Tapılan ümumi test sayı : 220

Cümlədəki isimlərin hansı halda olduğunu ardıcıllıqla göstərin. Həkim məsləhəti ilə xəstələrin hamısını müayinə etdilər
A) yiyəlik, təsirlik
B) yiyəlik, adlıq, yiyəlik, təsirlik
C) adlıq,təsirlik, yiyəlik, adlıq
D) yiyəlik, adlıq
E) adlıq, adlıq,
Fikirlərdən biri səhvdir
A) qala sözü omonim olub isim və fel kimi işlənir.
B) iffətli –ismətli, həyalı, namuslu sözləri ilə sinonimdir.
C) servis-qab dəsti, serviz-əhaliyə məişət xidməti deməkdir
D) zindan eyni nitq hissəsinə aid omonim sözdür.
E) bekar-işsiz,məşğuliyyətsiz deməkdir.
Mübtədası sadə olan cümlə hansıdır?
A) «Od gəlini» faciəsini Cəfər Cabbarlı yazıb.
B) Yaxşı oxumaq hamıdan tələb olunur.
C) Əlimuxtar və Şahsənəm bu məsələni birlikdə həll edəcəklər.
D) Şairin həyatı çox acınacaqlı keçib.
E) Araz çayı Azərbaycanı iki yerə ayırır.
Sözlərdən yalnız birinə saitlə başlanan hal şəkilçisi artırdıqda söz kökündəki son sait düşmür:
A) isim
B) fəsil
C) sətir
D) çiyin
E) ətir
Hansı sözün yazılışı səhvdir?
A) peşman
B) açıq-qırmızı
C) müdrük
D) müəssisə
E) əhvali-ruhiyyə
“Üstünlük” sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin: 1. Sözdə 8 səs, 8 hərf vardır. 2. Deyilişi ilə yazılışı fərqlənmir. 3. [ü] – incə, dodaqlanan, qapalı saitdir. 4. Sözdəki [s], [t], [x`] kar, [n], [l] cingiltili samitlərdir. 5. Sözdə incə saitlərin ahəngi vardır. 6. Vurğusu ikinci hecaya düşür
A) 3, 4, 5
B) 2, 3, 6
C) 1, 3, 5
D) 1, 4, 5
E) 2, 5, 6
Mürəkkəb adlar haqqındakı fikirlərdən biri səhvdir.
A) Bütövlükdə cümlənin bir üzvü olur.
B) Tərkibindəki sözlər ayrı yazılır.
C) Mürəkkəb adların bir çoxunun qəbul edilmiş vahid ixtisar forması var.
D) Tərkibindəki hər sözün öz vurğusu olur.
E) Frazeoloji birləşmələr də mürəkkəb addır, bəzən onlara "abreviatur"deyilir.
Fərqləndirilmiş sözlərin arasında hansı sintaktik əlaqə var? Payız günəşinin mavi sularda əks olunan şüaları onun gözlərini qamaşdırırdı.
A) uzlaşma, idarə
B) uzlaşma
C) yanaşma
D) idarə, yanaşma
E) idarə
Elə baş cümlə seçin ki, «həmişə yaxşılıq etsin» cümləsi təyin budaq cümləsi olsun
A) O çalışmırdı ki,...
B) Ata oğluna məsləhət etdi ki,…
C) Mən insan o adama deyərəm ki,…
D) Söhbət əsasında o da deyildi ki,…
E) İnsan o zaman sevilər ki,…
Hansı misralarda həmcins üzvlər işlənmişdir? Qara yel gah əsir, gah da dayanır. Hələ də evlərdə buxarı yanır. Yağışlar çoxalır, göllənir sular. Qamış da göyərir canı var kimi
A) birinci və ikinci
B) üçüncü
C) birinci və üçüncü
D) üçüncü və dördüncü
E) birinci
Tərəflərindən biri ayrılıqda işlənə bilməyən mürəkkəb isimlər olan cərgəni göstərin:
A) ağacdələn, dəmir-dümür
B) gecə-gündüz, baramaqurdu
C) ayaqqabı, oğul-uşaq
D) mer-meyvə, kağız-kuğuz
E) dizin-dizin, əyri-əyri
Nümunələrdən birində feli bağlama tərkibi səbəb zərfliyi kimi işlədilmişdir:
A) Maşın sola burulanda sürücü sürəti artırdı.
B) İnsan yaşa dolduqca daha da müdrikləşməlidir.
C) Böyüyə qulaq asanda iş də yaxşı gedir.
D) Ana balalarına baxarkən sevinirdi.
E) Birdən dəhşətli ildırım şaqqıltısını eşidib qorxdum
Uzun saitli sözləri göstərin. 1. amal 2. mütləq 3. sonra 4. norma 5. namuslu 6. aşpaz 7. asan 8. kitab
A) 4,6,8
B) 2,4,6
C) 1,4,7
D) 3,5,7
E) 1,3,5
Sinonimlər cərgəsini göstərin
A) tullamaq-yığmaq
B) çox-az
C) qəmli-fərəhli
D) göz-qaş
E) qurd-canavar
Verilmiş cümlənin morfoloji təhlili ilə bağlı yanlış fikir hansıdır? Onun dedikləri görülməli işi yubadır.
A) “görülməli” - düzəltmə feldir, məchul növdədir, təsriflənməyən feldir.
B) “yubadır” - xəbər şəklində olan sadə, təsirli feldir.
C) “işi” – mənsubiyyət şəkilçili adlıq halda olan isimdir.
D) “Onun” - yiyəlik halda olan şəxs əvəzliyidir.
E) “dedikləri” - isimləşmiş feli sifətdir.
Sadalanan xüsusiyyətlərdən yalnız biri hansı sözdədir? 1. Ahəng qanununun pozulması 2. Sözdə uzun tələffüz olunan saitin olması
A) asudə
B) sakit
C) üsul
D) malik
E) elan
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bağlayan bağlayıcılar hansılardır?
A) nə, nə də, ya, ya da
B) hətta, o cümlədən
C) amma, ancaq, lakin
D) ya, ya da, gah, gah da
E) həm, həm də, da, də
Hansı cümlədə “ki” ədat kimi işlənib?
A) Onun ki bu məsələdən xəbəri yoxdur.
B) Atalar deyib ki, bu günün işini sabaha qoyma.
C) Danış ki, ürəyin boşalsın.
D) Elə yaşa ki, sonra utanmayasan.
E) Mən bilirəm ki, zəhmət qiymətsiz qalmaz.
Uyğunluğu müəyyən edin. I. Vurğu üçüncü hecaya düşür. II. Vurğu ikinci hecaya düşür. III. Vurğu birinci hecaya düşür. 1. tamamilə, geologiya 2. Fransa, fosfor 3. mahircəsinə, meduza
A) I-3 II-2 III-1
B) I-2 II-3 III-1
C) I-1 II-2 III-3
D) I-1 II-3 III-2
E) I-2 II-1 III-3
Keyfiyyət bildirən sifəti göstərin.
A) qısa
B) incə
C) uzun
D) sarı
E) əsəbi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top