Tapılan ümumi test sayı : 220

Hansı cümlələrdə isim işlənməmişdir. 1.Gecə keçir, səhər açılırdı. 2.Bildiklərini dönə-dönə təkrar et. 3. Oralarda yaşamaq çətinləşmişdi. 4. Böyük dura-dura kiçik danışmaz. 5. Hər tərəf başdan-başa gül-çiçəklə bəzənmişdi.
A) 2,3,5
B) 1,3,5
C) 2,3,4
D) 3,4,5
E) 1,4,5
Fikirlərdən biri səhvdir:
A) atlaz-parça növü, atlas- xəritələr toplusu deməkdir.
B) qayın eyni nitq hissəsinə aid omonim sözdür.
C) manqurt –düşünmək qabiliyyətini itirmiş mənasını bildirir.
D) ud sözü omonim olub isim və fel kimi işlənir
E) iffət –ismətli, həyalı, namuslu sözləri ilə sinonimdir.
Bu cümlədə hansı normalar pozulub? “Münsiflər heyəti bu gənc müğənnini gələcəyin böyük muğam ifaçısı ampulasında görmürdülər”.
A) yalnız leksik
B) yalnız qrammatik
C) qrammatik və fonetik
D) leksik və qrammatik
E) leksik və fonetik
Verilmiş cümlələrin hansında zərf yoxdur?
A) Uşaqlar həyətdə futbol oynayırlar.
B) Qız cəld mətbəxə keçdi.
C) Yayda kəndə gələrsən.
D) Dünən məktəbdə tədbir keçirildi.
E) Hava birdən tutuldu.
“Namizədlik işi” birləşməsinin I tərəfinin fonetik təhlilinə aid hansı fikirlər səhvdir? 1. Vurğusu və uzun saiti fərqli hecadadır. 2. Yazılışı və tələffüzü arasında 3 fərqli məqam var. 3. Samitlərdən ikisi kardır. 4. Sözdə qarşılıq təşkil edən samit cütlük işlənmişdir. 5. Tələffüz şəkli [na:mizətdix`]şəklindədir.
A) 1,3,5
B) 3,4,5
C) 1,2,4
D) 3,5
E) 2,4
III növ təyini söz birləşməsini göstərin.
A) anasının arzularını yerinə yetirən
B) leksik vahidlərin işlənməsi
C) morfoloji faktlar
D) yol işarələrini dəyişmək
E) orfoqrafik qaydalar
“İgid” sözünün leksik təhlilindəki səhvi göstərin
A) Əsl Azərbaycan sözüdür.
B) Təkmənalı sözdür.
C) Ümumişlək sözdür.
D) Səmimi, mülayim sözləri ilə sinonimdir.
E) Qorxaq, cəsarətsiz sözləri ilə antonimdir.
Vasitəli nitqli cümlələri müəyyən edin: 1. “Görünür, mehriban ailədir”, -deyə Firudin düşündü. 2. Ənvər təşəkkür edərək bildirdi ki, onun üçün bu gündən əziz gün olmayıb. 3. “Ətiacıdır, araqarışdırandır, çox pis adamdır”,-deyə Xavər öz-özünə düşündü. 4. Babası deyərdi ki, o, nəvəsini oğlundan çox istəyir. 5. Şübhəsiz ki, səndən yaxşı musiqiçi olacaq
A) 1, 3
B) 2, 3
C) 2, 4
D) 2, 5
E) 4, 5
İntonasiya ilə bağlanmış tabeli mürəkkəb cümlələrdən biri tamamlıq budaq cümləlidir:
A) Ay Kərim, heç deməzsən, aldatdım.
B) İgid odur, yaman günə dayansın.
C) Elə danışır, bişmiş toyuğun da gülməyi gəlir.
D) Getmək istəyir, əlini qaldırsın.
E) Adam var, heç nədən qorxusu yoxdur
Budaq cümləsi baş cümlədən əvvəl gələn tabeli mürəkkəb cümləni göstərin.
A) Fəxr edirəm ki, sənin kimi həmyerlim var
B) Kim əla oxuyursa, bu kitab ona çatacaq
C) Hamı bilir ki, payızda meyvə bol olur
D) Solmazın ürəyindən keçir ki, babası hər gün onlara qonaq gəlsin
E) Arzum budur ki, sən də əlaçı olasan
“Anadan belə laqeyd danışmazlar” cümləsi …
A) müəyyən-şəxsli geniş cümlədir.
B) ümumi şəxsli müxtəsər cümlədir.
C) qeyri-müəyyən şəxsli müxtəsər cümlədir.
D) qeyri-müəyyən şəxsli geniş cümlədir.
E) ümumi şəxsli geniş cümlədir
Uyğunluğu müəyyən edin. I. Vurğu üçüncü hecaya düşür. II. Vurğu ikinci hecaya düşür. III. Vurğu birinci hecaya düşür. 1. Antarktida, dekorasiya 2. Arktika, missiya 3. iyul,iyun
A) I - 2 II - 2 III - 1
B) I - I II - 3 III - 2
C) I - 3 II - 2 III - 1
D) I - 2 II - 1 III - 3
E) I - 1 II - 2 III - 3
Hansı cərgədəki sözlərin leksik mənası yoxdur və suala cavab vermir?
A) kimi, qədər, dəniz
B) axı, kaş, savayı
C) kitab, həyat, kaş
D) cəld, görkəm, axı
E) dünya, təkcə, səma
Əvəzliklər hansı nitq hissələrinin yerində işlənmişdir? Mən meydan əriyəm, sən də bir kişi. Mərdliklə seçilir hər mərdin işi.
A) zərf, isim
B) isim, say
C) say, sifət
D) sifət, zərf
E) isim, sifət
Antonim sözlər cərgəsini göstərin.
A) böyük-iri, qoca-ahıl
B) dərə-təpə, az-çox
C) xoşbəxt-sevincli, qəm-kədər
D) sevmək-ağlamaq, atmaq-vermək
E) pis-əyri, düz-dürüst
“Etiket” termini ilə paralel olaraq işlədilir:
A) yarlıq
B) nitq
C) jest
D) mimika
E) nitq aktı
Söz birləşməsi nədir?
A) Bitmiş bir fikrin ifadəsidir.
B) Nitq hissələrinin birləşməsidir
C) Əsas tərəfin tələbi ilə asılı tərəfin hallanmasıdır
D) İki və daha artıq sözün leksik və qrammatik cəhətdən birləşməsidir.
E) İntonasiya bütövlüyü ilə seçilir.
Hansı cümlələrdə məchul növ fel işlənib? 1. Ətrafa şəfəq saçıldı. 2. Bu mahnı çox sevilirdi. 3. Bu söhbətdən sonra o, çox kədərləndi. 4. İşdən sonra çox yorulmuşdu. 5. Yaz gəlir, torpaq bellənir.
A) 1, 5
B) 1, 4
C) 2, 5
D) 2, 3
E) 3, 4
Hansı? sualına cavab verən sayın növünü göstərin.
A) qeyri – müəyyən miqdar və kəsr sayı
B) kəsr sayı
C) müəyyən miqdar sayı
D) sıra sayı
E) qeyri – müəyyən miqdar sayı
Hansı sözlərin orfoepiyası düzdür. 1. [fəntgir] 2. [hanbal] 3. [arkestr] 4. [bayraxdar] 5. [teatır]
A) 1,3,5
B) 1,3,4
C) 2,3,4
D) 2,3,5
E) 1,2,5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top