Tapılan ümumi test sayı : 157

Bədii üslub haqqında fikirlərdən biri səhvdir:
A) Bədii üslub – milli bədii təfəkkürün ifadəsidir
B) Obrazlı emosional nitq formasıdır
C) Bədii üslubun qrammatik səviyyədə göstəriciləri – epitet, təşbeh, mübaliğə, kinayə, frazeoloji birləşmələr
D) Bədii üslub ədəbi dilimizin tarixində həmişə aparıcı olmuşdur
"Kimdir onlar?" cümləsində bədii üslubun hansı səviyyədə göstəricisi var?
A) qrammatik
B) leksik
C) Heç biri
D) fonetik
Bədii üslub neçə formada təzahür edir?
A) 2
B) 3
C) 5
D) 4
Hansı üslubda yığcamlıq, konkretlik, dəqiqlik gözlənilməlidir?
A) Məişət
B) Elmi
C) Fərdi
D) Rəsmi – işgüzar
Rəsmi üslubun ən sərbəst forması:
A) sərəncam
B) əmr
C) məktub
D) qanun
Ədəbi dildə normanın yeniləşməsi, ümumxalq dili vahidlərinin yazılı dilə gəlişi hansı üslubdan başlanır?
A) Bədii
B) Məişət
C) Fərdi
D) Rəsmi
Hansı üslubda mürəkkəb cümlələr, modal sözlər, beynəlmiləl səciyyə daşıyan sözlər çox işlənir?
A) İşgüzar
B) Publisistik
C) Rəsmi
D) Elmi
Səhv fikri göstərin:
A) Məişət üslubunda söz – cümlələrdən, yarımçıq cümlələrdən çox istifadə olunur
B) XIX əsrin əvvəllərində S.M. Qənizadə, Ə.Şıxlınski bir sıra lüğətlər tərtib etmişlər
C) “ Orxon Yenisey ” əlifbası fonoqrafik yazıya daxildir
D) Funksional üslublar milli ictimai təfəkkürün müxtəlif sahələrini əks etdirir
Müstəqil Azərbaycan dövlətinin yaranıb möhkəmlənməsi ilə yüksək sürətlə inkişaf etmiş üslub:
A) Elmi
B) Rəsmi – işgüzar
C) Bədii
D) Məişət
Hansı üslub milli maraqları əks etdirir?
A) məişət
B) elmi
C) publisistik
D) rəsmi
E) bədii
Funksional üslublar içərisində ən son yaranmış üslub hansıdır?
A) rəsmi
B) elmi
C) publisistik
D) məişət
E) bədii
Hansı üslub daha ümumbəşəridir?
A) elmi
B) rəsmi-işgüzar
C) bədii
D) məişət
Üslub haqqında fikirlərdən biri səhvdir:
A) Üslubları öyrənən dilçilik bölməsi üslubiyyat adlanır
B) Funksional üslublar bütövlükdə ədəbi dili təşkil edir
C) Ədəbi dilin normaları bütün funksional üslublar üçün məcburi deyil
D) Dil vasitələrindən məqsədyönlü şəkildə istifadə üsuludur
Üslublarla bağlı yanlış fikirlər hansıdır?
a) bədii üslub – milli bədii təfəkkürün ifadəsidir
b) funksional imkanlarının genişliyinə görə elmi üslubda ədəbi – bədii dil də deyilir
c) fərdi üslub xüsusi səciyyə daşıyır
d) assonans eyni samitlərin təkrarına deyilir
A) b,d
B) a,b
C) c,d
D) a,d
Aşağıdakılardan hansı fikir səhvdir?
a) mətnaltı məna iki məqsəddən yaranır
b) tipin dilində hadisələrin təsviri əsas yer tutur
c) bədii üslubda müəllifin dili yazıçının öz üslubudur
d) müəllifin dilində əsərdəki surətlərin danışıq tərzi nəzərdə tutulur
A) c,d
B) b,d
C) b,c
D) a,d
Üslub haqqında fikirlərdən biri səhvdir:
A) Ədəbi dilin ümumi fonetik, leksik, qrammatik normaları onun funksional üslublarının hər biri üçün məcburidir
B) Bu və ya digər bir dilin üslublarını ,ümumiyyətlə, üslubi imkanlarını öyrənən elmə üslubiyyat deyilir
C) Müxtəlif funksional üslublar birlikdə ədəbi dili təşkil edir
D) Dil vahidlərindən məqsədyönlü istifadə üç baxımdan özünü göstərir
Vəzifəyə təyin olunmaq üçün ilk növbədə tələb olunur:
A) protokol və bildiriş
B) arayış və vəkalətnamə
C) annotasiya və əmr
D) tercumeyi-hal və arayış
E) xasiyyətnamə və tercumeyi-hal
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top