Tapılan ümumi test sayı : 157

Hansı üslub mətbuatın, radio – televiziyanın dilidir?
A) Bədii
B) Elmi
C) Fərdi
D) Publisistik
Publisistik üsluba aid deyil:
A) Gündəlik həyatda insanların bir – biriləri ilə ünsiyyət saxladığı dildir
B) Publisistik üslubun əsas xüsusiyyəti fikrin hamı tərəfindən anlaşıqlı, aydın olmasıdır
C) Bu üslub mətbuatın, radio – televiziyanın dilidir
D) Publisistik üslub kütləvi nitq formasıdır
Hansı üslub adi danışıq dilinə çox yaxın olur?
A) Rəsmi – işgüzar
B) Elmi
C) Publisistik
D) Məişət
Publisistik üslubun neçə növü var?
A) 2
B) 4
C) 5
D) 3
Biri publisistik üslub üçün əsas deyil:
A) Lüğət tərkibi əksəriyyət tərəfindən başa düşülən sözlərdir
B) Həm təsviri, həm də analitik(təhlil)səciyyə daşıyır
C) Çox müxtəlif emosiyaları ifadə edir
D) Publisistik məqalələrin, oçerk və felyetonların dilidir
E) Terminlərdən istifadə əsasdır
Azərbaycan Respublikası Prezidentinin bəyanatları aşağıdakılardan hansına aiddir?
A) bədii-publisistik dilə
B) elmi-publisistik dilə
C) rəsmi-publisistik dilə
D) Heç birinə aid deyil
Publisistik üslub hansı qəzetin nəşrə başlaması ilə yaranıb?
A) “Kəşkül”
B) “Əkinçi”
C) “Ziya”
D) “Azərbaycan”
Publisistik üslubun neçə forması var?
A) 2
B) 4
C) 1
D) 3
Publisistik üslub nə vaxt yaranıb?
A) XIX əsrin 70-ci illərində
B) XIII əsrdə
C) XXI əsrin 30-cu illərində
D) XVIII əsrin əvvəlində
Hansı publisistik üslubun şifahi formasıdır?
A) kütləvi jurnalların dili
B) radio dili
C) qəzetlərin dili
D) elmi-kütləvi kitabların dili
Sxem, qrafik və şərti işarələrdən daha çox hansı üslubda istifadə olunur?
A) Elmi
B) Publisistik
C) Bədii
D) Məişət
Elmi üsluba yad olan xüsusiyyət hansıdır?
A) Modallıq bildirən söz və ifadələr də işlənir
B) Terminlərdən istifadə olunur
C) Mürəkkəb cümlələrdən çox istifadə olunur
D) Bədii ifadə vasitələrindən çox istifadə olunur
Ədəbi tənqid sahəsində çalışan ədəbiyyatşünasların əsərləri hansı üslubdadır?
A) Məişət
B) Rəsmi – işgüzar
C) Publisistik
D) Elmi
Biri humanitar elmlərə aiddir:
A) Filologiya
B) Coğrafiya
C) Biologiya
D) Kimya
Hansı sözü həm ümumişlək söz, həm də Azərbaycan dili və Ədəbiyyat fənlərinə aid termin hesab etmək olar?
A) beşlik
B) qoşma
C) isim
D) bənd
Aşağıdakı sözlərdən neçəsi riyaziyyata aid termindir? Vurma, fauna, molekul, atom, tənlik, bölmə, vulkan, printer
A) 3-ü
B) 1-i
C) 2-si
D) 5-i
Texniki elmlərə aid deyil:
A) Fizika
B) Kimya
C) Riyaziyyat
D) Tibb
Elmlər neçə bölməyə ayrılır?
A) 5
B) 2
C) 4
D) 3
Hansı elmlər üzrə elmi üslub Azərbaycanda daha çox inkişaf etmişdir?
A) humanitar elmlər üzrə elmi üslub
B) heç biri
C) təbiət elmləri üzrə elmi üslub
D) texniki elmlər üzrə elmi üslub
Hansılar terminə aid xüsusiyyətlərdir?
A) təkmənalılıq, yığcamlıq
B) obrazlılıq, məcazilik
C) genişlik, dəqiq olmayan fikirlər
D) çoxmənalılıq, anlaşılmayan ifadələr
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top