Tapılan ümumi test sayı : 220

Nümunədə hansı bədii və ifadə vasitələri verilmişdir? Mənsiz qalacaqdır bu dünya bir gün, Kiminsə gözünə yaş gələcəkdir. Mənsiz qalacaqdır bu dünya bir gün, Bir daş qəmli-qəmli dikələcəkdir. 1. metafor   3. təşbeh   5. inversiya 2. metonimiya   4. epitet   6. mübaliğə
A) 1, 6
B) 1, 5
C) 3, 4, 6
D) 1, 4, 5
E) 2, 5
Uyğunluğu müəyyən edin. 1. İ.Şıxlının kitabı   2. İ.Əfəndiyevin pyesi 3. M.İbrahimovun hekayəsi a) “Ayrılan yollar”   b) “Daim axtarışda” c) “Tənha iydə ağacı”   d) “Söyüdlü arx” e) “Xosrov Ruzbeh”   f) “İnsan ürəyi haqqında”
A) 1-a, 2-c, 3-e
B) 1-b, 2-c, 3-f
C) 1-b, 2-d, 3-e
D) 1-a, 2-e, 3-f
E) 1-a, 2-d, 3-e
Müharibədə iştirak etmiş və bu mövzuda əsər qələmə almış ədiblərimiz hansılardır ? 1. M.F.Axundzadə   4. İlyas Əfəndiyev 2. Qasım bəy Zakir   5. Rəsul Rza 3. İ.Qutqaşınlı   6. İsmayıl Şıxlı
A) 5, 6
B) 2, 5, 6
C) 1, 2, 3
D) 4, 5, 6
E) 1, 4, 5
Nəsrlə ilk hekayə mənzum hekayədən neçə il sonra yazılmışdır ?
A) 75
B) 661
C) 673
D) 300
E) 654
M.F.Axundzadə haqqında ilk tədqiqat əsəri neçənci ildə və kim tərəfindən yazılmışdır?
A) 1935, Mir Cəlal
B) 1936, Mir Cəlal
C) 1911, F.Köçərli
D) 1910, F.Köçərli
E) 1936, Mir Cəlal
“Koroğlu” dastanında Koroğlunun dəlilərə üz çevirib inanmaması, xalqa arxalanmaması motivi hansı əsərdəki hadisələrlə səsləşir?
A) “Xurşidbanu Natəvan”
B) “Oqtay Eloğlu”
C) “Dirilən adam”
D) “Böyük dayaq”
E) “Dağlar arxasında üç dost”
Nizami Gəncəvinin “Xəmsə”sinə müraciətlə yazılan əsərlərin müəllifləri sırasında verilə bilməz: 1. Arif Ərdəbili   5. Hüseyn Cavid 2. Səməd Vurğun   6. Mirzə İbrahimov 3. Saib Təbrizi   7. S.Ə.Şirvani 4. Mir Cəlal   8. B.Vahabzadə
A) 1, 3, 5, 7
B) 3, 4, 6, 8
C) 1, 2, 4, 7
D) 3, 5, 6, 8
E) 2, 4, 7, 8
M.Şəfi Vazehin “Müsibətnamə” mənzuməsi hansı janrda yazılmışdır ?
A) müstəzad
B) qoşma
C) məsnəvi
D) qəzəl
E) müxəmməs
Şimali Azərbaycanda mətbuatın yaranmasından 100 il sonra yazılmış əsərləri seçin. 1. “Dağlar dilə gəldi” (M.Cəlal) 2. “Min dörd yüz on səkkiz” (R.Rza) 3. “Böyük dayaq” (M.İbrahimov) 4. “Şəhid məzarları” (B.Vahabzadə) 5. “Valehlə Sarıköynəyin nağılı” (İ.Əfəndiyev)
A) 3, 5
B) 2, 4
C) 2, 3
D) 2, 4, 5
E) 1, 2, 3
M.F.Axundzadənin “Hekayəti-Müsyo Jordan …” komediyasında Məstəli şah hansı kənddən gətizdirilir?
A) Ağcabədi
B) Ələsgərli
C) Təklə - Muğanlı
D) Əlmərdanlı
E) Ağdərə
H.Cavidin “İblis” faciəsində Arifin dilindən verilən parçalardan biri yanlışdır:
A) Ya Rəbb, bu cinayət, bu xəyanət, bu səfalət Bulmazmı nihayət ?
