Tapılan ümumi test sayı : 156

“Bütün bunlar ona görədir ki, sən daha firavan yaşayasan” mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin.
A) xəbər
B) məqsəd
C) qarşılıq-güzəşt
D) səbəb
E) tamamlıq
Tabesiz mürəkkəb cümlənin tərkib hissələri hansı yollarla bağlanır? 1. bağlayıcı sözlə                   2. intonasiya ilə 3. tabesizlik bağlayıcıları ilə   4. –sa2 şəkilçisi və ədatla
A) 1, 4
B) 2, 4
C) 1, 2
D) 2, 3
E) 1, 3
Məişət üslubu üçün səciyyəvi deyil
A) Ancaq şifahi şəkildə mövcudluğu
B) intonasiya, jest və mimikadan istifadə
C) nitqin sərbəstliyi və təbiiliyi
D) dialoji nitq şəklində olması
E) Daha çox geniş və bütöv cümlələrdən istifadə
Hansı cümlədə “ki” bağlayıcı kimi işlənməmişdir? (Durğu işarələri işlənməyi
A) Əhmədə demişəm ki, vaxtında gəlsin.
B) Gül ki qəlbim gülsün.
C) Mən ki damdan-bacadan baxmaz idim...
D) Çalış ki yanılmayasan.
E) Elə danış ki hamımız başa düşək.
Qeyri-müəyyən yiyəlik halda olan söz hansı cümlədədir?
A) Nəhayət, qolundakı kəndir didilib nazildi və qırıldı.
B) Yerində fırlanıb güzgü qırıntılarının üstündə kürəyi üstə uzandı.
C) Onda Saleh bu qızın kim olduğunu bilmirdi.
D) Günəşli hava olmasına baxmayaraq, payızın soyuğu özünü göstərirdi.
E) Amma bu qələbələr heç də asanlıqla başa gəlmirdi.
Hansı cümlədə frazeoloji birləşmə “mürgüləmək” mənasını verir?
A) Eşitdiyi dəhşətli xəbərdən gözləri qaraldı, beyni dumanlandı.
B) Ən maraqlısı da bu idi ki, camaatın gözünə kül üfürürdü.
C) Bir anlıq yorğunluqdan sim kimi gərilmiş bədənini rahatlamaq, gözlərinin acısını almaq istəyirdi.
D) Yüz dəfə demişəm ki, mənasız söhbətlərə görə gözünün suyunu axıtma!
E) Ananın gözləri yol çəkirdi.
Qeyri-müəyyən şəxsli cümləni göstərin:
A) Etdiyi səhvləri düzəltmək üçün artıq çox gec idi.
B) Elə bil onlar mənə dünyanı verdilər.
C) Həyatı boyu onun fikri, xəyalı ilə yaşadı.
D) Onlar bu sözləri dərhal Qacara çatdırdılar.
E) Gecə saat ikidə bizi təcili trestə çağırdılar.
Nitqin hissələri arasında əlaqəni bildirən ara sözü göstərin:
A) doğrudan da
B) ehtimal ki
C) deyilənə görə
D) birincisi
E) heyif
“Sən ellər toyusan, ellər bayramı” – cümləsindəki həmcins üzvdə hansı şəkilçi ixtisar olunub?
A) şəxs şəkilçisi
B) zaman şəkilçisi
C) hal şəkilçisi
D) mənsubiyyət şəkilçisi
E) cəm şəkilçisi
Frazeoloji birləşmənin həm özü, həm də onun frazeoloji sinonimi və antonimi hansı sıradadır?
A) can almaq, öldürmək, yaşatmaq
B) boğaza yığılmaq, təngə gəlmək, cana doymaq
C) baş sındırmaq, ölçüb-biçmək, düşünüb-daşınmaq
D) cana doymaq, boğaza yığılmaq, ləzzət almaq
E) təngə gəlmək, cana doymaq, can vermək
Hansı fellər təsirlidir? 1. çıxmaq 3. razılaşmaq 5. geyinmək 2. başa salmaq 4. inandırmaq
A) 3, 4, 5
B) 2, 3, 5
C) 2, 4, 5
D) 1, 4, 5
E) 1, 3, 4
“Onun hələ xəbəri yox idi ki” baş cümləsinə hansı budaq cümlə qoşula bilər?
