Tapılan ümumi test sayı : 115

Şibyə orqanizmindən yosunları çıxarsaq, hansı funksiya itər?
A) su və suda həll olunmuş duzların sorulması
B) fotosintez nəticəsində üzvi maddələr yaranması
C) çoxalma
D) hərəkət
E) tənəffüs
Hansı sırada yalnız saçaqlı kök sisteminə malik bitkilər göstərilmişdir?
A) pomidor, nar, qızılgül, çinar
B) arpa, buğda, çovdar, vələmir
C) palıd, söyüd, qovaq, şam, alma
D) bağayarpağı, dağ laləsi, yerköku, nar
E) dəvətikanı, pambıq, xiyar, armud, cökə
Birtipli qamet əmələgətirən fərd:
A) allel
B) genotip
C) homoziqot
D) fenotip
E) heteroziqot
Hansını aromorfoz hesab etmək olar?
A) göyərçinin lələyinin yelpik şəklini almasını
B) suyun dibində yaşayan balığın bədəninin yastılaşmasını
C) qızılsarmaşıqda yarpaqların itməsini
D) cinsi çoxalmanın meydana çıxmasını
E) qoruyucu rəngin əmələ gəlməsini
1. nuklein turşusuna malik olmaq 2. zülal sintez etmək 3. zülala malik olmaq 4. hüceyrə orqanoidlərinə malik olmaq Göstərilənlərdən hansı bütün bakteriya, virus və ibtidai orqanizmlər üçün xarakterikdir?
A) 1, 3
B) 1, 2, 3, 4
C) 1, 2, 3
D) 1, 2
E) 2, 3
Tərkibində adenin azotlu əsası, riboza və bir fosfat qalığı olan :
A) zülal
B) DNT
C) ATF
D) RNT
E) karbohidrat
Bütün plasentalılar üçün oxşar olan xüsusiyyət verilənlərdən hansıdır?
A) kəsici,köpək,azı dişlərinə malik olmaları
B) tük örtüyünə malik olmaları
C) embrional inkişaf dövründə qəlsəmə yarıqlarının olması
D) arxa ətraflara malik olmaları
E) beyin yarımkürələrində şırım və qırışların çox olması
Skorbut xəstəliyinə aid olmayan əlaməti göstərin:
A) oynaqlarda ağrılar baş verir
B) qıcolmalar başlayır və iflic baş verir.
C) dişlərin əti qanayır
D) infeksion xəstəliklərə qarşı oqanizmin müqaviməti azalır
E) ağızın selikli qişasında yaralar əmələ gəlir
İnsanda arterial qan ürək boşluğuna bilavasitə neçə damarla daxil olur?
A) 6
B) 1
C) 4
D) 5
E) 2
Aşağıdakılardan hansı orqanlar sistemi deyil?
A) sinir
B) qan-damar
C) ifrazat
D) cinsiyyət
E) epitel
Qidanı görərkən ağız suyunun ifrazı hansı reflekslərə aiddir?
A) şərtsiz qida reflekslərinə
B) şərti müdafiə reflekslərinə
C) şərtsiz səmt reflekslərinə
D) şərtsiz müdafiə reflekslərinə
E) şərti qida reflekslərinə
Mozalanlar həşəratların hansı dəstəsinə aiddirlər ?
A) ikiqanadlılar
B) sərtqanadlılar
C) pulcuqqanadlılar
D) pərdəqanadlılar
E) düzqanadlılar
Göl qurbağasının baş beyninə hansı qan gedir?
A) qarışıq
B) hemolimfa
C) venoz
D) arterial
E) arterial və qarışıq
Məməlilərdə mədə hansı orqanlar sisteminə aiddir ?
A) həzm
B) cinsiyyət
C) qan-damar
D) ifrazat
E) tənəffüs
14 hüceyrədən təşkil olunmuş ulotriksin neçə hüceyrəsi fotosintez edə bilər?
A) 2
B) 13
C) 12
D) 1
E) 10
Növlərin latın dilindəki adlarında birinci gələn söz hansı sistematik vahidin göstəricisidir?
A) növün
B) sinfin
C) cinsin
D) fəsilənin
E) sıranın
Çılpaqtoxumlulara aid olan fəsilələr hansılardır?
A) şamlar və sərvlər fəsilələri
B) qara şam və sidr fəsiləsi
C) küknar və qaraçöhrə fəsilələri
D) ardıc və qarmaqvari şam fəsiləsi
E) şərq tuyası və Eldar şamı fəsiləsi
Hansı mülahizə düzgün deyil?
A) hüceyrələr ölçülərinə, formalarına görə müxtəlifdir
B) çiçəkli bitkilərin bütün orqanları hüçeyrədən təşkil olunmuşdur
C) bitki hüceyrələri, adətən, çox kiçikdir
D) hüceyrə orqanizmin ən kiçik bioloji vahididir
E) pambıq və kətan lifi hüceyrələrini adi gözlə görmək mümkün deyil
Meyvəyanlığı nədən əmələ gəlir?
A) yumurtacıqdan
B) toxumdan
C) erkəkcikdən
D) çiçək saplağından
E) yumurtalığın divarından
Yazın ikinci əlaməti:
A) kol bitkilərində şirə hərəkətinin başlanması
B) küləklə tozlanan ağac və kol bitkilərinin çiçək açması
C) həşəratla tozlanan bitkilərin çiçək açması
D) ağac bitkilərində yarpaqların açılması
E) ağac bitkilərində şirə hərəkətinin başlanması
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top