Tapılan ümumi test sayı : 156

Biri quruluşuna görə fərqlidir:
A) mirvari (dənəsi)
B) coğrafi (məkan)
C) mədəni (insan)
D) kütləvi (iğtişaş)
E) mənəvi (qid
Zaman əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələri, əsasən, hansı bağlayıcılarla bağlanır?
A) amma, ancaq, lakin, fəqət
B) o cümlədən, hətta, fəqət
C) ya, ya da, gah, gah da
D) lakin, yoxsa, çünki, yəni
E) və, nə, nə də, həm, həm də
Budaq cümlənin hansı növü baş cümlənin ümumi məzmunu ilə bağlı olur?
A) kəmiyyət budaq cümləsi
B) yer budaq cümləsi
C) zaman budaq cümləsi
D) şərt budaq cümləsi
E) məqsəd budaq cümləsi
Qoşmalar ismin hansı halında işlənən sözlərə qoşula bilmir?
A) təsirlik, yerlik
B) yönlük, yerlik, çıxışlıq
C) adlıq, yiyəlik, yönlük, çıxışlıq
D) təsirlik, yerlik, çıxışlıq
E) adlıq, yiyəlik, yönlük
Hansı cümlədə “O” əvəzliyindən sonra vergül qoyulmamalıdır?
A) O, daxilən sonsuz təlaş və həyəcan içində idi
B) O, torpaq istədi səndən bir qarış (B.Vahabzadə)
C) O, bu sirri yenə də gizli saxladı
D) O, özünə sirdaş axtarırdı.
E) O, qaçır dar döngələrdə (B.Vahabzadə)
Verilənlər içərisində hansı üslubun xüsusiyyətləri yoxdur? 1. Olduqca müxtəlif mövqe və maraqları əks etdirir. 2. Dialoji nitq bu üslubun səciyyəvi xüsusiyyətidir. 3. Modallıq bildirən söz və ifadələr çox işlənir. 4. Obrazlılıq və emosionallıq bu üslubun əsas xüsusiyyətidir
A) elmi
B) publisistik
C) məişət
D) rəsmi-işgüzar
E) bədii
Qeyri-müəyyən şəxsli cümləni göstərin
A) Onun bu vəziyyətini düşündükcə ürəyim sıxılırdı
B) Bacıları tez-tez evimizə gələrdi.
C) Halallıq almadan getmək istəmirdi.
D) Bu sözlərlə elə bil yarasına duz basdılar
E) Uman yerdən küsərlər.
Cümlələrdən birində ara söz güman, şübhə bildirmir
A) Bəlkə, mən də sizinlə getdim
B) Deyilənə görə, bu hadisə zamanı siz də orada olmusunuz
C) Olmaya, məni tanımadın.
D) Deyəsən, yağış yağacaq.
E) Görəsən, sağ-salamat gedib çata bildilər?
Həmcins üzvlü cümləni göstərin
A) Bulağın suyu göz yaşı kimi dumduru idi.
B) Gah sulara baş vurub lap dərinliklərə enir, gah da süzüb suyun üzünə çıxır.
C) Hündürboy kişi səsli-küylü küçələrdən keçərək soldakı binaya yaxınlaşdı.
D) Nə bir ağac vardı, nə də bir kölgəlik.
E) Al-əlvan çiçəkilərin xoş ətri ətrafa yayılmışdı.
Frazeoloji birləşmə işlənmiş cümləni tapın.
A) İndi yanıb-yaxılıram, Sərt dilləndim sənə niyə?
B) Mübahisəli məsələ tezliklə həll olundu
C) Zülmət əbədi hər gecənin gündüzü vardır
D) Onun topu düz yola düşmüşdü.
E) Əgər istəyirsən yediyin cana sinsin, gərək mayana haram qatmayasan.
Məchul fel işlənmiş cümlələri göstərin: 1. Günəş üfüqdən boylandı, hər tərəf al nura boyandı. 2. Əkin sahələri iki gün əvvəl suvarıldı. 3. Yağış suyu həyətin ortasında gölləndi. 4. Əhməd Cavad “xalq düşməni” adı ilə damğalandı və sürgün edildi. 5. Bu qarışıq zamanda çoxları varlandı
A) 4, 5
B) 1, 3, 5
C) 2, 4
D) 2, 5
E) 1, 3, 4
“Buna yüz faiz əmin idi ki,,…” baş cümləsinə hansı budaq cümlə qoşula bilər?
