Tapılan ümumi test sayı : 220

S.Ə.Şirvaninin yaradıcılığı ilə bağlı fikrilərdən biri səhvdir:
A) Ədəbi irsinin böyük bir hissəsi lirik şeirlərdən ibarətdir.
B) O həm də təzkirə müəllifidir.
C) Lirik şeirləri yalnız məhəbbət mövzusundadır.
D) Həm lirik, həm də epik əsərlər müəllifidir.
E) Cəmiyyətin problemlərini tənqid edən satiraları vardır
M.İbrahimovun “Pərvanə” əsəri ilə İ.Şıxlının “Dəli Kür”əsəri üçün ortaq cəhət ola bilməz:
A) Peterburq universitetində təhsil alan maarifçi obrazının yaradılması.
B) Qori Müəllimlər Seminariyasının fəaliyyətindən bəhs edilməsi.
C) Sinfi mübarizə baxımından hadisələrin təsviri.
D) XIX əsr mürəkkəb dövrün hadisələrinin təsviri.
E) Çernyayevski surətinin yaradılması.
N.Gəncəvinin “Yaralı bir uşağın dastanı” mənzum hekayəsində şair ikinci uşağın düşüncəsini və hərəkətini nə adlandırır?
A) sadəlövhlük
B) biclik
C) düşüncəsizlik
D) satqınlıq
E) ağıllılıq
Verilmiş şeirdə işlənmişdir: “Gül xəcalətdən qızarıb şərmsar oldu yenə”
A) sinekdoxa
B) təkrir
C) istiarə (metafor
D) təşbeh
E) epitet
Nəsiminin həyatı və yaradıcılığı ilə bağlı verilən fikirlərdən biri səhvdir:
A) 1417-ci ildə Hələb şəhərində edam olunmuşdur.
B) Azərbaycan ədəbiyyatında hürufilik ideyalarının daşıyıcısı kimi tanınır.
C) Yalnız Azərbaycan və fars dillərində şeirlər yazmışdır.
D) 1369-cu ildə Şamaxı şəhərində anadan olmuşdur.
E) "Hüseyni", "Seyyid", "Nəsimi" təxəllüsləri ilə şeirlər yazmışdır
Şifahi ədəbiyyatı yazılı ədəbiyyatdan fərqləndirən cəhətləri seçin. 1. şifahi şəkildə yaranması və yayılması 2. müəllifin bəlli olması 3. çoxvariantlı olması 4. yarandığı dövrün dil-üslub xüsusiyyətlərini qoruyub saxlaması 5. bütövlükdə xalqın ümumi yaradıcılığının məhsulu olması
A) 1, 2, 3
B) 2, 3
C) 1, 4
D) 1, 3, 5
E) 1, 4, 5
M.Arazın Cənub həsrəti ilə əlaqədar yazdığı şeirləri göstərin. 1. «Körpünün həsrəti»  2.«Araz üstündə çinar gördüm» 3.«Yanın, işıqlarım»  4.«Araz yadıma düşüb» 5. «Araz çayı»
A) 4,5
B) 2,4
C) 1,4,5
D) 2,3,4
E) 1,2,4
«İstiarə» sözünün mənası nədir?
A) Ərəbcə "köçürmə" deməkdir.
B) Yunan sözü olub "simvol" deməkdir.
C) Yunan sözü olub "addəyişmə" deməkdir.
D) Ərəb sözü olub "bənzətmə" deməkdir.
E) Ərəb sözü olub "şişirtmə" deməkdir.
Məhsəti Gəncəvinin yaradıcılığı ilə bağlı səhv fikri göstərin.
A) Rübailərindən başqa, epik əsərləri də vardır.
B) Gəncə sarayında yüksək nüfuz sahibi olmuş və burada ona bir qəzəli üçün bir xəzinə bağışlanmışdır.
C) Fars dilində yazıb-yaratmışdır.
D) XII əsrdə yaşamış bu şairə rübailəri ilə məşhurdur
E) Şeirlərində humanizm, səmimi hislər, dərin fəlsəfi mühakimələr öz əksini tapmışdır
«Azad» hekayəsi mövzu və ideyasına görə hansı əsərlə səsləşir?
