Tapılan ümumi test sayı : 220

S.Ə.Şirvaninin yaradıcılığı ilə bağlı fikrilərdən biri səhvdir:
A) Cəmiyyətin problemlərini tənqid edən satiraları vardır
B) Lirik şeirləri yalnız məhəbbət mövzusundadır.
C) Həm lirik, həm də epik əsərlər müəllifidir.
D) O həm də təzkirə müəllifidir.
E) Ədəbi irsinin böyük bir hissəsi lirik şeirlərdən ibarətdir.
M.İbrahimovun “Pərvanə” əsəri ilə İ.Şıxlının “Dəli Kür”əsəri üçün ortaq cəhət ola bilməz:
A) XIX əsr mürəkkəb dövrün hadisələrinin təsviri.
B) Qori Müəllimlər Seminariyasının fəaliyyətindən bəhs edilməsi.
C) Çernyayevski surətinin yaradılması.
D) Sinfi mübarizə baxımından hadisələrin təsviri.
E) Peterburq universitetində təhsil alan maarifçi obrazının yaradılması.
N.Gəncəvinin “Yaralı bir uşağın dastanı” mənzum hekayəsində şair ikinci uşağın düşüncəsini və hərəkətini nə adlandırır?
A) ağıllılıq
B) düşüncəsizlik
C) biclik
D) sadəlövhlük
E) satqınlıq
Verilmiş şeirdə işlənmişdir: “Gül xəcalətdən qızarıb şərmsar oldu yenə”
A) təşbeh
B) istiarə (metafor
C) sinekdoxa
D) epitet
E) təkrir
Nəsiminin həyatı və yaradıcılığı ilə bağlı verilən fikirlərdən biri səhvdir:
A) Yalnız Azərbaycan və fars dillərində şeirlər yazmışdır.
B) 1369-cu ildə Şamaxı şəhərində anadan olmuşdur.
C) "Hüseyni", "Seyyid", "Nəsimi" təxəllüsləri ilə şeirlər yazmışdır
D) Azərbaycan ədəbiyyatında hürufilik ideyalarının daşıyıcısı kimi tanınır.
E) 1417-ci ildə Hələb şəhərində edam olunmuşdur.
Şifahi ədəbiyyatı yazılı ədəbiyyatdan fərqləndirən cəhətləri seçin. 1. şifahi şəkildə yaranması və yayılması 2. müəllifin bəlli olması 3. çoxvariantlı olması 4. yarandığı dövrün dil-üslub xüsusiyyətlərini qoruyub saxlaması 5. bütövlükdə xalqın ümumi yaradıcılığının məhsulu olması
A) 1, 2, 3
B) 1, 4
C) 1, 4, 5
D) 1, 3, 5
E) 2, 3
M.Arazın Cənub həsrəti ilə əlaqədar yazdığı şeirləri göstərin. 1. «Körpünün həsrəti»  2.«Araz üstündə çinar gördüm» 3.«Yanın, işıqlarım»  4.«Araz yadıma düşüb» 5. «Araz çayı»
A) 4,5
B) 1,4,5
C) 2,4
D) 1,2,4
E) 2,3,4
«İstiarə» sözünün mənası nədir?
A) Yunan sözü olub "simvol" deməkdir.
B) Yunan sözü olub "addəyişmə" deməkdir.
C) Ərəbcə "köçürmə" deməkdir.
D) Ərəb sözü olub "bənzətmə" deməkdir.
E) Ərəb sözü olub "şişirtmə" deməkdir.
Məhsəti Gəncəvinin yaradıcılığı ilə bağlı səhv fikri göstərin.
A) Şeirlərində humanizm, səmimi hislər, dərin fəlsəfi mühakimələr öz əksini tapmışdır
B) XII əsrdə yaşamış bu şairə rübailəri ilə məşhurdur
C) Gəncə sarayında yüksək nüfuz sahibi olmuş və burada ona bir qəzəli üçün bir xəzinə bağışlanmışdır.
D) Rübailərindən başqa, epik əsərləri də vardır.
E) Fars dilində yazıb-yaratmışdır.
«Azad» hekayəsi mövzu və ideyasına görə hansı əsərlə səsləşir?
