Tapılan ümumi test sayı : 157

Ana dilimizdə ilk rəsmi dövlət sənədləri hansı dövrdə yaranıb?
A) XX əsrdə
B) XV-XVI əsrlərdə
C) XIX əsrdə
D) XI əsrdə
Fars sözü olub, ali hakimiyyət orqanlarının qanun qüvvəsində olan sərəncam və qərarına deyilir:
A) bəyanat
B) əmr
C) sərəncam
D) fərman
Hansı üslubda fikir müəyyən qəlibə düşmüş formalarda və olduqca yığcam şəkildə verilir:
A) Rəsmi – işgüzar
B) Elmi
C) Publisistik
D) Fərdi
Rəsmi – işgüzar üsluba aid deyil:
A) Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinir
B) Rəsmi – işgüzar üslub hamı üçün eynidir – standartdır
C) Rəsmi – işgüzar üslub iki yerə ayrılır
D) Rəsmi və işgüzar sənədlərin dilidir
Dövlət başçısının bəyanatı hansı üsluba aiddir?
A) Elmi
B) Publisistik
C) Bədii
D) Rəsmi – işgüzar
Dilin dövlət dili olması hansı üslubda müəyyən edilir?
A) Elmi
B) Publisistik
C) Rəsmi – işgüzar
D) Bədii
Hansı üslubun şifahi forması olmur?
A) Publisistik
B) Fərdi
C) Rəsmi – işgüzar
D) Elmi
Hansı üslubda şəxssiz cümlələrdən geniş istifadə olunur?
A) rəsmi
B) publisistik
C) bədii
D) məişət
E) elmi
Verilənlərdən biri səhvdir:
A) İşgüzar sənədlər həcminə görə rəsmi sənədlərdən böyükdür
B) Lüğət tərkibi yığcam, sintaksisi məhduddur.
C) Rəsmi və işgüzar sənədlərin dilidir.
D) Fərdi nitq ünsürlərindən qaçılır.
Hər hansı bir dilin dövlət dili olması dövlətin ........ .... münasibəti ilə müəyyən edilir. Nöqtələrin yerinə nə yazılmalıdır?
A) xalqa
B) xarici dövlətlərə
C) təhsilə
D) rəsmi-işgüzar üsluba
Dəqiqlik, konkretlik kimi xüsusiyyətlərinə görə rəsmi-işgüzar üslub hansı üsluba bənzəyir?
A) məişət üslubuna
B) bədii-publisistik üsluba
C) elmi üsluba
D) bədii üsluba
Rəsmi-işgüzar sənədlərə aid edilmiş xüsusiyyətlərdən biri yanlışdır:
A) konkretlik
B) ardıcıllıq
C) yığcamlıq
D) çoxmənalılıq
E) dəqiqlik
Rəsmi-işgüzar üslubun funksional üslublardan geri qalmasının səbəbi nədir?
A) sovet dövründə milli respublikalarda dövlətçilik və idarəçilik təcrübəsinin inkişaf edə bilməməsi
B) lüğət tərkibinin yığcamlığı
C) bədii üslubun ədəbi dilin tarixində aparıcı olması
D) rəsmi-işgüzar üslubun standart formalarda verilməsi
Nəyə görə rəsmi-işgüzar üslub zəif inkişaf etmişdir?
A) Ədəbi-bədii dilin zəif olması ilə əlaqədar
B) Bir müddət fars, ərəb həmçinin rus dilinin ölkədə hökmran olduğuna görə
C) Yeni yarandığı üçün
D) Qonşu ölkələrlə əlaqənin zəif olması
E) Müstəqil dövlətimizin olmamasna görə
Azərbaycan ədəbi dilinin hansı üslubu bütün funksional üslublardan geri qalmışdır?
A) məişət
B) publisistik
C) elmi
D) bədii
E) rəsmi
Məişət üslubu haqqında verilənlərdən biri yanlışdır:
A) Ədəbi dilin ən geniş yayılmış üslubudur
B) Ədəbi dilin məişətdə işlənən nümunəsidir
C) Məişət üslubundan radio və televiziyada istifadə olunmur
D) Əsas əlaməti nitqin sərbəstliyi və təbiiliyidir
Aşağıda göstərilənlər hansı üslub üçün səciyyəvidir?
1. Nitqin sərbəstliyi mühümdür
2. Ləhcə xüsusiyyətləri özünü qabarıq göstərir
A) Bədii
B) Publisistik
C) Məişət
D) Elmi
Müxtəlif üslubların nümayəndələrinin bir – biri ilə ünsiyyət saxladığı üslub hansıdır?
A) İşgüzar
B) Məişət
C) Publisistik
D) Fərdi
Bu üslub yalnız şifahi nitq formasında mövcuddur:
A) Fərdi üslub
B) Məişət üslubu
C) Rəsmi – işgüzar üslub
D) Publisistik üslub
Şer dili adlanır:
A) Təhkiyənin olduğu hər cür nitq forması
B) Ahəngdar qafiyələnmiş dil
C) Tipin dili
D) Monoloq və dialoqlu səhnə əsərlərinin dili
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top