A) Ə.Kərim «Qaytar ana borcunu»
B) N.Gəncəvi «Xeyir və Şər»
C) S.S.Axundov «Nurəddin»
D) Ə.Haqverdiyev «Şeyx Şəban»
E) İ.Əfəndiyev «Xəncər»
Ədəbiyyat nəzəriyyəsi haqqında verilənlərdən biri doğrudur:
A) Sənətkarların əsərlərini təhlil edib onlara istiqamət verir.
B) Ədəbiyyatın keçdiyi tarixi inkişaf yolunu araşdırır.
C) Müasir əsərləri başa düşməkdə oxucuya yol göstərir
D) Ədəbiyyatın ümumi qanunauyğunluqlarını və s. öyrənir
E) İnsanı tərbiyə edir və onun daxili aləmini zənginləşdirir
“Sən zalımsan, zülmkarsan! Ancaq beləsi yaradanı kəsə bilər.Onu bil ki, onun yaratdıqları intiqamı səndə qoymayacaq, onların arasında rahat nəfəs ala bilməyəcəksən, kef- işrət məclisləri qura bilməyəcəksən. O binalar sənin deyil, mənimdir. Onlar səni qəbir kimi sıxacaq”. Verilmiş mətn parçası hansı əsərdən götürülmüşdür?
A) "Ağabəyimağa"
B) "Koroğlu "dastanından "Düratın itməyi" qolu
C) "Xan sarayı"
D) "İsgəndər quş dili öyrənir"
E) "Zeynalabdin"
Elə ki Rum şahı taxta oturdu, Dünyaya mum kimi bir naxış vurdu. Bütün ölkələrə ədli səs saldı, Rum taxtı onunla yeni rəng aldı. Verilmiş misralar hansı əsərdəndir və bu əsərin müəllifi kimdir?
A) Nizami Gəncəvi"İsgəndərnamə"
B) Nizami Gəncəvi"Sirlər xəzinəsi"
C) Səməd Vurğun "Azərbaycan"
D) Ələmdar Quluzadə"Alim və quldur"
E) Əliağa Kürçaylı "Bakı"
Hansı fikir doğrudur?
A) Məzmun və formanın vəhdətində məzmun əsasdır və forma məzmundan törəyir.
B) Forma dəyişkən, məzmun sabitdir.
C) Təsvir və təhkiyə dramatik növ üçün xarakterikdir.
D) Süjet kompozisiyanın ünsürüdür.
E) Lirik ricət təbiət lövhəsinin sözlə ifadəsidir
C.Novruz əsərlərinin hansında xalqımızın Qarabağ dərdini qələmə almışdır?
A) «İnsan himnləri»
B) «İxtiyarım olsa idi»
C) «İlk görüş»
D) «Qalxdım dağlara»
E) «Sağlığında qiymət verin insanlara»
Aşağıdakı sənətkarlardan birinin yaradıcılığı ədəbi tənqidçilər tərəfindən səkkizinci «Qarabağnamə» hesab olunur:
A) S.Rüstəm
B) İ.Əfəndiyev
C) S.Vurğun
D) M.İbrahimov
E) S.Rəhimov
Azərbaycan ədəbiyyatında ilk komediya hansı əsərdir?
A) «Hekayəti – Molla İbrahimxəlil kimyagər»
B) «Hacı Qara»
C) «Hekayəti-xırs quldurbasan»
D) «Mürafiə vəkillərinin hekayəti»
E) «Aldanmış kəvakib»
“Düratın itməyi” qolunda Koroğlu Qara xana özünü kim olaraq təqdim edir?
A) ilxıçı
B) aşıq
C) nökər
D) dəlilərdən biri
E) Koroğlu
Verilənlərdən biri məhəbbət dastanıdır:
A) "Aşıq Qərib"
B) "Koroğlu"
C) "Kitabi - Dədə Qorqud"
D) "Qaçaq Nəbi"
E) "Qaçaq Kərəm"
«Qaranquş» əsəri hansı janrda yazılmışdır?
A) dastan
B) hekayə
C) əfsanə
D) nağıl
E) lətifə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top