A) Ə.Haqverdiyev «Şeyx Şəban»
B) N.Gəncəvi «Xeyir və Şər»
C) İ.Əfəndiyev «Xəncər»
D) S.S.Axundov «Nurəddin»
E) Ə.Kərim «Qaytar ana borcunu»
Ədəbiyyat nəzəriyyəsi haqqında verilənlərdən biri doğrudur:
A) Müasir əsərləri başa düşməkdə oxucuya yol göstərir
B) Ədəbiyyatın keçdiyi tarixi inkişaf yolunu araşdırır.
C) Sənətkarların əsərlərini təhlil edib onlara istiqamət verir.
D) Ədəbiyyatın ümumi qanunauyğunluqlarını və s. öyrənir
E) İnsanı tərbiyə edir və onun daxili aləmini zənginləşdirir
“Sən zalımsan, zülmkarsan! Ancaq beləsi yaradanı kəsə bilər.Onu bil ki, onun yaratdıqları intiqamı səndə qoymayacaq, onların arasında rahat nəfəs ala bilməyəcəksən, kef- işrət məclisləri qura bilməyəcəksən. O binalar sənin deyil, mənimdir. Onlar səni qəbir kimi sıxacaq”. Verilmiş mətn parçası hansı əsərdən götürülmüşdür?
A) "Koroğlu "dastanından "Düratın itməyi" qolu
B) "Xan sarayı"
C) "İsgəndər quş dili öyrənir"
D) "Zeynalabdin"
E) "Ağabəyimağa"
Elə ki Rum şahı taxta oturdu, Dünyaya mum kimi bir naxış vurdu. Bütün ölkələrə ədli səs saldı, Rum taxtı onunla yeni rəng aldı. Verilmiş misralar hansı əsərdəndir və bu əsərin müəllifi kimdir?
A) Nizami Gəncəvi"İsgəndərnamə"
B) Ələmdar Quluzadə"Alim və quldur"
C) Səməd Vurğun "Azərbaycan"
D) Nizami Gəncəvi"Sirlər xəzinəsi"
E) Əliağa Kürçaylı "Bakı"
Hansı fikir doğrudur?
A) Lirik ricət təbiət lövhəsinin sözlə ifadəsidir
B) Təsvir və təhkiyə dramatik növ üçün xarakterikdir.
C) Forma dəyişkən, məzmun sabitdir.
D) Süjet kompozisiyanın ünsürüdür.
E) Məzmun və formanın vəhdətində məzmun əsasdır və forma məzmundan törəyir.
C.Novruz əsərlərinin hansında xalqımızın Qarabağ dərdini qələmə almışdır?
A) «İlk görüş»
B) «Qalxdım dağlara»
C) «İnsan himnləri»
D) «Sağlığında qiymət verin insanlara»
E) «İxtiyarım olsa idi»
Aşağıdakı sənətkarlardan birinin yaradıcılığı ədəbi tənqidçilər tərəfindən səkkizinci «Qarabağnamə» hesab olunur:
A) İ.Əfəndiyev
B) S.Rəhimov
C) M.İbrahimov
D) S.Rüstəm
E) S.Vurğun
Azərbaycan ədəbiyyatında ilk komediya hansı əsərdir?
A) «Aldanmış kəvakib»
B) «Mürafiə vəkillərinin hekayəti»
C) «Hacı Qara»
D) «Hekayəti-xırs quldurbasan»
E) «Hekayəti – Molla İbrahimxəlil kimyagər»
“Düratın itməyi” qolunda Koroğlu Qara xana özünü kim olaraq təqdim edir?
A) Koroğlu
B) ilxıçı
C) aşıq
D) dəlilərdən biri
E) nökər
Verilənlərdən biri məhəbbət dastanıdır:
A) "Qaçaq Kərəm"
B) "Qaçaq Nəbi"
C) "Aşıq Qərib"
D) "Koroğlu"
E) "Kitabi - Dədə Qorqud"
«Qaranquş» əsəri hansı janrda yazılmışdır?
A) nağıl
B) dastan
C) hekayə
D) lətifə
E) əfsanə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top