Tapılan ümumi test sayı : 220

Hansı qeyri-müəyyən miqdar saylarından sonra gələn isimlər cəmdə olmalıdır?
A) az, onlarla
B) bir qədər, minlərcə
C) çox, xeyli
D) bir sıra, bir çox
E) üç-dörd, yüzlərlə
Vurğusu dəyişməklə mənası dəyişən sözü göstərin:
A) çətin
B) sarı
C) dünən
D) xülasə
E) astronom
A) 4,5,6
B) 6,7
C) 3,5,7
D) 2,5
E) 1,2,4
Modal sözlərlə bağlı səhv fikri seçin:
A) Modal sözlər digər sözlərlə sintaktik əlaqəyə girmir.
B) Modal sözlərin cümlədə yeri sərbəstdir.
C) Ara sözlər əsasən, modal sözlərlə ifadə olunur.
D) “Nəhayət, ümumiyyətlə, xülasə”- nəticə bildirən modal sözlərdir.
E) ”Dünən xəbərlərdə verilmiş məlumata görə, sabah hava yağmurlu olacaq” cümləsində fikrin mənbəyini ifadə edən modal söz işlənmişdir
Kosmos və oçerk sözlərinin fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin. 1. Hər ikisi ahəng qanuna tabedir. 2. Hər iki sözün hecaları samitlə başlayıb, samitlə bitir. 3. Hər iki sözdə vurğu ilk hecadadır. 4. Hər ikisi yazılışı ilə tələffüzü fərqlənməyən sözdür. 5. Hər ikisində qarşılığı olmayan bir cingiltili samit vardır. 6. İkinci sözün vurğusunu dəyişməklə mənasını dəyişdirmək olar.
A) 1, 2, 6
B) 4, 5, 6
C) 2, 3, 4
D) 3, 4, 5
E) 1, 4, 5
Hansı tabeli mürəkkəb cümlələrdə budaq cümlələr birinci işlənmişdir? 1.O insan ki başqasına yaxşılıq arzulaya bilmir, o, özü xoşbəxt ola bilməz. 2.Biz o zaman yuxudan oyandıq ki, gün çıxıb ətrafı işıqlandırmışdı. 3.Biz içəri girmişdik ki, vağzalı çalındı. 4.Kim ki vicdanı qarşısında təmizdir, o, xoşbəxtdir. 5.İş ondadır ki, tikinti hələ başa çatmayıb.
A) 1,2,5
B) 3,4,5
C) 2,5
D) 1,3,4
E) 2,4
«Gülər bizim gəzintimizin bitməsini istəmirdi» cümləsindəki tamamlıq nə ilə ifadə olunmuşdur?
A) III növ təyini söz birləşməsi ilə
B) isimlə
C) I növ təyini söz birləşməsi ilə
D) məsdər tərkibi ilə
E) II növ təyini söz birləşməsi ilə
«Ürəyiaçıq» mürəkkəb sifətinin tərkib hissələrini göstərin.
A) mənsubiyyət şəkilçili isim və düzəltmə sifət
B) təsirlik hal şəkilçili isim və düzəltmə sifət
C) təsirlik hal şəkilçili isim və sadə sifət
D) mənsubiyyət şəkilçili isim və düzəltmə zərf
E) mənsubiyyət şəkilçili isim və sadə sifət
Bu dil tipində sözün kökü içəridən dəyişir, şəkilçi sözün müxtəlif yerlərində işlənə bilir
A) həm iltisaqi, həm flektiv
B) həm kök, həm flektiv
C) iltisaqi
D) flektiv
E) kök dillər
“Qış sərt gəldiyi üçün dağlarda qar çoxdur” cümləsini tabeli mürəkkəb cümləyə çevirsək, budaq cümlə hansı növdə olar?
A) tamamlıq
B) mübtəda
C) səbəb
D) xəbər
E) məqsəd
Tərkib hissələri yalnız intonasiya ilə bağlanmış tabeli mürəkkəb cümləni göstərin
A) Üç – dörd ay olar, mən onu görə bilmirəm.
B) Bircə ondan razıyam ki, özümdən narazıyam.
C) Kim nə vaxt istəyir, gedə bilər.
D) Ürəyimdən keçirdi ki, bu dəfə onun köməyindən istifadə etməyim.
E) Bu komandanı da udsaq, çempion olacağımıza daha şübhə yoxdur.
Hansı bənd ismi birləşmələrdən ibarətdir?
A) görüş keçirmək, dəniz havası
B) həyat eşqi, səmimi söhbət
C) vətən həsrəti, vətən üçün yaşamaq
D) övladını sevən, sonsuz arzular
E) cəh – cəh vuran, sərgi açılanda
Feli sifətlərdən ibarət olan cərgəni göstərin.
A) qurucu, danışmalı
B) qaçağan, çalışan
C) gülməli, qorxunc
D) dinləyən, yazılmış
E) əzgin, güləyən
-gil, -zadə, -daş şəkilçiləri ilə əmələ gələn düzəltmə isimlər hansı mənanı bildirir?
A) insan anlayışı
B) mücərrəd
C) kiçiltmə
D) cansız əşya
E) məkan
Frazeoloji birləşməni göstərin:
A) yerbəyer etmək
B) məşğul olmaq
C) məşq etmək
D) göz yetirmək
E) iştirak etmək
”Mənim qapım hər kəsin üzünə açıqdır”cümləsinin morfoloji təhlili ilə bağlı doğru cavabları göstərin. 1. mənim-şəxs əvəzliyidir,mənsubiyyət şəkilçisi qəbul etmişdir. 2. qapım-isimdir,mənsubiyyət şəkilçisi qəbul etmişdir. 3. hər kəsin-təyini əvəzlikdir,yiyəlik haldadır. 4. üzünə- isimdir,mənsubiyyət və hal şəkilçilərini qəbul etmişdir. 5. açıqdır-feldir,indiki zamandadır
A) 1,2,3
B) 1,2,4
C) 2,4,5
D) 3,4
E) 2,4
Tabesiz mürəkkəb cümlənin tərəfləri arasında hansı məna əlaqəsi var? Yaşatmaq çətindir, unutmaq asan.
A) ardıcıllıq
B) zaman
C) qarşılaşdırma
D) səbəb-nəticə
E) aydınlaşdırma
Vasitəsiz tamamlığın əsas xüsusiyyəti hansıdır?
A) İş görən şəxsi göstərir, həm feli, həm ismi xəbərlə əlaqəyə girir.
B) Adlıq və yiyəlik haldan başqa digər hallarda olur.
C) İşin icrasının keyfiyyətini bildirir.
D) Yalnız təsirli fellərlə əlaqəyə girir, müəyyən və qeyri-müəyyən olur.
E) Əşyanın sayı və kəmiyyətini bildirir.
Hansı cümlədə şühudi keçmiş zamanda işlənən fel var?
A) Gəlmişdim ellərə salam deməyə.
B) Çox uzaqdan eşidirdi Vətənimin gur səsini...
C) Ürəyim nisgilli-nisgilli dilləndi, Yerlər də, göylər də kövrəldi.
D) Çətindi, asandı, bilmirəm, bilirəm ki, həyat mübarizədir
E) Yaşadır anaları övladların sevinci.
Əşyanı ümumi şəkildə müəyyən edən əvəzlikləri göstərin.
A) öz, hər, bütün, filan
B) mən, sən, o, biz, siz, onlar
C) biri, birisi, nə isə, kimsə
D) o, bu, belə, elə, həmin
E) kim, nə, hara, necə, niyə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top