Tapılan ümumi test sayı : 157

Fərdi üslub haqqında aşağıdakılardan biri səhvdir:
A) Fərdi üslub bu və ya digər fərdin ümumi dünyagörüşü, təfəkkürü ilə yanaşı, dövrü, bir sıra hallarda hətta ovqatı ilə bağlıdır
B) Fərdi üslubu mövcud ictimai – tarixi şərait yetişdirir
C) Rəsmi – işgüzar üslubda fərdilik var
D) Fərdi üslub funksional üslubların çoxunda özünü göstərir
Fərdi üslub haqqında fikirlərdən biri düzgündür:
A) Fərdi üslub bu və ya digər fərdin ümumi dünyagörüşü, təfəkkürü ilə yanaşı, ovqatı ilə bağlı deyil
B) Fərdi üslub funksional üslubların çoxunda özünü göstərmir
C) Fərdi üslubun ən qabarıq ifadəsi elmi üslubdur
D) Fərdi üslub bəzən bir qrup şair və yazıçıya da aid ola bilər
Fərdi üslub haqqında düzgün fikirləri seçin:
a) elmi, publisistik üslublarda və məişət üslubunda nitq fərdiliyi öz əksini tapır :
b) məntiqilik, ardıcıllıq, konkretlik fərdi üslubun əsas xüsusiyyətləridir :
c) fərdi üslubu mövcud ictimai – tarixi şərait yetişdirir :
d) fərdi üslubun ən qabarıq ifadəsi bədii üslubdadır :
e) fərdi üslubun ən qabarıq ifadəsi publisistik üslubdadır
A) a,c,e
B) c,d,e
C) a,c,d
D) a,b,d
Fərdi üslub haqqında aşağıdakı  fikirlərdən biri səhvdir:
A) Rəsmi – işgüzar üslubda fərdilik demək olar ki, yoxdur
B) Elmi, publisistik üslublarda və məişət üslubunda da nitq fərdiliyi öz əksini tapır
C) Fərdi üslubdan başqa heç bir üslubda nitq fərdiliyi olmur
D) Fərdi üslubu mövcud ictimai – tarixi şərait yetişdirir
Bu və ya başqa bir görkəmli sənətkara məxsus şifahi, yaxud yazılı nitq xüsusiyyətləri hansı üsluba aiddir?
A) Fərdi
B) Rəsmi – işgüzar
C) Elmi
D) Publisistik
Fərdi üslubun inkişafına ən çox şərait yaradan üslub hansıdır?
A) məişət
B) rəsmi
C) elmi
D) bədii
Nəsiminin dili(üslubu)Füzulinin dilindən (üslubundan) hansı cəhətlərinə görə fərqlənir?
A) alınma sözlərin istifadəsinə görə
B) milli sözlərdən istifadəyə görə
C) üsyankarlıq və hürufi terminologiyasına görə
D) müasir söz və ifadələrdən istifadə
Fərdi üslubun təzahürünə ən az imkan yaradan üslub hansıdır?
A) publisistik
B) elmi
C) rəsmi-işgüzar
D) bədii
E) məişət
Son onilliklərdə elmi üslubun bir qolu yaranmışdır. Onu necə adlandırırlar?
A) elmi bədii dil
B) elmi rəsmi dil
C) elmi kütləvi dil
D) elmi publisistik dil
Əvvəllər bütün üslublar hansı elmin tərkibinə daxil olmuşlar?
A) riyaziyyat
B) dilçilik
C) təbabət
D) fəlsəfə
Biologiya və fizika elmlərinin birləşməsi nəticəsində hansı elm sahəsi yaranmışdır?
A) zookimya
B) biokimya
C) biofizika
D) zoofizika
İnteqrasiya nədir?
A) yaxınlaşma
B) yerdəyişmə
C) köçürmə
D) ayrılma
Diferensiasiya nə deməkdir?
A) uyğunlaşma
B) ayrılma
C) birləşmə
D) ixtisar
Elmi tərcümeyi-hal Aşağıdakılardan hansına yazıla bilər?
A) xarici vətəndaşa
B) idarə rəhbərinə
C) hər hansı bir şəxsə
D) alimə
Bu üslubda nəqli cümlələr əsas olsa da, bəzən nida və sual cümlələrinə də geniş yer verilir. Bu hansı üslubdur?
A) publisist
B) rəsmi-işgüzar
C) məişət
D) elmi
E) bədii
"Mən filankəs... Atam filankəs... Anam filankəs..Qardaşım filankəs"- bu ifadələr hansı işgüzar sənədə aiddir?
A) izahat
B) ərizə
C) tərcümeyi-hal
D) məktub
"Əziz oğlum Nəcəf"! Bu sözlər hansı sənədə aiddir?
A) ərizə
B) məktub
C) xasiyyətnamə
D) tərcümeyi-hal
Aşağıdakı rəsmi sənədlərdən hansılarda obrazlılıq da ola bilər?
A) qanun və qərarlarda
B) nazirlərin əmrlərində və notalarda
C) fərman və bəyanatlarda
D) bəyanat və manifestlərdə
İşgüzar sənədləri rəsmi sənədlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri:
A) İşgüzar sənədlərdə bəhs olunan məsələ barəsində daha geniş məlumat verilməsi
B) İşgüzar sənədlərin bir qayda olaraq mütəxəssislər tərəfindən tərtib edilməsi
C) Rəsmi sənədlərdən fərqli olaraq işgüzar sənədlərin xüsusi dövlət əhəmiyyəti daşımaması
D) İşgüzar sənədlərin həcmcə rəsmi sənədlərə nisbətən böyük olması
İşgüzar sənədlər haqqında aşağıdakılardan biri səhvdir:
A) İşgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır
B) İşgüzar sənədlərin mütəxəssislər tərəfindən tərtib edilməsi
C) İşgüzar sənədlərdə bəhs olunan məsələ barəsində daha konkret, daha aydın məlumat verilməsi
D) Ərizə, tərcümeyi – hal, bildiriş, arayış, protokol və s. işgüzar sənədlərə aid edilir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top