A) xəbər
B) zaman
C) tamamlıq
D) yer
E) mübtəda
Eyniköklü sözlərə aid düzgün fikirləri müəyyən edin. 1. Eyni bir sözdən əmələ gəlir. 2. Həm eyni, həm də müxtəlif nitq hissələrinə aid olur. 3. Üzgün, üzücü, üzgüçü eyniköklü sözlərdir. 4. Eyniköklü sözlər həm leksik, həm də qrammatik şəkilçilər vasitəsilə düzəlir. 5. Eyniköklü sözlər quruluşca düzəltmə olur.
A) 1, 3, 5
B) 2, 3, 5
C) 2, 4, 5
D) 1, 2, 5
E) 1, 3, 4
Bu üslub üçün həm qəzəbli, həm sakit, təmkinli, həm təsviri, həm də analitik dil xarakterikdir. Söhbət hansı üslubdan gedir?
A) məişət
B) publisistik
C) rəsmi-işgüzar
D) elmi
E) bədii
Hansı mürəkkəb adın yazılışı səhvdir?
A) Bakı Şəhər İcra Hakimiyyəti
B) Orta paleolit dövrü
C) Azərbaycan Teleqraf Agentliyi
D) Azərbaycan Respublikasının Nazirlər Kabineti
E) Orxon-Yenisey kitabələri
Xüsusiyyətlər hansı əməli yazı növünə aiddir? 1. Kimə verilir. Onun adı, atasının adı, soyadı və vəzifəsi. 2. Onu verən şəxs və ya təşkilat. 3. Alınan əşyanın miqdarı, yaxud etibar ediləcək materialın məzmunu. 4. Məsul olan şəxsin imzası. 5. Verildiyi tarix. 6. Məsuliyyət daşıyan şəxsin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verilmə tarixi.
A) ərizə
B) akt
C) protokol
D) vəkalətnamə
E) arayış
“Bir az sonra isə bir-birinə düşmən kəsilmiş ailələr xəstəxananın həyətində yenidən üz-üzə gəlməli oldular” – cümləsinin sintaktik təhlili ilə bağlı doğru cavabı tapın:
A) Baş üzvlərin hər ikisi mürəkkəbdir
B) Təyin feli sifət tərkibi ilə ifadə olunmuşdur.
C) Cümlədə 2 zaman, 2 tərzi-hərəkət zərfliyi var.
D) İki təyin işlənmişdir.
E) Xəbər vacib şəklində olan fellə ifadə olunmuşdur.
Xitabla bağlı fikirlərdən biri səhvdir
A) Cümlədə müraciət bildirən sözə və ya söz birləşməsinə deyilir
B) Yalnız isimlə və ismi birləşmələrlə ifadə olunur.
C) Diqqəti cəlb etmək, nitqi qüvvətləndirmək məqsədi daşıyır.
D) Xüsusi intonasiya ilə deyilir
E) Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmur
Məntiqi ardıcıllığı tamamlayın. Bəlkə, ola bilsin ki, yəqin…
A) təəssüf
B) deyilənə görə
C) düzü
D) görünür
E) demək
O, sakitcə yaralı zabitə yaxınlaşıb Özünüzü necə hiss edirsiniz yaralarınız əziyyət vermir ki deyə soruşdu – vasitəsiz nitqdə hansı durğu işarələri buraxılmışdır?
A) qoşa nöqtə, 1 tire, 1 vergül, 1 sual işarəsi və dırnaqlar
B) qoşa nöqtə, 1 tire, 3 vergül, 1 sual işarəsi və dırnaqlar
C) qoşa nöqtə, 2 tire, 1 vergül, 1 sual işarəsi və dırnaqlar
D) qoşa nöqtə, 2 tire, 2 vergül, 1 sual işarəsi və dırnaqlar
E) qoşa nöqtə, 3 tire, 3 vergül, 1 sual işarəsi və dırnaqlar
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top