Tapılan ümumi test sayı : 220

Aşağıdakı fikirlərdən ancaq biri “Dədə Qorqud” eposuna aiddir:
A) Bütün boyları eyni yaradıcılıq dövrünün məhsuludur.
B) Qədim dövrlərdə nəzmlə olduğundan qopuzun müşayiəti ilə avazla oxunmuşdur.
C) Yarandığı dövrdən nəsr nəzmdən kəskin fərqlənir.
D) Çox hissəsi nəsrləşdirildiyindən türk – Azərbaycan eposunun poetik intonasiyası qorunmamışdır.
E) Orta əsrlərdə yazıya köçürüldüyündən İslamdan əvvəlki əlamətlər əsərdə yoxdur.
B.Vahabzadənin «Azərbaycan» şeiri ilə bağlı səhv cavabı göstərin.
A) Şeirdə təbiət gözəlliklərinin tərənnümü əsas yer tutur
B) Vətənpərvərlik mövzusundadır
C) Sonuncu bənddə şair özünü də vətənin bir parçası adlandırır
D) Heca vəznindədir.
E) Şeirdə tarixi keçmişimiz xatırlanır.
Rəməl sözünün mənası nə deməkdir?
A) ləngərlənmək, dalğalanmaq
B) bülbülün cəh-cəhi
C) yüngül, axıcı, oynaq
D) xəfif, mülayim
E) xoş, ürəyəyatan avaz
M.Şəhriyarın poema yaradıcılığı ilə bağlı düzgün fikirləri göstəin. 1. “Gecənin əfsanəsi” tarixi-romantik poemadır. 2. “Nişapurda günəş batarkən”, “Heydərbabaya salam” əsərlərində Xorasandakı sürgün illərindən danışır. 3. “Səhəndiyyə”, “Heydərbabaya salam” poemaları Azərbaycan dilindədir. 4. “Haqqın səsi” poeması tərcümeyi-hal poemasıdır. 5. “Səhəndiyyə” Bulud Qaraçorlu Səhəndin məktubuna cavab olaraq yazılmışdır
A) 1, 3, 5
B) 2, 4
C) 1, 2, 3
D) 4, 5
E) 1, 2, 5
Almas İldırım universitetin şərq fakültəsindən nə üçün xaric edilmişdir?
A) Türkiyədəki fəaliyyətinə görə
B) Məşhəd şəhərində inqilabi təşkilata qoşulduğuna görə
C) «Dağlar səslənirkən» kitabının nəşr olunmasına görə
D) «A dağlar» şeirinə görə
E) tacir ailəsindən olduğuna görə
Atalar sözü haqqında deyilənlərdən biri yanlışdır:
A) Atalar sözündə müəyyən bir fikir hökm şəklində və bitmiş olur
B) Nəzmlə olan atalar sözü heca vəznində olur.
C) Bu janra bəzən "qıfılbənd" də deyilir.
D) Şifahi xalq ədəbiyyatının məzmunca dərin fikir ifadə edən janrıdır.
E) Atalar sözü və məsəllər həm nəzmlə, həm də nəsrlə olur
Süleyman Sani Axundovun «Qorxulu nağıllar» silsiləsinə aşağıdakı hekayələrdən hansılar daxildir? 1.”Əhməd vəMəleykə” 2.”Əşrəf” 3.”Baş xiyabanda” 4.”Köç” 5.”Nurəddin” 6.”Ana ürəyi, dağ çiçəyi”
A) 1,2,3
B) 1,3,6
C) 3,4,6
D) 2,3,5
E) 1,2,5
S.Ə.Şirvani ilə M.Ə.Sabir arasında ortaq cəhət: 1. tipi öz dili ilə danışdırmaq 2. dərslik tərtib etmək 3. yalnız əruz vəznində yazmaq 4. satirik üslubda yazmaq 5. öz dövrünün mətbuat orqanlarında fəal iştirak etmək
A) 1, 2
B) 3, 4, 5
C) 1, 4, 5
D) 1, 5
E) 2, 4, 5
Dramatik növə aid verilmiş fikirlərdən biri səhvdir
A) Dramatik növün inkişafı teatr sənətinin yaranmasına gətirib çıxarmışdır.