B) O bənim kəbəyi - vicdanımdır , O bənim sevgili cananımdır .
C) Yalnız deyil insanlara, vəhşilərə sorsan , Onlar belə insandakı vəhşiliyə heyran .
D) Bir fəzilətsə öldürüb - ölmək , Canavar bizdən əşrəf olsa gərək.
E) Ya Rəbb, bu nə dəhşət, nə fəlakət ? Ya Rəbb, bu nə vəhşət, nə zəlalət ?
Qaraçı qızın dilindən söylənilən bu parça hansı əsərdəndir? “Məhzun könlüm, ey vah, ey vah, şad olacaqmış sanıyorsan, Va əsəfa, biçarə könlüm, ey vah, ey vah,  aldanıyorsan”.
A) S.Vurğun - “Vaqif”
B) H.Cavid - “İblis
C) C.Məmmədquluzadə - “Anamın kitabı”
D) M.F.Axundzadə - “Aldanmış kəvakib”
E) C.Cabbarlı - “Oqtay Eloğlu”
B.Vahabzadə “Gülüstan” poemasında hansı ədiblərimizin adını çəkmişdir ? 1. Şəhriyar   4. Əliağa Vahid 2. Mustafa Payan   5. Abbasqulu ağa Bakıxanov 3. Tahir Söhrab   6. Səməd Vurğun
A) 3, 4, 5, 6
B) 1, 2, 4, 5
C) 1, 2,4, 6
D) 3, 4, 6
E) 2, 4, 5
Həm “Qızılgül olmayaydı” poemasında, həm də “Gülüstan” poemasında adı çəkilən sənətkarımız hansıdır?
A) Vaqif
B) Vurğun
C) Natəvan
D) Füzuli
E) Nəbati
“İsgəndərnamə” əsərində (N.Gəncəvi) İsgəndərin xəlvətə çəkildiyi yeddi alimin sırasında çəkilə bilməz:
A) Falis
B) Sokrat
C) Diogen
D) Hörmüz
E) Belinas
Hansı əsərlərdə Koroğlunun adı çəkilmişdir ? 1. B.Vahabzadə – “Gülüstan” poeması 2. R.Rza – “Qızılgül olmayaydı” poeması 3. İ.Şıxlı – “Dəli Kür”romanı 4. S.Vurğun – “Vaqif” dramı 5. H.Cavid – “İblis” faciəsi 6. M.Şəhriyar – “Heydərbabaya salam” poeması
A) 1,4,6
B) 1, 2, 3
C) 2, 4, 6
D) 3, 4, 5
E) 2, 3, 5
“Salur Qazanın evinin yağmalanması” boyunda igidlərin ova çıxdığı Ala dağ harada yerləşir ?
A) Düzmurd qalasının cənubunda
B) Əlincə qalasının şimalında
C) Dəmirqapı Dərbənddə
D) Gürcüstan sərhədində
E) Trabzon yaxınlığında
“Salur Qazanın evinin yağmalanması” boyunda Qazan xanın ova getmək təklifini ilk kim bəyənib alqışlayır ?
A) Yeynək
B) Beyrək
C) Dəli Dondaz
D) Qarabudaq
E) Alp Aruz
Rəsul Rza “Qızılgül olmayaydı” poemasında Hüseyn Cavidin hansı beytlərini ön plana çəkmişdir ?
A) Dərdə bax, millətə bax, niyyətə bax ! Ölülərdən ölülər feyz alacaq !
B) Mənim Tanrım gözəllikdir, sevgidir.
C) Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü.
D) İblis nədir? Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? -İblis
E) Bir fəzilətsə öldürüb-ölmək, Canavar bizdən əşrəf olsa gərək.
Rəsul Rza “Qızılgül olmayaydı” poemasında Mikayıl Müşfiqlə hansı əsəri tərcümə etdikləri haqqında yazmışdır ?
A) Lermontovun “Demon”u
B) Puşkinin “Yevgeni Onegin”i
C) Nizaminin “Xosrov və Şirin”i
D) Sabirin “Oxutmuram , əl çəkin” satirasını
E) Füzulinin “Şikayətnamə”si
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top