Tapılan ümumi test sayı : 220

Hansı cümlələrdə isim işlənməmişdir. 1.Gecə keçir, səhər açılırdı. 2.Bildiklərini dönə-dönə təkrar et. 3. Oralarda yaşamaq çətinləşmişdi. 4. Böyük dura-dura kiçik danışmaz. 5. Hər tərəf başdan-başa gül-çiçəklə bəzənmişdi.
A) 2,3,4
B) 1,3,5
C) 1,4,5
D) 2,3,5
E) 3,4,5
Fikirlərdən biri səhvdir:
A) iffət –ismətli, həyalı, namuslu sözləri ilə sinonimdir.
B) manqurt –düşünmək qabiliyyətini itirmiş mənasını bildirir.
C) atlaz-parça növü, atlas- xəritələr toplusu deməkdir.
D) ud sözü omonim olub isim və fel kimi işlənir
E) qayın eyni nitq hissəsinə aid omonim sözdür.
Bu cümlədə hansı normalar pozulub? “Münsiflər heyəti bu gənc müğənnini gələcəyin böyük muğam ifaçısı ampulasında görmürdülər”.
A) leksik və fonetik
B) qrammatik və fonetik
C) leksik və qrammatik
D) yalnız leksik
E) yalnız qrammatik
Verilmiş cümlələrin hansında zərf yoxdur?
A) Hava birdən tutuldu.
B) Yayda kəndə gələrsən.
C) Qız cəld mətbəxə keçdi.
D) Dünən məktəbdə tədbir keçirildi.
E) Uşaqlar həyətdə futbol oynayırlar.
“Namizədlik işi” birləşməsinin I tərəfinin fonetik təhlilinə aid hansı fikirlər səhvdir? 1. Vurğusu və uzun saiti fərqli hecadadır. 2. Yazılışı və tələffüzü arasında 3 fərqli məqam var. 3. Samitlərdən ikisi kardır. 4. Sözdə qarşılıq təşkil edən samit cütlük işlənmişdir. 5. Tələffüz şəkli [na:mizətdix`]şəklindədir.
A) 3,4,5
B) 2,4
C) 1,3,5
D) 1,2,4
E) 3,5
III növ təyini söz birləşməsini göstərin.
A) anasının arzularını yerinə yetirən
B) leksik vahidlərin işlənməsi
C) yol işarələrini dəyişmək
D) orfoqrafik qaydalar
E) morfoloji faktlar
“İgid” sözünün leksik təhlilindəki səhvi göstərin
A) Ümumişlək sözdür.
B) Səmimi, mülayim sözləri ilə sinonimdir.
C) Qorxaq, cəsarətsiz sözləri ilə antonimdir.
D) Təkmənalı sözdür.
E) Əsl Azərbaycan sözüdür.
Vasitəli nitqli cümlələri müəyyən edin: 1. “Görünür, mehriban ailədir”, -deyə Firudin düşündü. 2. Ənvər təşəkkür edərək bildirdi ki, onun üçün bu gündən əziz gün olmayıb. 3. “Ətiacıdır, araqarışdırandır, çox pis adamdır”,-deyə Xavər öz-özünə düşündü. 4. Babası deyərdi ki, o, nəvəsini oğlundan çox istəyir. 5. Şübhəsiz ki, səndən yaxşı musiqiçi olacaq
A) 2, 4
B) 4, 5
C) 1, 3
D) 2, 3
E) 2, 5
İntonasiya ilə bağlanmış tabeli mürəkkəb cümlələrdən biri tamamlıq budaq cümləlidir:
A) İgid odur, yaman günə dayansın.
B) Adam var, heç nədən qorxusu yoxdur
C) Ay Kərim, heç deməzsən, aldatdım.
D) Getmək istəyir, əlini qaldırsın.
E) Elə danışır, bişmiş toyuğun da gülməyi gəlir.
Budaq cümləsi baş cümlədən əvvəl gələn tabeli mürəkkəb cümləni göstərin.
A) Arzum budur ki, sən də əlaçı olasan
B) Fəxr edirəm ki, sənin kimi həmyerlim var
C) Hamı bilir ki, payızda meyvə bol olur
D) Kim əla oxuyursa, bu kitab ona çatacaq
E) Solmazın ürəyindən keçir ki, babası hər gün onlara qonaq gəlsin
“Anadan belə laqeyd danışmazlar” cümləsi …
A) qeyri-müəyyən şəxsli müxtəsər cümlədir.
B) ümumi şəxsli müxtəsər cümlədir.
C) qeyri-müəyyən şəxsli geniş cümlədir.
D) müəyyən-şəxsli geniş cümlədir.
E) ümumi şəxsli geniş cümlədir
Uyğunluğu müəyyən edin. I. Vurğu üçüncü hecaya düşür. II. Vurğu ikinci hecaya düşür. III. Vurğu birinci hecaya düşür. 1. Antarktida, dekorasiya 2. Arktika, missiya 3. iyul,iyun
A) I - 2 II - 2 III - 1
B) I - 3 II - 2 III - 1
C) I - 2 II - 1 III - 3
D) I - I II - 3 III - 2
E) I - 1 II - 2 III - 3
Hansı cərgədəki sözlərin leksik mənası yoxdur və suala cavab vermir?
A) kimi, qədər, dəniz
B) kitab, həyat, kaş
C) axı, kaş, savayı
D) dünya, təkcə, səma
E) cəld, görkəm, axı
Əvəzliklər hansı nitq hissələrinin yerində işlənmişdir? Mən meydan əriyəm, sən də bir kişi. Mərdliklə seçilir hər mərdin işi.
A) zərf, isim
B) say, sifət
C) sifət, zərf
D) isim, say
E) isim, sifət
Antonim sözlər cərgəsini göstərin.
A) sevmək-ağlamaq, atmaq-vermək
B) pis-əyri, düz-dürüst
C) xoşbəxt-sevincli, qəm-kədər
D) böyük-iri, qoca-ahıl
E) dərə-təpə, az-çox
“Etiket” termini ilə paralel olaraq işlədilir:
A) mimika
B) nitq aktı
C) jest
D) nitq
E) yarlıq
Söz birləşməsi nədir?
A) Bitmiş bir fikrin ifadəsidir.
B) İki və daha artıq sözün leksik və qrammatik cəhətdən birləşməsidir.
C) Nitq hissələrinin birləşməsidir
D) Əsas tərəfin tələbi ilə asılı tərəfin hallanmasıdır
E) İntonasiya bütövlüyü ilə seçilir.
Hansı cümlələrdə məchul növ fel işlənib? 1. Ətrafa şəfəq saçıldı. 2. Bu mahnı çox sevilirdi. 3. Bu söhbətdən sonra o, çox kədərləndi. 4. İşdən sonra çox yorulmuşdu. 5. Yaz gəlir, torpaq bellənir.
A) 1, 4
B) 1, 5
C) 2, 5
D) 2, 3
E) 3, 4
Hansı? sualına cavab verən sayın növünü göstərin.
A) müəyyən miqdar sayı
B) qeyri – müəyyən miqdar sayı
C) sıra sayı
D) qeyri – müəyyən miqdar və kəsr sayı
E) kəsr sayı
Hansı sözlərin orfoepiyası düzdür. 1. [fəntgir] 2. [hanbal] 3. [arkestr] 4. [bayraxdar] 5. [teatır]
A) 1,2,5
B) 1,3,4
C) 2,3,4
D) 2,3,5
E) 1,3,5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top