Tapılan ümumi test sayı : 157

Hansı üslub mətbuatın, radio – televiziyanın dilidir?
A) Elmi
B) Publisistik
C) Fərdi
D) Bədii
Publisistik üsluba aid deyil:
A) Publisistik üslub kütləvi nitq formasıdır
B) Bu üslub mətbuatın, radio – televiziyanın dilidir
C) Gündəlik həyatda insanların bir – biriləri ilə ünsiyyət saxladığı dildir
D) Publisistik üslubun əsas xüsusiyyəti fikrin hamı tərəfindən anlaşıqlı, aydın olmasıdır
Hansı üslub adi danışıq dilinə çox yaxın olur?
A) Rəsmi – işgüzar
B) Məişət
C) Publisistik
D) Elmi
Publisistik üslubun neçə növü var?
A) 4
B) 3
C) 2
D) 5
Biri publisistik üslub üçün əsas deyil:
A) Lüğət tərkibi əksəriyyət tərəfindən başa düşülən sözlərdir
B) Terminlərdən istifadə əsasdır
C) Həm təsviri, həm də analitik(təhlil)səciyyə daşıyır
D) Çox müxtəlif emosiyaları ifadə edir
E) Publisistik məqalələrin, oçerk və felyetonların dilidir
Azərbaycan Respublikası Prezidentinin bəyanatları aşağıdakılardan hansına aiddir?
A) bədii-publisistik dilə
B) Heç birinə aid deyil
C) rəsmi-publisistik dilə
D) elmi-publisistik dilə
Publisistik üslub hansı qəzetin nəşrə başlaması ilə yaranıb?
A) “Əkinçi”
B) “Ziya”
C) “Kəşkül”
D) “Azərbaycan”
Publisistik üslubun neçə forması var?
A) 2
B) 1
C) 4
D) 3
Publisistik üslub nə vaxt yaranıb?
A) XIII əsrdə
B) XIX əsrin 70-ci illərində
C) XVIII əsrin əvvəlində
D) XXI əsrin 30-cu illərində
Hansı publisistik üslubun şifahi formasıdır?
A) qəzetlərin dili
B) kütləvi jurnalların dili
C) radio dili
D) elmi-kütləvi kitabların dili
Sxem, qrafik və şərti işarələrdən daha çox hansı üslubda istifadə olunur?
A) Elmi
B) Məişət
C) Publisistik
D) Bədii
Elmi üsluba yad olan xüsusiyyət hansıdır?
A) Bədii ifadə vasitələrindən çox istifadə olunur
B) Modallıq bildirən söz və ifadələr də işlənir
C) Mürəkkəb cümlələrdən çox istifadə olunur
D) Terminlərdən istifadə olunur
Ədəbi tənqid sahəsində çalışan ədəbiyyatşünasların əsərləri hansı üslubdadır?
A) Məişət
B) Publisistik
C) Rəsmi – işgüzar
D) Elmi
Biri humanitar elmlərə aiddir:
A) Biologiya
B) Filologiya
C) Kimya
D) Coğrafiya
Hansı sözü həm ümumişlək söz, həm də Azərbaycan dili və Ədəbiyyat fənlərinə aid termin hesab etmək olar?
A) bənd
B) qoşma
C) beşlik
D) isim
Aşağıdakı sözlərdən neçəsi riyaziyyata aid termindir? Vurma, fauna, molekul, atom, tənlik, bölmə, vulkan, printer
A) 5-i
B) 1-i
C) 3-ü
D) 2-si
Texniki elmlərə aid deyil:
A) Kimya
B) Fizika
C) Tibb
D) Riyaziyyat
Elmlər neçə bölməyə ayrılır?
A) 4
B) 3
C) 5
D) 2
Hansı elmlər üzrə elmi üslub Azərbaycanda daha çox inkişaf etmişdir?
A) heç biri
B) humanitar elmlər üzrə elmi üslub
C) texniki elmlər üzrə elmi üslub
D) təbiət elmləri üzrə elmi üslub
Hansılar terminə aid xüsusiyyətlərdir?
A) genişlik, dəqiq olmayan fikirlər
B) təkmənalılıq, yığcamlıq
C) çoxmənalılıq, anlaşılmayan ifadələr
D) obrazlılıq, məcazilik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top