Tapılan ümumi test sayı : 130

Partenogenez çoxalmaya hansı orqanizmlərdə təsadüf olunur?
A) Çəyirtkələrdə, salada
B) Bal arısında, mənənələrdə
C) Böcəklərdə, hörümçəkdə
D) Kəpənəklərdə, milçəkdə
Partenogenez çoxalma nədir?
A) Mayalanmış yumurta hüceyrədən inkişaf edən orqanizm
B) Vegetativ çoxalmanın bir növü
C) Mayalanmamış yumurta hüceyrəsindən inkişaf edən orqanizm
D) Çoxhüceyrəli rüşeymin inkişafı
Süni partenogenez necə yaranır?
A) Mayalanmamış yumurtalar çox olduqda
B) Erkək hüceyrələr olmadıqda
C) Mayalanmamış yumurtalar az olduqda
D) Mayalanmamış yumurta hüceyrəsinə müxtəlif amillərlə təsir etdikdə
Hermafroditlik hansı orqanizmlərdə geniş yayılmışdır?
A) İbtidai heyvanlarda
B) Parazit orqanizmlərdə
C) Əksər xordalılarda
D) Süngərlər, yastı qurdlarda
Hansı orqanizmlərdə nəsil partenogenezinə rast gəlinir?
A) İbtidai xərçənglərdə, suda quruda yaşayanlarda
B) Mənənələrdə, yanüzən xərçənglərdə
C) Bal arısında, mənənələrdə
D) Bal arısında, süngərlərdə
Hansı bitkilərdə nəsil növbələşməsinə təsadüf edilir?
A) Ali sporlu bitkilərdə
B) İbtidai bitkilərdə
C) Çiçəkli bitkilərdə
D) Göbələklərdə
Çiçəkli bitkidə tozcuq borusunun inkişafı harada başlayır?
A) Dişiciyin yumurtalığında
B) Dişiciyin ağızcığında
C) Rüşeym kisəsində
D) Yumurtacıqda
İkiqat mayalanma prosesini kim kəşf etmişdir?
A) Y. D. Karpeçenko
B) S. S. Çetverikov
C) S. Q. Navaşin
D) T. Q. Morqan
Zeqot nədir?
A) İki müxtəlif qametin birləşməsi
B) Spermilər
C) Yumurta hüceyrələri
D) Tozcuq hüceyrələri
Mayalanmadan bilavasitə əvvəl rüşeym kisəsində irsiyyət materialı nə qədər olur?
A) 16n
B) 12n
C) 32n
D) 8n
E) 64n
Hansı çoxalma cinsiyyətsiz çoxalmaya aid deyil?
A) Vegetativ
B) Sporla çoxalma
C) Meyoz yolla
D) Tumurcuqlama yolu ilə
Cinsiyyət hüceyrələri öz inkişafları zamanı hansı mərhələləri keçirirlər?
A) Çoxalma, böyümə, yetişmə
B) Böyümə və yetişmə
C) Çoxalma və böyümə
D) Bölünmə, böyümə və yetişmə
Heyvan orqanizmində istiqamətləndirici cisimciklərin xromosom dəsti hansıdır?
A) Hiploid
B) Tiploid
C) Diploid
D) Xromosomları yoxdur
Yumurtalığın yetişmə zonasında bölünmədən sonra əmələ gələn 4 hüceyrədən neçəsi mayalanmada iştirak edə bilər?
A) Dörddən üçü
B) Dörddən biri
C) Dörddən ikisi
D) Heç biri
Hansı orqanizmlərdə qametogenez prosesinə rast gəlinir?
A) Çoxhüceyrəli heyvanlarda
B) Sporlu bitkilərdə
C) Ali bitkilərdə
D) Birhüceyrəli heyvanlarda
Mitoz və meyoz bölünmədə oxşar cəhətlər hansı sırada verilmişdir?
A) Xromosomun konyuqasiyası ( gen – sahə mübadiləsi )
B) 4 mərhələdən – profaza, metafaza, anafaza və telofazadan ibarət olması
C) Cinsi hüceyrələrdə getməsi
D) Xromosom sayının haploid olması
Qamentlər hüceyrənin hansı bölünməsi nəticəsində əmələ gəlir?
A) Mitoz yolla
B) Amitoz yolla
C) Hüceyrənin iki yerə bölünməsi ilə
D) Meyoz yolla
Meyozun hansı mərhələsində iki xromatidli xromosomlar ekvator boyunca düzülürlər?
A) Metafazada
B) Profazada
C) Anafazada
D) Telofazada
Meyozla mitoz prosesləri bir – birindən nə ilə fərqlənir?
A) Xromosom sayının fərqli olmasına görə
B) Xromosomların ekvatorda düzülməsinə görə
C) Hüceyrələrdə getməsinə görə
D) Mərhələlərə görə
Meyozun hansı mərhələsində krossinqover prosesi gedir?
A) Meyozun birinci telofazasında
B) Meyozun birinci anafazasında
C) Meyozun ikinci profazasında
D) Meyozun birinci profazasında
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top