B) Səhnədə oynamaq, tamaşaçılar qarşısında ifa etmək üçündür
C) Həm nəzmlə, həm də nəsrlə yazılır.
D) Əsasən, nəsrlə olub həyat hadisələrini müfəssəl, ətraflı təsvir edir.
E) Dramatik növün komediya, dram, faciə janrları vardır
Nizami Gəncəvi hansı poemasında atasının, dayısının və anasının həyatdan getdiklərini dərin kədərlə bildirir?
A) "Yeddi gözəl"
B) "Xosrov və Şirin"
C) "Sirlər xəzinəsi"
D) "İsgəndərnamə"
E) "Leyli və Məcnun"
M.F.Axundzadənin «Aldanmış kəvakib» əsərinin ədəbiyyat tarixində yeri.
A) İlk poemadır.
B) İlk komediyadır.
C) Ədəbiyyatımızda ilk hekayədir.
D) Yeni tipli realist nəsrin və povest janrının ilk nümunəsidir.
E) Romantik nəsr nümunəsidir.
Ə.Kərimin ilk şeiri hansıdır?
A) “Bahar çiçəkləri”
B) “Pillələr”
C) “Ana və şəkil”
D) “Ayaqsız”
E) “Təzə müəllim”
Ol pir bu xeyir işə qılıb cəhd Məcnuna mürəttəb etdi bir məhd. Aldı onu, azmi-rah qıldı, Əzmi-hərəmi-ilah qıldı. M.Füzulinin “Leyli və Məcnun” poemasından verilmiş bu nümunə haqqındakı doğru fikri göstərin
A) Rəməl bəhrindədir.
B) aabb şəklində qafiyələnmişdir.
C) Nümunədə rədif yoxdur.
D) “Ol pir” dedikdə Nofəl nəzərdə tutulur.
E) Qəsidə formasındadır.
Süjet və kompozisiya ilə bağlı doğru fikirləri seçin. 1. Kompozisiya süjetə daxildir. 2. Epiloq və proloq süjetdən kənardır. 3. Lirik şeirlərdə süjet olmur. 4. Lirik ricət yer və məkanın təsviridir. 5. Ekspozisiya bədii müqəddimədir.
A) 1,2,5
B) 1,3,4
C) 2,3,5
D) 1,4
E) 4,5
1012-ci ildə Təbriz yaxınlığında, Şadiabad kəndində anadan olmuş bu sənətkar həm Şəddadilər, həm də Rəvvadilər sarayında böyük nüfuz qazanmışdır.
A) Qətran Təbrizi
B) Nizami Gəncəvi
C) İbn Rüşd
D) Əfzəlləddin Xaqani
E) Məhsəti Gəncəvi
« Lirik-psixoloji hekayələr onun yaradıcılıq uğurları sayılır». Söhbət hansı sənətkardan gedir?
A) Anar
B) İ.Əfəndiyev
C) Elçin
D) S. Rəhimov
E) M.İbrahimov
Dramatik əsərdə iki və daha artıq şəxs arasındakı söhbətə nə deyilir?
A) remarka
B) komediya
C) hərəkət
D) dialoq
E) monoloq
«İki od arasında» əsəri 1964 – cü ildə hansı adla çap olunmuşdur?
A) «Qarlı aşırım»
B) «Qələbə»
C) «Xudafərin körpüsü»
D) «Yurd sevgisi»
E) «Qan içində»
Məmməd Namazın “Hamının günəşi” əsərində oxunan şeirin (mahnının) müəllifi və adını göstərin.
A) M.Araz "Azərbaycan-dünyam mənim"
B) X.Rza Ulutürk "Gerbimiz-qəlbimiz"
C) H.Ziya "Qarabağda"
D) M.Araz "Dünya sənin, dünya mənim"
E) Ə.Kürçaylı "Vətən"
Biri ibrətamiz hekayələrə aid deyil
A) "Heç kəsi qınamayın"
B) "Möcüzə"
C) "İnsansevərlik"
D) "Oğru"
E) "Həyat dərsi"
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top