Tapılan ümumi test sayı : 115

Əgər anаdonta böyük göl ilbizinin tənəffüs orqanınna malik olsaydı, onda:
A) çoxalmazdı
B) qidalanma və tənəffüs prosesi eyni vaxtda getməzdi
C) ifrazat prosesi pozulardı
D) maddələr mübadiləsi getməzdi
E) çanağa malik olmazdı
Yosunlarda gedən konyuqasiya prosesi:
A) bir hüceyrə hissələrinin ayrılmasıdır
B) qidalanma formasıdır
C) iki hüceyrənin daxili möhtəviyyatının bir-birinə qarışmasıdır
D) bir neçə hüceyrə hissələrinin ayrılmasıdir
E) hərəkət formasıdır
200 yaşı olan cökə ağacının gövdəsində neçə kambi qatı var?
A) 200
B) 1
C) 0
D) 199
E) 2
Orqanizmin daxili və xarici əlamətlərinin cəmi necə adlanır?
A) fenotip
B) allel
C) genotip
D) homoziqot
E) heteroziqot
Cinsiyyət vəzilərində yetişmə mərhələsində hansı proses baş verir?
A) interfaza
B) mitoz
C) amitoz
D) meyoz
E) böyümə
Tərkibində adenin azotlu əsası, riboza və üç dənə fosfat qalığı olan :
A) DNT
B) ATF
C) karbohidrat
D) zülal
E) RNT
Bitkilərin sistematik qruplarının düzgün ardıcıllığını göstərin:
A) növ, cins, dəstə, fəsilə, sinif, tip
B) sinif, sıra, şöbə, fəsilə, cins, növ
C) şöbə, sinif, sıra, fəsilə ,cins, növ
D) tip, sinif, dəstə, fəsilə, cins, növ
E) şöbə, sinif, dəstə, fəsilə, cins, növ
Ördəkburunun quruluş və həyat fəaliyyətinin hansı xüsusiyyəti məməlilərin sürünənlərdən əmələ gəlməsini sübut edən dəlillərə aiddir?
A) dördkameralı ürək
B) diafraqma
C) balanın südlə bəslənməsi
D) yumurtaqoymaqla çoxalma
E) yumurta üzərində kürt yatmaq
Göl qurbağası və çay xanısı üçün ümumi əlamət:
A) onurğanın qısa olması
B) dəridə selik ifraz edən vəzilərin olması
C) beyinciyin zəif inkişaf etməsi
D) qabırğaların olmaması
E) kəllə sümüklərinin sayının az olması
Dərinin hansı təbəqəsində qan damarlar yoxdur?
A) yalnız dermada
B) epidermis və piy təbəqəsində
C) yalnız epidermisdə
D) epidermis və dermada
E) yalnız piy təbəqəsində
Sümüklərin elastikliyi nədən asılıdır?
A) sümüyün yerləşməsindən
B) üzvi maddələrdən
C) sümük hüceyrələrinin ölçülərindən
D) mineral maddələrdən
E) sudan
İnsanda beyin yarımkürələri baş beynin bilavasitə hansı şöbələrinin üzərini örtür?
A) uzunsov beyin və beyinciyin
B) orta beyin və beyinciyin
C) orta və ara beynin
D) ara beyin və beyinciyin
E) bütün şöbələrin
Volvoks koloniyası 1000 hüceyrədən təşkil olunmuşdur. Hüceyrələrinin 25%-ni itirərsə, bu volvoks koloniyası hüceyrələri nə qədər qamçıya malik olar?
A) 150
B) 500
C) 250
D) 1500
E) 750
Erkək qurbağada dişidən fərqli olaraq:
A) rezonator var
B) yapışqanlı dil var
C) göz qapaqları var
D) dəri tənəffüsü var
E) kloaka var
İnstinkt nədir?
A) mürəkkəb hərəkətlər ardıcıllığıdır
B) qarıncığın hərəkətidir
C) ana arının adıdır
D) nektar toplamaq üçün uyğunlaşmadır
E) arı ailəsinin adıdır
Filin xortumu:
A) üst dodağın və burnun uzanmasından əmələ gəlmişdir
B) üst dodağın və alt dodağın uzanmasından əmələ gəlmişdir
C) üst dodağın və dişlərin uzanmasından əmələ gəlmişdir
D) alt dodağın və burnun uzanmasından əmələ gəlmişdir
E) burnun uzanmasından əmələ gəlmişdir
Su və muneral maddələrin kökün sorucu zonasının en kəsiyindən keçmə ardıcıllığını göstərin:
A) kök qabığı hüceyrələri, ötürücü borular, sorucu tellər
B) kök qabığı hüceyrələri, sorucu tellər, kök qabığı hüceyrələri,
C) ötürücü borular,sorucu tellər, kök qabığı hüceyrələri
D) sorucu tellər, kök qabığı hüceyrələri, ötürücü borular
E) ötürücü borular, kök qabığı hüceyrələri,sorucu tellər
Yabanı turpun salxım çiçəkqrupunda 200 çiçək olarsa burada nə qədər ləçək olar?
A) 600
B) 800
C) 400
D) 200
E) 1000
Fəsilələr bilavasitə hansı sistematik kate qoriyada birləşir?
A) sinifdə
B) aləmdə
C) cinsdə
D) sırada
E) şöbədə
Dalayıcı hüceyrə hidraya nə üçün lazımdır?
A) müdafiə və ovunu tutmaq üçün
B) hərəkət etmək üçün
C) sakit dayanması üçün
D) sualtı əşyalara yapışmaq üçün
E) çoxalması üçün
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top