Tapılan ümumi test sayı : 220

Fikirlərdən biri səhvdir
A) allergiya və alleqoriya sözlərində vurğu üçüncü hecaya düşür
B) akkordeon [akardiyon] kimi tələffüz olunur.
C) qanad açmaq, qanad çalmaq birləşmələrinin asılı tərəflərinin tələffüzü eynidir.
D) şəfəq, üfüq kimi alınma sözlərin yanında saitlə başlanan şəkilçi və ya söz gəldikdə həmin sözlər tələffüzdə dəyişmir
E) bağça və boğça sözlərində yazılış və tələffüz arasında iki fərqli məqam var.
Hansı sözlər zərfdir? 1. sağa-sola 2. sətirdən sətrə 3. gülə-gülə 4. yan-yana 5. uzaqdan-uzağa 6. çatar-çatmaz 7. arabir
A) 3, 4, 6
B) 1, 2, 4, 6
C) 2, 3, 5
D) 1, 4, 5, 7
E) 1, 3, 5, 7
Biri zaman əlaqəli tabesiz mürəkkəb cümlədir:
A) Elə ki məclis dağıldı, hamı evinə getdi.
B) Nə ana dinir, nə də uşaq bir söz danışırdı.
C) O zaman ki qarlı dağlar örtülərdi dumanla, Dənizlərin dalğasından səs düşərdi ormana.(S.Vurğun)
D) Telefonun zəngi səsləndi, Firuzə dəstəyi qaldırdı.
E) Əvvəl gün çıxdı, sonra isə göy guruldayıb, yağış yağmağa başladı
Barmaq buxağa dayandı, Təbiət yaşıl donunu geyindi. Fərqləndirilmiş fellərin morfoloji təhlili ilə bağlı səhvləri göstərin. 1. Sadədir. 2. Düzəltmədir. 3. Məlum növdədir. 4. Şühudi keçmiş zamandadır. 5. Xəbər şəklindədir. 6. Feldən düzələn feldir
A) 2, 4, 5
B) 2, 5, 6
C) 1, 3
D) 1, 2, 5
E) 3, 6
Sözlərin birində vurğu son hecaya düşür?
A) sonra
B) texnikum
C) torpaq
D) opera
E) sanki
Həm fel, həm də isim kimi işlənən sözləri seçin (Tam cavabı seçin). 1. gəlir 2. açar 3. qaçır 4. kəsir 5.qatır 6.bitir
A) 1, 5, 6
B) 1, 2, 4, 5
C) 1, 2, 4
D) 2, 3, 5, 6
E) 3, 4, 6
Müstəqil leksik mənası olmayan sözləri müəyyən edin.
A) itki, ətalət
B) bizimki, aid
C) barəsində, savayı
D) görüş, dair
E) yürüş, tərəf
“Bir az da belə sürsəm, atı çatladaram”,- deyə cilovu dartdı. Cümlə hansı sxemə uyğundur?
A) "V?"- m
B) M:"V ? "
C) M: "V",- m
D) "V ", - m.
E) "V, - m, - v"
Bəndlərin birində tabeli mürəkkəb cümlələrdə baş və budaq cümləni bağlayan bağlayıcı sözlər verilmişdir?
A) amma, ancaq
B) ki, belə ki
C) hara, nə zaman
D) elə, belə
E) çünki, ona görə ki
Əmr cümləsini göstərin.
A) Yenə də yamyaşıl geyinib dağlar.
B) M.F.Axundzadə Azərbaycan dramaturgiyasının banisidir
C) O, bunları sübut edə biləcəkmi, ya yox, bilmirəm
D) Çalış bu dünyada vüqarla yaşa.
E) «Dəli Kür» romanının müəllifi İ.Şıxlıdır
Bunlardan yalnız birində uzlaşma əlaqəsi vardır:
A) Təcili getməlisiniz.
B) dağdan enən
C) aydın səma
D) Həyat davam edir
E) Dünən gəlmişik.
“Da”, “də”-nin bağlayıcı kimi işləndiyi cümlə hansıdır? 1. Bu bir ayda o qocalmışdı. 2. Qəzet almış Hacı Əhməd də… 3. Bu kitabı bir oxu da, kimi gözləyirsən? 4. Miri, bala, gəl çıx da… 5. Mən də sizin kimi müəlliməm
A) 2, 4, 5
B) 3, 4
C) 3, 4, 5
D) 2, 5
E) 1, 2, 4
Feli sifət tərkibi işlənmiş cümləni göstərin.
A) Şagird kitaba baxmadan şeiri əzbər dedi.
B) Ağlayan uşaqlardan xoşum gəlmir.
C) Bilməyənlər bilənlərdən öyrənsin.
D) Oxuyan şagirdlər bizim onunculardır.
E) Şagirdləri dinləyən müəllim nədənsə çox narahat görünürdü
Düzəltmə isimlərdən ibarət cərgəni göstərin.
A) əmlak, qaçaq, qırıq
B) vətəndaş, qırıcı, böyük
C) yeyinti, silahdaş, dağıdıcı
D) çöküntü, yağış, anbardar
E) namərd, qorxu, səpin
Hansı sözün yazılışı düzgündür?
A) müdür
B) detektiv
C) billur
D) lahiyə
E) füruzə
Söz birləşməsi ilə bağlı səhvi göstərin
A) Yazın gəlişi- III növ təyini söz birləşməsidir, əsas tərəfi düzəltmə isimlə ifadə olunub.
B) Onun dediyi- III növ təyini söz birləşməsidir.
C) Tələbələr yarışanda- asılı tərəfi subyekt olan feli birləşmədir
D) Sənin gəlməyin- III növ təyini söz birləşməsidir.
E) Meşədəki ağaclar- I növ təyini söz birləşməsidir, asılı tərəfi düzəltmə sifətlə ifadə olunub.
Hansı durğu işarələri buraxılmışdır? Bu ehramlar qədim Misir şahlarının fironların məqbərələridir.
A) defis
B) vergül, tire
C) tire
D) 2 tire
E) 2 vergül
Nümunədə obrazlılığın hansı səviyyədə göstəriciləri vardır? Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı
A) fonetik,leksik
B) fonetik, qrammatik
C) leksik, qrammatik
D) fonetik, leksik, qrammatik
E) orfoqrafik, leksik, orfoepik
Yalnız çıxışlıq hal tələb edən qoşmaların cərgəsini göstərin.
A) tək, qədər, kimi
B) özgə, savayı, başqa
C) ötrü, ilə, üçün
D) sarı, tərəf, doğru
E) tək, savayı, bəri
Nümunələrdən neçəsi frazeoloji birləşmədir? göz vurmaq, can qoymaq, söz salmaq, işə düşmək, kitabı qaytarmaq, dağdan enmək, söz götürmək, ağac əkmək, məzmununu danışmaq
A) 5
B) 4
C) 6
D) 3
E) 2
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top