Tapılan ümumi test sayı : 156

Boş xanaya hansı söz yazılmalıdır ki, tabelilik əlaqəsinin bütün növləri cədvəldə olsun?
A) unudulmur
B) müəllimi
C) dəyişdirilərək
D) dərsi
E) qədim
Mənsubiyyətə görə fərqli dəyişən isimlərin sayını müəyyən edin: sinif, su, mövqe, həvəs, nə. mənafe, tələb, tale
A) 3
B) 4
C) 2
D) 1
E) 5
“..Sən gərək özünü tanıtmayaydın, Ömür də beləcə keçib gedəydi…” Altından xətt çəkilmiş fellər haqqında verilmiş fikirlərdən biri düzdür:
A) Hər ikisi arzu şəklindədir
B) Hər ikisi inkardadır
C) Hər ikisi quruluşca sadədir
D) Hər ikisi ikinci şəxsin təkindədir
E) Hər ikisi şühudi keçmiş zamandadır
A) A
B) D
C) C
D) B
E) E
Hansı cümlədə miqdar zərfi təsriflənməyən felə aiddir?
A) Məktubu bir neçə dəfə dönə-dönə oxudu.
B) Firuz baba çox yorulmuş, əldən-ayaqdan düşmüşdü.
C) Tədbirə xeyli xarici qonaq da dəvət olunmuşdu.
D) Xeyli danışandan sonra birdən-birə susub gözlərini məchul bir nöqtəyə zillədi.
E) Onu düşündükcə Əzizə çox kədərlənir, qəlbindəki qaysaqlanan yara yenidən sızıldayırdı
Sintaktik yolla yaranmış çoxaltma dərəcəsində olan sifət hansı bənddədir?
A) Mən onu görəndə o, bapbalaca bir qız idi.
B) Biz xeyli gəzib-dolaşdıq, lakin maraqlı bir məlumat əldə edə bilmədik.
C) Hökmdar dövrün ən bilikli təbiblərini, ən müdrik şəxslərini sarayına dəvət etsə də, heç kəs bu dərdə çarə tapa bilmədi.
D) Ölkəmiz get-gedə daha da inkişaf edir, qüdrəti ilə aləmə səs salır.
E) Bütün olanları düşündükcə həyəcanlanır, buralardan qaçıb uzaqlaşmaq istəyirdi.
Hansı cümlədə qeyri-müəyyən miqdar sayı işlənmişdir?
A) Birincisi, onun Nazim haqqında dedikləri mənim heç xoşuma gəlmir.
B) Biz bir qədər dincəlib sonra yenidən irəliləməyə başladıq
C) Masanın üstünə qoyulmuş külqabında xeyli siqaret kötüyü var idi.
D) Onun bu hərəkəti ən az məni maraqlandırırdı.
E) Xeyli düşündükdən sonra aram-aram sözə başladı
Sözlər niyə belə xətrə dəyirlər? Ürəksiz görüşdən doymuşuq daha. Fillər ölümünü duyur, deyirlər, Biz də ayrılığı duymuşuq daha. Nümunədə əvəzliyin hansı məna növləri işlənib?
A) sual, şəxs
B) işarə, şəxs
C) sual, təyini, şəxs
D) sual, işarə, şəxs
E) qeyri-müəyyən, işarə, şəxs
… Yalnız indi anladım, Ah, sən daha mənim üçün Əlçatmaz bir çiçəksən, Yaşanmış günlərimtək geri dönməyəcəksən… Nümunədə işlənmiş köməkçi nitq hissələri hansı bənddə düzgün verilmişdir?
A) 2 ədat, 1 nida, 1 qoşma
B) 1 ədat, 1 nida, 2 bağlayıcı
C) 1 ədat, 1 nida, 1 qoşma. 1 bağlayıcı
D) 1 ədat, 1 nida, 2 qoşma
E) 2 ədat, 1 nida, 2 qoşma
Şirin xatirəmdir, şirin röyamdır Müqəddəs andımdır vətənim mənim…. Nümunədə mənsubiyyət şəkilçili neçə söz vardır?
A) 3
B) 1
C) 4
D) 2
E) 5
Antonim sözlərin işlənmədiyi cümləni tapın.
A) Sevən könüllərçün, gülüm, uzaqlıq Ən böyük, ən gözəl yaxınlıq olur.
B) Demə mənə nələr gəlir ağlıma, Vay onda ki, qara səndən ağ uma
C) Sən həm savabım, həm günahımsan, Sən həm dünənim, həm sabahımsan...
D) Gəl bölək dünyanı ikilikdə biz, Dərə mənə düşsün, dağı sən götür...
E) Ürəksizə ürək verib ağlama, Bir gün sənsiz öləcəyi yoxdusa...
Hansı cümlədə frazeoloji birləşmə yoxdur?
A) Ürəyinə damdı ki, Nəcəfi evdə tapacaq
B) Cəfa çəkməsən, səfa görməzsən
C) İşin nədən ibarət olduğunu bizə başa saldılar.
D) Ürəksizə ürək verib ağlama...
E) Dostuna pul verən həm pulunu itirər, həm dostunu
Alınma sözlərə xas olan cəhətləri seçin: I. Sonu qoşasamitli birhecalı sözlər II. Onluq saylar III. Tərkibində uzun sait işlənən sözlər IV. İşarə əvəzlikləri
A) III, IV
B) I, III
C) II, III
D) II, IV
E) I, II
Həm əsas, həm köməkçi nitq hissəsi kimi işlənə bilən sözü seçin:
A) üçün
B) nüsxə
C) xülasə
D) yan
E) sanki
Vurğusu son hecaya düşən sözləri müəyyənləşdirin. 1. maneə 3. sakitcə 5. dahiyanə 2. qəlbən 4. lirika 6. forum
A) 2, 3, 4
B) 2, 4, 6
C) 1, 3, 6
D) 4, 5, 6
E) 1, 3, 5
Bunlardan hansı defislə yazılmalıdır?
A) ölkələr?arası
B) kino?aparat
C) cah?calal
D) diqqətə?layiq
E) fövqəl?bəşər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top