Tapılan ümumi test sayı : 157

Epitet neçənci növ təyini söz birləşməsi formasında olur?
A) heç biri
B) III növ
C) I növ
D) II növ
Metafora yunan sözü olub, .......deməkdir. Nöqtələrin yerinə hansı söz yazılmalıdır?
A) addəyişmə
B) köçürmə
C) istiarə
D) şişirtmə
Epitetə başqa nə deyirlər?
A) bənzətmə qoşması
B) bədii təyin
C) təşbeh
D) istiarə
"İrdi Qara dənizə bu göz qanı, Görməyə günəş üzünü göz qanı"? İkinci misrada işlənən "günəş" sözü nədir?
A) metonimiya
B) epitet
C) metafora
D) təşbeh
Biri epitet deyil:
A) dağ gövdəli igid
B) aslan ürəkli
C) qələm qaşlı dilbər
D) şir kimi güclüdür
E) soyuq baxış
Sözün qeyri-müstəqim mənası onun hansı mənasıdır?
A) leksik
B) əsas
C) məcazi
D) həqiqi
Mükəmməl təşbeh hansı sıradadır?
A) Baxışı sanki maral baxışı idi.
B) Əsgər aslan kimi güclüdür.
C) Dəhanın sədəfdir, dişlərin inci.
D) O, elə bil, daşdır.
E) Qələmi qılınc tək itidir.
Hansı nümunədə poetik funksiya daşıyan söz ( poetizm ) var?
A) Birdən üzümə baxdı
B) Çəkməmizdə bağ yerinə adi zivə kəndiri
C) Fincandakı çaydan burula – burula qalxan buxar kəsildi
D) Qara fikirlər qara milçək kimi gedir, gedir yenə dönürdü geri
Hansı nümunədə sözün poetik funksiyasına rast gəlinir?
A) Dörd ay vardı ananın gözləri yol çəkirdi
B) Kimsə bilməz Tanrıdağın yaşını
C) Oğul, sözlərimə yaxşı qulaq as,
Ata nəsihəti faydasız olmaz
D) Dəniz sevinirdi gəlişimizə ,
Dalğalar dikəlib bizə baxırdı.
Söz özünün poetik imkanlarını daha çox nədə nümayiş etdirir?
A) Adi danışıq dilində
B) Mürəkkəb cümlə daxilində
C) Məişət üslubunda
D) Bədii mətndə
Sözün hansı imkanları sözün gücü, sözün sehri, sözün estetikası adlandırılır?
A) Modallıq
B) Terminoloji
C) Bədii
D) Fonetik
.... – bədii sözdür:
A) Arxaizm
B) Poetizm
C) Vulqarizm
D) Neologizm
M.Füzuli bədii sözü(poetizmi) nə sayırdı?
A) güclü söz
B) adi söz
C) sehrli söz
D) diri söz
Sözün poetik funksiyasına ən çox harada rast gəlinir?
A) elmi üslubda
B) məcazlarda(bədii təsvir və ifadə vasitələrində)
C) terminlərdə
D) sənədlərin dilində
Biri poetik funksiya daşımır:
A) ağır xasiyyət
B) dərin məna
C) sınıq qab
D) soyuq münasibət
Sözün poetik funksiyası nəyə əsaslanır?
A) emosiyaya
B) üsluba
C) bədii sözə
D) adi(informativ)funksiyaya
Hansı üslub daha qədim və daha zəngin sayılır?
A) Məişət üslubu
B) Bədii üslub
C) Publisistik üslub
D) Elmi üslub
Ədəbi dildə normanın yeniləşməsi ümumxalq dili vahidlərinin yazılı dilə gəlişi hansı üslubdan başlanır?
A) Bədii
B) Fərdi
C) Rəsmi – işgüzar
D) Məişət
Bədii üslubun fonetik səviyyədə göstəriciləri:
A) Alliterasiya, assonans, epitet, təşbeh
B) Alliterasiya, assonans, təkrar, intonasiya
C) Söz sırasının qəsdən pozulması, təkrar, kinayə
D) Frazeoloji birləşmələr, intonasiya, istiarə
Alliterasiya nəyə deyilir?
A) Monoloq və dialoqlardan ibarət olan əsər dilinə
B) Eyni samit səslərin təkrarına
C) Eyni saitlərin təkrarına
D) Şeirin və ya cümlənin xüsusi intonasiya ilə oxunmasına
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top