A) mübtəda
B) təyin
C) səbəb
D) məqsəd
E) tamamlıq
Uyğunsuzluğu seçin:
A) elmi üslub – dəqiqlik, ardıcıllıq, konkretlik.
B) məişət üslubu – məntiqlilik, mücərrəd fikirlərdən istifadə
C) bədii üslub – obrazlılıq, emosionallıq.
D) publisistik üslub – fikrin hamı tərəfindən anlaşılması, aydın və təsirli şəkildə ifadə olunması
E) rəsmi-işgüzar üslub – dilin maksimum mükəmməlliyi, fikrin tam aydınlığı, birmənalılığı.
Hansı sıradakı mürəkkəb ad səhv yazılmışdır?
A) Dünya Azərbaycanlılarının Həmrəylik Günü
B) Şəki Su İdarəsi
C) Mars planeti
D) Azərbaycan Respublikasının Baş naziri
E) Azərbaycan Respublikasının Milli Qəhrəmanı
Cümlələrdən birində yaşa(maq) sözü ilə eyniköklü olan söz işlənməmişdir.
A) O gah anasının dağınıq saçlarına, gah da yaşlı gözlərinə baxırdı
B) Xalq onu daim qəlbində yaşadacaqdır
C) Qulamgilin yaşayışı pis keçmirdi
D) Kiçik qardaşımla əmim oğlu, təxminən, yaşıd idilər.
E) Əminə xanım çox yaşlandığından artıq pilləkənləri tək qalxa bilmirdi.
Bu sənəd hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədi ilə bu və ya digər təşkilat tərəfindən verilir və burada bir və ya bir neçə şəxs haqqında da məlumat vermək mümkündür. Bu fikir hansı işgüzar sənəd haqqındadır?
A) arayış
B) izahat
C) akt
D) ərizə
E) protokol
Hansı bənddə “ilə” (-la²) bağlayıcı vəzifəsində işlənmişdir?
A) Rayona maşınla getdik.
B) Bu dəqiqə telefonla onunla danışırdım.
C) Bu işi Raufla Kərimə tapşırmaq lazımdır.
D) Nadir böyük həvəslə danışırdı
E) Müayinədən sonra həkim xəstə ilə görüşə icazə verdi.
Xitabla bağlı fikirlərdən biri səhvdir.
A) Feli sifətlə ifadə oluna bilmir.
B) Həm sözlərlə, həm də söz birləşmələri ilə ifadə olunur
C) Quruluşca sadə və ya mürəkkəb olur.
D) Cümlədə müraciət olunanı bildirən sözlərə deyilir.
E) İsmin adlıq halında olur və buna görə mübtədaya oxşayır
O, bir az fikirləşib sizi haradasa görmüşəm, Qori Müəllimlər Seminariyasında oxumamısınız deyə soruşdu – cümləsinin sxemi necə olmalıdır?
A) M: “V? -m,- v”
B) “V?” – m.
C) “V? - m, - v”
D) M: “V?”
E) M: ”V?” – m.
Tabesiz mürəkkəb cümlə hansı bənddədir?
A) Qız ona ani bir baxışla baxıb üzünü döndərdi və sürətini artırıb ondan uzaqlaşmağa çalışdı.
B) Qarşısında oturan oğlana maraq və mərhəmət ifadə edən nəzərlərlə baxırdı, baxışlarında həm də ümidsiz bir kədər, bir nisgil duyulurdu.
C) Amma ilk dəfə belə vəziyyətə düşdüyü üçün həyəcanlanır, baxışlarını ətrafdakı adamlardan gizlətməyə çalışırdı
D) Təyyarədən enən sərnişinlərlə birlikdə gömrük zonasına gələn Səid pasport yoxlanışından keçmək üçün növbəyə durdu.
E) Başını aşağı dikib sola döndü və cəld addımlarla zalın çıxışına tərəf yönəldi.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top