığıdır
Toxum cücərən zaman ləpə yarpaqlarını torpağın üzərinə çixarmayan bitki:
A) noxud
B) qarpız
C) günəbaxan
D) kətan
E) lobya
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top