Tapılan ümumi test sayı : 157

Fərdi üslub haqqında aşağıdakılardan biri səhvdir:
A) Fərdi üslubu mövcud ictimai – tarixi şərait yetişdirir
B) Rəsmi – işgüzar üslubda fərdilik var
C) Fərdi üslub bu və ya digər fərdin ümumi dünyagörüşü, təfəkkürü ilə yanaşı, dövrü, bir sıra hallarda hətta ovqatı ilə bağlıdır
D) Fərdi üslub funksional üslubların çoxunda özünü göstərir
Fərdi üslub haqqında fikirlərdən biri düzgündür:
A) Fərdi üslub funksional üslubların çoxunda özünü göstərmir
B) Fərdi üslub bu və ya digər fərdin ümumi dünyagörüşü, təfəkkürü ilə yanaşı, ovqatı ilə bağlı deyil
C) Fərdi üslubun ən qabarıq ifadəsi elmi üslubdur
D) Fərdi üslub bəzən bir qrup şair və yazıçıya da aid ola bilər
Fərdi üslub haqqında düzgün fikirləri seçin:
a) elmi, publisistik üslublarda və məişət üslubunda nitq fərdiliyi öz əksini tapır :
b) məntiqilik, ardıcıllıq, konkretlik fərdi üslubun əsas xüsusiyyətləridir :
c) fərdi üslubu mövcud ictimai – tarixi şərait yetişdirir :
d) fərdi üslubun ən qabarıq ifadəsi bədii üslubdadır :
e) fərdi üslubun ən qabarıq ifadəsi publisistik üslubdadır
A) a,c,e
B) a,b,d
C) c,d,e
D) a,c,d
Fərdi üslub haqqında aşağıdakı  fikirlərdən biri səhvdir:
A) Fərdi üslubu mövcud ictimai – tarixi şərait yetişdirir
B) Elmi, publisistik üslublarda və məişət üslubunda da nitq fərdiliyi öz əksini tapır
C) Rəsmi – işgüzar üslubda fərdilik demək olar ki, yoxdur
D) Fərdi üslubdan başqa heç bir üslubda nitq fərdiliyi olmur
Bu və ya başqa bir görkəmli sənətkara məxsus şifahi, yaxud yazılı nitq xüsusiyyətləri hansı üsluba aiddir?
A) Fərdi
B) Publisistik
C) Elmi
D) Rəsmi – işgüzar
Fərdi üslubun inkişafına ən çox şərait yaradan üslub hansıdır?
A) elmi
B) bədii
C) məişət
D) rəsmi
Nəsiminin dili(üslubu)Füzulinin dilindən (üslubundan) hansı cəhətlərinə görə fərqlənir?
A) müasir söz və ifadələrdən istifadə
B) üsyankarlıq və hürufi terminologiyasına görə
C) milli sözlərdən istifadəyə görə
D) alınma sözlərin istifadəsinə görə
Fərdi üslubun təzahürünə ən az imkan yaradan üslub hansıdır?
A) məişət
B) rəsmi-işgüzar
C) bədii
D) publisistik
E) elmi
Son onilliklərdə elmi üslubun bir qolu yaranmışdır. Onu necə adlandırırlar?
A) elmi kütləvi dil
B) elmi rəsmi dil
C) elmi bədii dil
D) elmi publisistik dil
Əvvəllər bütün üslublar hansı elmin tərkibinə daxil olmuşlar?
A) riyaziyyat
B) təbabət
C) fəlsəfə
D) dilçilik
Biologiya və fizika elmlərinin birləşməsi nəticəsində hansı elm sahəsi yaranmışdır?
A) biokimya
B) biofizika
C) zoofizika
D) zookimya
İnteqrasiya nədir?
A) ayrılma
B) köçürmə
C) yaxınlaşma
D) yerdəyişmə
Diferensiasiya nə deməkdir?
A) ixtisar
B) birləşmə
C) ayrılma
D) uyğunlaşma
Elmi tərcümeyi-hal Aşağıdakılardan hansına yazıla bilər?
A) alimə
B) idarə rəhbərinə
C) xarici vətəndaşa
D) hər hansı bir şəxsə
Bu üslubda nəqli cümlələr əsas olsa da, bəzən nida və sual cümlələrinə də geniş yer verilir. Bu hansı üslubdur?
A) rəsmi-işgüzar
B) publisist
C) elmi
D) məişət
E) bədii
"Mən filankəs... Atam filankəs... Anam filankəs..Qardaşım filankəs"- bu ifadələr hansı işgüzar sənədə aiddir?
A) izahat
B) məktub
C) tərcümeyi-hal
D) ərizə
"Əziz oğlum Nəcəf"! Bu sözlər hansı sənədə aiddir?
A) tərcümeyi-hal
B) məktub
C) ərizə
D) xasiyyətnamə
Aşağıdakı rəsmi sənədlərdən hansılarda obrazlılıq da ola bilər?
A) qanun və qərarlarda
B) fərman və bəyanatlarda
C) nazirlərin əmrlərində və notalarda
D) bəyanat və manifestlərdə
İşgüzar sənədləri rəsmi sənədlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri:
A) İşgüzar sənədlərdə bəhs olunan məsələ barəsində daha geniş məlumat verilməsi
B) Rəsmi sənədlərdən fərqli olaraq işgüzar sənədlərin xüsusi dövlət əhəmiyyəti daşımaması
C) İşgüzar sənədlərin həcmcə rəsmi sənədlərə nisbətən böyük olması
D) İşgüzar sənədlərin bir qayda olaraq mütəxəssislər tərəfindən tərtib edilməsi
İşgüzar sənədlər haqqında aşağıdakılardan biri səhvdir:
A) Ərizə, tərcümeyi – hal, bildiriş, arayış, protokol və s. işgüzar sənədlərə aid edilir
B) İşgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır
C) İşgüzar sənədlərdə bəhs olunan məsələ barəsində daha konkret, daha aydın məlumat verilməsi
D) İşgüzar sənədlərin mütəxəssislər tərəfindən tərtib edilməsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top