Tapılan ümumi test sayı : 157

Ana dilimizdə ilk rəsmi dövlət sənədləri hansı dövrdə yaranıb?
A) XV-XVI əsrlərdə
B) XI əsrdə
C) XIX əsrdə
D) XX əsrdə
Fars sözü olub, ali hakimiyyət orqanlarının qanun qüvvəsində olan sərəncam və qərarına deyilir:
A) sərəncam
B) bəyanat
C) fərman
D) əmr
Hansı üslubda fikir müəyyən qəlibə düşmüş formalarda və olduqca yığcam şəkildə verilir:
A) Elmi
B) Publisistik
C) Fərdi
D) Rəsmi – işgüzar
Rəsmi – işgüzar üsluba aid deyil:
A) Rəsmi – işgüzar üslub iki yerə ayrılır
B) Rəsmi – işgüzar üslub hamı üçün eynidir – standartdır
C) Rəsmi və işgüzar sənədlərin dilidir
D) Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinir
Dövlət başçısının bəyanatı hansı üsluba aiddir?
A) Publisistik
B) Rəsmi – işgüzar
C) Elmi
D) Bədii
Dilin dövlət dili olması hansı üslubda müəyyən edilir?
A) Bədii
B) Publisistik
C) Elmi
D) Rəsmi – işgüzar
Hansı üslubun şifahi forması olmur?
A) Publisistik
B) Rəsmi – işgüzar
C) Fərdi
D) Elmi
Hansı üslubda şəxssiz cümlələrdən geniş istifadə olunur?
A) rəsmi
B) bədii
C) publisistik
D) məişət
E) elmi
Verilənlərdən biri səhvdir:
A) Fərdi nitq ünsürlərindən qaçılır.
B) Lüğət tərkibi yığcam, sintaksisi məhduddur.
C) İşgüzar sənədlər həcminə görə rəsmi sənədlərdən böyükdür
D) Rəsmi və işgüzar sənədlərin dilidir.
Hər hansı bir dilin dövlət dili olması dövlətin ........ .... münasibəti ilə müəyyən edilir. Nöqtələrin yerinə nə yazılmalıdır?
A) xarici dövlətlərə
B) təhsilə
C) rəsmi-işgüzar üsluba
D) xalqa
Dəqiqlik, konkretlik kimi xüsusiyyətlərinə görə rəsmi-işgüzar üslub hansı üsluba bənzəyir?
A) elmi üsluba
B) bədii üsluba
C) bədii-publisistik üsluba
D) məişət üslubuna
Rəsmi-işgüzar sənədlərə aid edilmiş xüsusiyyətlərdən biri yanlışdır:
A) çoxmənalılıq
B) konkretlik
C) yığcamlıq
D) ardıcıllıq
E) dəqiqlik
Rəsmi-işgüzar üslubun funksional üslublardan geri qalmasının səbəbi nədir?
A) sovet dövründə milli respublikalarda dövlətçilik və idarəçilik təcrübəsinin inkişaf edə bilməməsi
B) lüğət tərkibinin yığcamlığı
C) rəsmi-işgüzar üslubun standart formalarda verilməsi
D) bədii üslubun ədəbi dilin tarixində aparıcı olması
Nəyə görə rəsmi-işgüzar üslub zəif inkişaf etmişdir?
A) Qonşu ölkələrlə əlaqənin zəif olması
B) Yeni yarandığı üçün
C) Bir müddət fars, ərəb həmçinin rus dilinin ölkədə hökmran olduğuna görə
D) Müstəqil dövlətimizin olmamasna görə
E) Ədəbi-bədii dilin zəif olması ilə əlaqədar
Azərbaycan ədəbi dilinin hansı üslubu bütün funksional üslublardan geri qalmışdır?
A) publisistik
B) rəsmi
C) məişət
D) bədii
E) elmi
Məişət üslubu haqqında verilənlərdən biri yanlışdır:
A) Əsas əlaməti nitqin sərbəstliyi və təbiiliyidir
B) Məişət üslubundan radio və televiziyada istifadə olunmur
C) Ədəbi dilin ən geniş yayılmış üslubudur
D) Ədəbi dilin məişətdə işlənən nümunəsidir
Aşağıda göstərilənlər hansı üslub üçün səciyyəvidir?
1. Nitqin sərbəstliyi mühümdür
2. Ləhcə xüsusiyyətləri özünü qabarıq göstərir
A) Məişət
B) Bədii
C) Publisistik
D) Elmi
Müxtəlif üslubların nümayəndələrinin bir – biri ilə ünsiyyət saxladığı üslub hansıdır?
A) Publisistik
B) Fərdi
C) İşgüzar
D) Məişət
Bu üslub yalnız şifahi nitq formasında mövcuddur:
A) Fərdi üslub
B) Məişət üslubu
C) Publisistik üslub
D) Rəsmi – işgüzar üslub
Şer dili adlanır:
A) Tipin dili
B) Təhkiyənin olduğu hər cür nitq forması
C) Ahəngdar qafiyələnmiş dil
D) Monoloq və dialoqlu səhnə əsərlərinin dili
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top