Tapılan ümumi test sayı : 156

Hansı cümlədə həm sadə , həm də feli sifət tərkibi ilə ifadə olunmuş mürəkkəb təyin var?
A) Bir qədər hərlənib yorulandan sonra qalmağa başqa yeri olmadığına görə yenə qardaşıgilə getdi
B) Vağzalda dayanmış avtobusda yerlərin dolmağına az qalmışdı.
C) Azərbaycan xalqının tarixini, mədəniyyətini özündə əks etdirən bu nümunələr zaman keçdikcə daha da dolğunlaşır
D) Direktor çıxıb həyətdə gözləyən Əlini içəri dəvət etdi.
E) Dərslik ali məktəblərə qəbul olunmağa hazırlaşan abituriyentlər üçün nəzərdə tutulmuşdur
Söz sırasının pozulduğu sıranı göstərin:
A) Nağıllar dünyasına aparaydım səni mən.
B) Elə bil dağılmış xatirələrim Səsinin sapında səfə düzüldü.
C) Mən səni öz ömrümə saat əqrəbi sandım.
D) Getmək istəyirsən, bəhanəsiz get!
E) Bir salama dəyməyən eşqə ölüm yaraşır!
A) çəkildi
B) seç
C) tablo
D) düşündürücü
E) gözəl
Həm hal, həm də mənsubiyyət şəkilçiləri artırdıqda ikinci saiti düşən sözləri seçib göstərin. 1. səbir 3. nəsil 5. burun 2. alın 4. xeyir 6. beyin
A) 1, 4, 6
B) 1, 3, 4
C) 3, 4, 6
D) 2, 3, 5
E) 2, 5, 6
“..Ucaltdığın kiçiləndə görəsən, Əriyərsən gözün görə-görə sən…” Altından xətt çəkilmiş fellər haqqında verilmiş fikirlərdən biri səhvdir
A) Hər ikisi təsriflənməyən feldir
B) Hər ikisinin tərkibində qrammatik şəkilçi var
C) Hər ikisi təsdiqdədir
D) Birincisi isimləşən feli sifətdir
E) Hər ikisi quruluşca düzəltmədir
A) E
B) C
C) B
D) D
E) A
Düzəltmə yer zərfi işlənmiş cümləni göstərin:
A) Çay qırağında oynayan uşaqların şən səs-küyü meşəni başına götürmüşdü
B) Ortalıqda hələ heç nə yoxdur, bu isə aləmi bir-birinə qatıb
C) Birdən-birə onu qarşımda gördüm
D) Məhkəmədəki son görüşü unuda bilmirdi.
E) Ora-bura vurnuxan insanların narahatlığı ona da təsir etmişdi.
Morfoloji yolla düzəlmiş çoxaltma dərəcəsində olan sifət hansı cümlədədir?
A) Dümağ paltarı ona xüsusi yaraşıq verirdi
B) Otağın düz ortasında balaca bir masa var idi
C) Hava küləksiz idi, amma narınca yağış yağırdı.
D) Mən tünd çayı heç sevmirəm
E) Həyat hamımız üçün çətin bir sınaq meydanıdır.
İsmə aid bütün qrammatik şəkilçiləri qəbul etmiş say hansı nümunədədir?
A) Birinə sirr verəndə çox diqqətli ol!
B) Bu bayram on birincilərimizindir!
C) Bu qələbəyə görə beşincilərimizə minnətdarıq.
D) Çalışmalıyıq ki, birincilik bizim olsun.
E) Sahənin beşdə üçünü əksən nə qədər məhsul əldə edəcəksən ki?
Nə biləydik bu sevginin sonu yox, Nə biləydik dünya belə dönəcək, Nə biləydik sevgi adlı bu qonaq İkimizin arasında öləcək… Nümunədə əvəzliyin hansı məna növləri işlənib?
A) qeyri-müəyyən, işarə
B) sual, işarə
C) şəxs, qeyri-müəyyən
D) sual, təyini, qeyri-müəyyən
E) təyini, işarə
Hər ömürdə bir ulduza dönər o, Gah şimşəktək birdən çaxıb sönər o, Gizli gələr, fəqət aşkar dinər o, Canda nəfəs, damarda qan məhəbbət, Həm var olan, həm yox olan məhəbbət! Nümunədə bağlayıcının hansı növləri işlənmişdir?
A) inkar, qarşılaşdırma, iştirak
B) iştirak, inkar, bölüşdürmə
C) birləşdirmə, qarşılaşdırma, aydınlaşdırma
D) bölüşdürmə, qarşılaşdırma, iştirak
E) qarşılaşdırma, birləşdirmə, bölüşdürmə
Antonim sözlərin işlənmədiyi cümləni tapın.
A) Varlanmağa tələsən yoxsulluğa tez düşər.
B) Dəli ilə ağıllını, alim ilə cahili bir gözdə görəndə insanlıq ölçüsü və meyarı pozulur.
C) Bütün məslək dostlarımın bu dünyada mən Hər qəminə, nəşəsinə ortaq olaydım
D) Sən həm şəkərim, həm zəhərimsən, Sən həm xeyirim, həm zərərimsən....
E) Yaxşı dost yaman gündə tanınar.
Hansı cümlədə frazeoloji birləşmə yoxdur?
A) Pərinisə qarı yeznəsinin kölgəsini qılınclayır, elə- hey pisləyirdi.
B) Dərd çəkmək elə mənə qalıb?
C) Qayğısız uşaqlıq illərini yada saldıqca gözləri yaşarır, o günlərə dönmək istəyirdi.
D) İlin axır çərşənbəsi idi.
E) Ömründə hələ heç kəsə ağız açmamışdı
Alınma sözlərə xas olan cəhətləri seçin. I. Ön şəkilçi qəbul edən sözlər II. Bir və ikihecalı fellər III. Şəxs əvəzlikləri IV. k-y, q-ğ əvəzlənməsi baş verməyən sözlər
A) III, IV
B) II, IV
C) I, III
D) II, III
E) I, IV
Biri quruluşuna görə fərqlidir
A) tarixi (sənə
B) rəsmi (danışıq)
C) mülki (geyim)
D) inqilabi (hadisə)
E) əyani (şöbə)
Həm əsas, həm köməkçi nitq hissəsi kimi işlənə bilən sözü seçin:
A) ilə
B) ötəri
C) savayı
D) ötrü
E) tək
Vurğusu son hecaya düşməyən sözləri müəyyənləşdirin. 1. birlik 3. kompleks 5. sonra 2. sanki 4. həvəskar 6. sonsuz
A) 2, 4, 5
B) 2, 3, 5
C) 1, 3, 5
D) 3, 4, 6
E) 1, 4, 6
Bunlardan hansı defislə yazılmalıdır?
A) kəm?hövsələ
B) cız?bız
C) kəllə?mayallaq
D) layihə?qurma
E) cızma?qara
Ara söz işlənmiş cümlə hansıdır? (Durğu işarələri buraxılı
A) Düzü bu işdən gözüm su içmir.
B) Düz danışsan, başın da ağrımaz.
C) Sözün düzünü zarafatla deyərlər.
D) Elə hər işin düzdür.
E) Düzünü Allah bilir.
Aşağıdakı cümlələrdən ikisi ümumi şəxslidir. 1. Dərsi vaxtında hazırlayarlar. 2. İgid ölər, adı qalar. 3. Yalan söz üz qızardar. 4. Sözün düzünü zarafatla deyərlər. 5. Quşu gözündən vururdu. 6. Onu orden və medallarla təltif etmişdilər.
A) 1, 2
B) 5, 6
C) 3, 5
D) 1, 4
E) 2, 4
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top