Tapılan ümumi test sayı : 157

Bədii üslub haqqında fikirlərdən biri səhvdir:
A) Bədii üslubun qrammatik səviyyədə göstəriciləri – epitet, təşbeh, mübaliğə, kinayə, frazeoloji birləşmələr
B) Obrazlı emosional nitq formasıdır
C) Bədii üslub ədəbi dilimizin tarixində həmişə aparıcı olmuşdur
D) Bədii üslub – milli bədii təfəkkürün ifadəsidir
"Kimdir onlar?" cümləsində bədii üslubun hansı səviyyədə göstəricisi var?
A) leksik
B) qrammatik
C) fonetik
D) Heç biri
Bədii üslub neçə formada təzahür edir?
A) 3
B) 5
C) 4
D) 2
Hansı üslubda yığcamlıq, konkretlik, dəqiqlik gözlənilməlidir?
A) Elmi
B) Məişət
C) Rəsmi – işgüzar
D) Fərdi
Rəsmi üslubun ən sərbəst forması:
A) məktub
B) sərəncam
C) əmr
D) qanun
Ədəbi dildə normanın yeniləşməsi, ümumxalq dili vahidlərinin yazılı dilə gəlişi hansı üslubdan başlanır?
A) Rəsmi
B) Məişət
C) Fərdi
D) Bədii
Hansı üslubda mürəkkəb cümlələr, modal sözlər, beynəlmiləl səciyyə daşıyan sözlər çox işlənir?
A) İşgüzar
B) Elmi
C) Publisistik
D) Rəsmi
Səhv fikri göstərin:
A) Funksional üslublar milli ictimai təfəkkürün müxtəlif sahələrini əks etdirir
B) Məişət üslubunda söz – cümlələrdən, yarımçıq cümlələrdən çox istifadə olunur
C) XIX əsrin əvvəllərində S.M. Qənizadə, Ə.Şıxlınski bir sıra lüğətlər tərtib etmişlər
D) “ Orxon Yenisey ” əlifbası fonoqrafik yazıya daxildir
Müstəqil Azərbaycan dövlətinin yaranıb möhkəmlənməsi ilə yüksək sürətlə inkişaf etmiş üslub:
A) Məişət
B) Bədii
C) Elmi
D) Rəsmi – işgüzar
Hansı üslub milli maraqları əks etdirir?
A) məişət
B) rəsmi
C) publisistik
D) elmi
E) bədii
Funksional üslublar içərisində ən son yaranmış üslub hansıdır?
A) rəsmi
B) elmi
C) publisistik
D) məişət
E) bədii
Hansı üslub daha ümumbəşəridir?
A) bədii
B) rəsmi-işgüzar
C) məişət
D) elmi
Üslub haqqında fikirlərdən biri səhvdir:
A) Üslubları öyrənən dilçilik bölməsi üslubiyyat adlanır
B) Dil vasitələrindən məqsədyönlü şəkildə istifadə üsuludur
C) Ədəbi dilin normaları bütün funksional üslublar üçün məcburi deyil
D) Funksional üslublar bütövlükdə ədəbi dili təşkil edir
Üslublarla bağlı yanlış fikirlər hansıdır?
a) bədii üslub – milli bədii təfəkkürün ifadəsidir
b) funksional imkanlarının genişliyinə görə elmi üslubda ədəbi – bədii dil də deyilir
c) fərdi üslub xüsusi səciyyə daşıyır
d) assonans eyni samitlərin təkrarına deyilir
A) a,d
B) c,d
C) a,b
D) b,d
Aşağıdakılardan hansı fikir səhvdir?
a) mətnaltı məna iki məqsəddən yaranır
b) tipin dilində hadisələrin təsviri əsas yer tutur
c) bədii üslubda müəllifin dili yazıçının öz üslubudur
d) müəllifin dilində əsərdəki surətlərin danışıq tərzi nəzərdə tutulur
A) a,d
B) b,c
C) c,d
D) b,d
Üslub haqqında fikirlərdən biri səhvdir:
A) Dil vahidlərindən məqsədyönlü istifadə üç baxımdan özünü göstərir
B) Bu və ya digər bir dilin üslublarını ,ümumiyyətlə, üslubi imkanlarını öyrənən elmə üslubiyyat deyilir
C) Müxtəlif funksional üslublar birlikdə ədəbi dili təşkil edir
D) Ədəbi dilin ümumi fonetik, leksik, qrammatik normaları onun funksional üslublarının hər biri üçün məcburidir
Vəzifəyə təyin olunmaq üçün ilk növbədə tələb olunur:
A) xasiyyətnamə və tercumeyi-hal
B) tercumeyi-hal və arayış
C) protokol və bildiriş
D) arayış və vəkalətnamə
E) annotasiya və əmr
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top