Tapılan ümumi test sayı : 157

Hansı bənddəki nümunə məişət  üslubuna uyğundur?
A) Ay oğul, a bala, gör bizim uşaq hara gedib?
B) Bu fiqurlarda simmetriya əsasdır
C) Cinayətin motivləri istintaq üçün hələ də aydın deyil
D) Vətəndaşların sərbəst toplaşmaq hüququ vardır
Məişət üslubuna aid deyil:
A) dialektüstü nitq forması
B) jest və mimikadan istifadə
C) monoloji nitq
D) dialoji nitq
E) yığcamlıq və sərbəstlik
Məişət üslubunun yaranma şəraiti ilə bağlı fikirlərdən biri səhvdir.
A) Bugünkü halında məişət üslubu üslublar sisteminin müstəqil subyektlərindən biridir
B) Məişət üslubunun tarixi inkişafını bədii üslubun tarixi gəlişinin timsalında görmək olar
C) Cəmiyyətin yüksək inkişafı ilə, insanların ünsiyyətdə yerli şivəçilikdən çəkinmə meyli ilə bağlı məişət üslubu yaranır
D) Xalq dili canlı ünsiyyətindən uzaqlaşanda, şablon dilə çevriləndə məişət üslubu yaranır
E) Məişət üslubu yazılı bədii dilə təsir etmədən bütün dövrlərdə aparıcı olmuşdur
Aşağıdakı şəkilçilərdən hansı məişət üslubunda fərqli tələffüz olunur?
1.-mış4  2.-san2  3.-am2  4.-da2  5.-dır4  6.-ki
A) 1,2
B) 1,5
C) 5,6
D) 3,4
E) 1,3
Hansı üslub gündəlik həyatda insanların bir – biri ilə ünsiyyət saxladığı dildir?
A) Bədii
B) Fərdi
C) Publisistik
D) Məişət
Məişət üslubuna aid olan fikirlərdən hansı səhvdir?
A) Məişət üslubunun əsas səciyyəvi xüsusiyyəti sərbəstliyi və yığcamlığıdır
B) Bu üslubun əsas xüsusiyyəti fikrin hamı tərəfindən anlaşıqlı, aydın və təsirli şəkildə ifadə olunmasıdır
C) Məişət üslubu adi danışıq dilidir
D) Məişət üslubu ədəbi dilin gündəlik davranışda işlənən sərbəst və şifahi nitq formasıdır
Hansı üslubun əsas xüsusiyyəti sərbəstlik və yığcamlıqdır?
A) Elmi
B) Publisistik
C) Fərdi
D) Məişət
Hansı üslub dili dialektüstü nitq formasıdır?
A) Fərdi
B) Məişət
C) Elmi
D) Rəsmi – işgüzar
Bunlardan hansı məişət üslubuna aid deyil?
A) Məişət üslubu ədəbi dilin ən geniş yayılmış üslubudur
B) Məişət üslubunun canı dialoji nitqdir
C) Məişət üslubu adi danışıq dilidir
D) Məişət üslubu məhəlli səciyyə daşıyır
Məişət üslubu üçün hansı norma daha əsasdır?
A) orfoepik norma
B) qrammatik norma
C) fonetik norma
D) leksik norma
Yazılı nitqdə məişət üslubu ........əlaqədardır. Nöqtələrin yerinə aşağıdakılardan hansı yazılmalıdır?
A) elmi üslubla
B) publisistik üslubla
C) bədii üslubla
D) fərdi üslubla
Dialoji nitqə aid olanlardan biri səhvdir:
A) Elmi, dini və s. məqalələr bu nitqə aiddir
B) Sərbəstlik, yığcamlıq və intonasiya əsasdır
C) Söz-cümlələr və yarımçıq cümlələr çox işlənir
D) Mimika və jestlər mühüm rol oynayır
Məişət üslubu nə loru dildir, nə də məhəlli səciyyə daşıyır. Bəs necə nitq formasıdır?
A) kitab dili
B) dialektüstü nitq
C) təmtəraqlı nitq
D) yazılı nitq
Verilənlərdən biri publisistik üslubun növü deyil:
A) Elmi – publisistik dil
B) Bədii – publisistik dil
C) Məişət – publisistik dili
D) Rəsmi – publisistik dil
Publisistik üslubun əsas xüsusiyyətlərinə malik olmaqla yanaşı, müəyyən obrazlı nitq formasıdır, burada bədii ifadə vasitələrinə ( məcazlara ) təsadüf edilir. Verilənlər aiddir:
A) Elmi – publisistik dilə
B) Rəsmi – publisistik dilə
C) Rəsmi – işgüzar üsluba
D) Bədii – publisistik dilə
“ Antropogenləşmə gedən bölgələrdə ekoloji rezervuarların təşkili məqsədəuyğun olardı ” cümləsi aiddir:
A) Bədii – publisistik dilə
B) Rəsmi – publisistik dilə
C) Elmi – publisistik dilə
D) Elmi üsluba
Biri publisist məzmun daşıyan bu və ya digər rəsmi, yaxud işgüzar sənədin dilidir:
A) Elmi – publisistik dil
B) Elmi üslub
C) Bədii – publisistik dil
D) Rəsmi-publisistik dil
“ Bu xalqın tarix boyu heç bir dövrdə heç kəsə qarşı torpaq iddiası və qan davası olmamışdı. ” nümunəsi publisistik üslubun hansı növündədir?
A) Elmi - publisistik dil
B) Rəsmi - publisistik dil
C) Bədii – publisistik dil
D) Fərdi - publisistik dil
Publisistik üslub digər funksional üslublarında xüsusiyyətlərini daşıyır. Bunun səbəbi nədir?
A) ən ictimai, ən kütləvi nitq forması olması
B) ədəbi dil əsasında qurulması
C) qəzet, jurnal dili olması
D) digər üslublara nisbətən gec formalaşması
Publisistik üslub harada funksionallaşır?
A) mətbuatda
B) məktəbdə
C) idarədə
D) televiziyada
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top