Tapılan ümumi test sayı : 220

Hansı qeyri-müəyyən miqdar saylarından sonra gələn isimlər cəmdə olmalıdır?
A) çox, xeyli
B) bir sıra, bir çox
C) az, onlarla
D) bir qədər, minlərcə
E) üç-dörd, yüzlərlə
Vurğusu dəyişməklə mənası dəyişən sözü göstərin:
A) xülasə
B) sarı
C) çətin
D) dünən
E) astronom
A) 4,5,6
B) 1,2,4
C) 3,5,7
D) 2,5
E) 6,7
Modal sözlərlə bağlı səhv fikri seçin:
A) “Nəhayət, ümumiyyətlə, xülasə”- nəticə bildirən modal sözlərdir.
B) ”Dünən xəbərlərdə verilmiş məlumata görə, sabah hava yağmurlu olacaq” cümləsində fikrin mənbəyini ifadə edən modal söz işlənmişdir
C) Ara sözlər əsasən, modal sözlərlə ifadə olunur.
D) Modal sözlərin cümlədə yeri sərbəstdir.
E) Modal sözlər digər sözlərlə sintaktik əlaqəyə girmir.
Kosmos və oçerk sözlərinin fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin. 1. Hər ikisi ahəng qanuna tabedir. 2. Hər iki sözün hecaları samitlə başlayıb, samitlə bitir. 3. Hər iki sözdə vurğu ilk hecadadır. 4. Hər ikisi yazılışı ilə tələffüzü fərqlənməyən sözdür. 5. Hər ikisində qarşılığı olmayan bir cingiltili samit vardır. 6. İkinci sözün vurğusunu dəyişməklə mənasını dəyişdirmək olar.
A) 2, 3, 4
B) 1, 4, 5
C) 3, 4, 5
D) 1, 2, 6
E) 4, 5, 6
Hansı tabeli mürəkkəb cümlələrdə budaq cümlələr birinci işlənmişdir? 1.O insan ki başqasına yaxşılıq arzulaya bilmir, o, özü xoşbəxt ola bilməz. 2.Biz o zaman yuxudan oyandıq ki, gün çıxıb ətrafı işıqlandırmışdı. 3.Biz içəri girmişdik ki, vağzalı çalındı. 4.Kim ki vicdanı qarşısında təmizdir, o, xoşbəxtdir. 5.İş ondadır ki, tikinti hələ başa çatmayıb.
A) 1,3,4
B) 3,4,5
C) 2,4
D) 1,2,5
E) 2,5
«Gülər bizim gəzintimizin bitməsini istəmirdi» cümləsindəki tamamlıq nə ilə ifadə olunmuşdur?
A) II növ təyini söz birləşməsi ilə
B) III növ təyini söz birləşməsi ilə
C) məsdər tərkibi ilə
D) I növ təyini söz birləşməsi ilə
E) isimlə
«Ürəyiaçıq» mürəkkəb sifətinin tərkib hissələrini göstərin.
A) mənsubiyyət şəkilçili isim və düzəltmə sifət
B) mənsubiyyət şəkilçili isim və düzəltmə zərf
C) mənsubiyyət şəkilçili isim və sadə sifət
D) təsirlik hal şəkilçili isim və sadə sifət
E) təsirlik hal şəkilçili isim və düzəltmə sifət
Bu dil tipində sözün kökü içəridən dəyişir, şəkilçi sözün müxtəlif yerlərində işlənə bilir
A) iltisaqi
B) flektiv
C) kök dillər
D) həm kök, həm flektiv
E) həm iltisaqi, həm flektiv
“Qış sərt gəldiyi üçün dağlarda qar çoxdur” cümləsini tabeli mürəkkəb cümləyə çevirsək, budaq cümlə hansı növdə olar?
A) səbəb
B) tamamlıq
C) xəbər
D) mübtəda
E) məqsəd
Tərkib hissələri yalnız intonasiya ilə bağlanmış tabeli mürəkkəb cümləni göstərin
A) Kim nə vaxt istəyir, gedə bilər.
B) Üç – dörd ay olar, mən onu görə bilmirəm.
C) Bircə ondan razıyam ki, özümdən narazıyam.
D) Ürəyimdən keçirdi ki, bu dəfə onun köməyindən istifadə etməyim.
E) Bu komandanı da udsaq, çempion olacağımıza daha şübhə yoxdur.
Hansı bənd ismi birləşmələrdən ibarətdir?
A) övladını sevən, sonsuz arzular
B) vətən həsrəti, vətən üçün yaşamaq
C) görüş keçirmək, dəniz havası
D) cəh – cəh vuran, sərgi açılanda
E) həyat eşqi, səmimi söhbət
Feli sifətlərdən ibarət olan cərgəni göstərin.
A) əzgin, güləyən
B) qurucu, danışmalı
C) dinləyən, yazılmış
D) gülməli, qorxunc
E) qaçağan, çalışan
-gil, -zadə, -daş şəkilçiləri ilə əmələ gələn düzəltmə isimlər hansı mənanı bildirir?
A) mücərrəd
B) insan anlayışı
C) məkan
D) cansız əşya
E) kiçiltmə
Frazeoloji birləşməni göstərin:
A) məşğul olmaq
B) göz yetirmək
C) iştirak etmək
D) məşq etmək
E) yerbəyer etmək
”Mənim qapım hər kəsin üzünə açıqdır”cümləsinin morfoloji təhlili ilə bağlı doğru cavabları göstərin. 1. mənim-şəxs əvəzliyidir,mənsubiyyət şəkilçisi qəbul etmişdir. 2. qapım-isimdir,mənsubiyyət şəkilçisi qəbul etmişdir. 3. hər kəsin-təyini əvəzlikdir,yiyəlik haldadır. 4. üzünə- isimdir,mənsubiyyət və hal şəkilçilərini qəbul etmişdir. 5. açıqdır-feldir,indiki zamandadır
A) 3,4
B) 1,2,3
C) 2,4
D) 1,2,4
E) 2,4,5
Tabesiz mürəkkəb cümlənin tərəfləri arasında hansı məna əlaqəsi var? Yaşatmaq çətindir, unutmaq asan.
A) ardıcıllıq
B) səbəb-nəticə
C) zaman
D) aydınlaşdırma
E) qarşılaşdırma
Vasitəsiz tamamlığın əsas xüsusiyyəti hansıdır?
A) Yalnız təsirli fellərlə əlaqəyə girir, müəyyən və qeyri-müəyyən olur.
B) Adlıq və yiyəlik haldan başqa digər hallarda olur.
C) Əşyanın sayı və kəmiyyətini bildirir.
D) İşin icrasının keyfiyyətini bildirir.
E) İş görən şəxsi göstərir, həm feli, həm ismi xəbərlə əlaqəyə girir.
Hansı cümlədə şühudi keçmiş zamanda işlənən fel var?
A) Ürəyim nisgilli-nisgilli dilləndi, Yerlər də, göylər də kövrəldi.
B) Gəlmişdim ellərə salam deməyə.
C) Çətindi, asandı, bilmirəm, bilirəm ki, həyat mübarizədir
D) Yaşadır anaları övladların sevinci.
E) Çox uzaqdan eşidirdi Vətənimin gur səsini...
Əşyanı ümumi şəkildə müəyyən edən əvəzlikləri göstərin.
A) biri, birisi, nə isə, kimsə
B) mən, sən, o, biz, siz, onlar
C) kim, nə, hara, necə, niyə
D) öz, hər, bütün, filan
E) o, bu, belə, elə, həmin
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top