Tapılan ümumi test sayı : 157

Hansı bənddəki nümunə məişət  üslubuna uyğundur?
A) Bu fiqurlarda simmetriya əsasdır
B) Vətəndaşların sərbəst toplaşmaq hüququ vardır
C) Cinayətin motivləri istintaq üçün hələ də aydın deyil
D) Ay oğul, a bala, gör bizim uşaq hara gedib?
Məişət üslubuna aid deyil:
A) yığcamlıq və sərbəstlik
B) dialektüstü nitq forması
C) jest və mimikadan istifadə
D) dialoji nitq
E) monoloji nitq
Məişət üslubunun yaranma şəraiti ilə bağlı fikirlərdən biri səhvdir.
A) Bugünkü halında məişət üslubu üslublar sisteminin müstəqil subyektlərindən biridir
B) Məişət üslubunun tarixi inkişafını bədii üslubun tarixi gəlişinin timsalında görmək olar
C) Xalq dili canlı ünsiyyətindən uzaqlaşanda, şablon dilə çevriləndə məişət üslubu yaranır
D) Məişət üslubu yazılı bədii dilə təsir etmədən bütün dövrlərdə aparıcı olmuşdur
E) Cəmiyyətin yüksək inkişafı ilə, insanların ünsiyyətdə yerli şivəçilikdən çəkinmə meyli ilə bağlı məişət üslubu yaranır
Aşağıdakı şəkilçilərdən hansı məişət üslubunda fərqli tələffüz olunur?
1.-mış4  2.-san2  3.-am2  4.-da2  5.-dır4  6.-ki
A) 1,3
B) 3,4
C) 5,6
D) 1,5
E) 1,2
Hansı üslub gündəlik həyatda insanların bir – biri ilə ünsiyyət saxladığı dildir?
A) Fərdi
B) Məişət
C) Publisistik
D) Bədii
Məişət üslubuna aid olan fikirlərdən hansı səhvdir?
A) Məişət üslubu ədəbi dilin gündəlik davranışda işlənən sərbəst və şifahi nitq formasıdır
B) Bu üslubun əsas xüsusiyyəti fikrin hamı tərəfindən anlaşıqlı, aydın və təsirli şəkildə ifadə olunmasıdır
C) Məişət üslubunun əsas səciyyəvi xüsusiyyəti sərbəstliyi və yığcamlığıdır
D) Məişət üslubu adi danışıq dilidir
Hansı üslubun əsas xüsusiyyəti sərbəstlik və yığcamlıqdır?
A) Publisistik
B) Məişət
C) Elmi
D) Fərdi
Hansı üslub dili dialektüstü nitq formasıdır?
A) Elmi
B) Fərdi
C) Məişət
D) Rəsmi – işgüzar
Bunlardan hansı məişət üslubuna aid deyil?
A) Məişət üslubu məhəlli səciyyə daşıyır
B) Məişət üslubunun canı dialoji nitqdir
C) Məişət üslubu adi danışıq dilidir
D) Məişət üslubu ədəbi dilin ən geniş yayılmış üslubudur
Məişət üslubu üçün hansı norma daha əsasdır?
A) leksik norma
B) qrammatik norma
C) orfoepik norma
D) fonetik norma
Yazılı nitqdə məişət üslubu ........əlaqədardır. Nöqtələrin yerinə aşağıdakılardan hansı yazılmalıdır?
A) publisistik üslubla
B) fərdi üslubla
C) bədii üslubla
D) elmi üslubla
Dialoji nitqə aid olanlardan biri səhvdir:
A) Elmi, dini və s. məqalələr bu nitqə aiddir
B) Sərbəstlik, yığcamlıq və intonasiya əsasdır
C) Söz-cümlələr və yarımçıq cümlələr çox işlənir
D) Mimika və jestlər mühüm rol oynayır
Məişət üslubu nə loru dildir, nə də məhəlli səciyyə daşıyır. Bəs necə nitq formasıdır?
A) yazılı nitq
B) dialektüstü nitq
C) təmtəraqlı nitq
D) kitab dili
Verilənlərdən biri publisistik üslubun növü deyil:
A) Məişət – publisistik dili
B) Rəsmi – publisistik dil
C) Bədii – publisistik dil
D) Elmi – publisistik dil
Publisistik üslubun əsas xüsusiyyətlərinə malik olmaqla yanaşı, müəyyən obrazlı nitq formasıdır, burada bədii ifadə vasitələrinə ( məcazlara ) təsadüf edilir. Verilənlər aiddir:
A) Rəsmi – işgüzar üsluba
B) Elmi – publisistik dilə
C) Rəsmi – publisistik dilə
D) Bədii – publisistik dilə
“ Antropogenləşmə gedən bölgələrdə ekoloji rezervuarların təşkili məqsədəuyğun olardı ” cümləsi aiddir:
A) Rəsmi – publisistik dilə
B) Bədii – publisistik dilə
C) Elmi üsluba
D) Elmi – publisistik dilə
Biri publisist məzmun daşıyan bu və ya digər rəsmi, yaxud işgüzar sənədin dilidir:
A) Elmi – publisistik dil
B) Bədii – publisistik dil
C) Rəsmi-publisistik dil
D) Elmi üslub
“ Bu xalqın tarix boyu heç bir dövrdə heç kəsə qarşı torpaq iddiası və qan davası olmamışdı. ” nümunəsi publisistik üslubun hansı növündədir?
A) Fərdi - publisistik dil
B) Rəsmi - publisistik dil
C) Elmi - publisistik dil
D) Bədii – publisistik dil
Publisistik üslub digər funksional üslublarında xüsusiyyətlərini daşıyır. Bunun səbəbi nədir?
A) digər üslublara nisbətən gec formalaşması
B) qəzet, jurnal dili olması
C) ədəbi dil əsasında qurulması
D) ən ictimai, ən kütləvi nitq forması olması
Publisistik üslub harada funksionallaşır?
A) mətbuatda
B) məktəbdə
C) idarədə
D) televiziyada
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top