Tapılan ümumi test sayı : 220

Fikirlərdən biri səhvdir
A) şəfəq, üfüq kimi alınma sözlərin yanında saitlə başlanan şəkilçi və ya söz gəldikdə həmin sözlər tələffüzdə dəyişmir
B) akkordeon [akardiyon] kimi tələffüz olunur.
C) bağça və boğça sözlərində yazılış və tələffüz arasında iki fərqli məqam var.
D) qanad açmaq, qanad çalmaq birləşmələrinin asılı tərəflərinin tələffüzü eynidir.
E) allergiya və alleqoriya sözlərində vurğu üçüncü hecaya düşür
Hansı sözlər zərfdir? 1. sağa-sola 2. sətirdən sətrə 3. gülə-gülə 4. yan-yana 5. uzaqdan-uzağa 6. çatar-çatmaz 7. arabir
A) 1, 4, 5, 7
B) 3, 4, 6
C) 1, 3, 5, 7
D) 2, 3, 5
E) 1, 2, 4, 6
Biri zaman əlaqəli tabesiz mürəkkəb cümlədir:
A) O zaman ki qarlı dağlar örtülərdi dumanla, Dənizlərin dalğasından səs düşərdi ormana.(S.Vurğun)
B) Nə ana dinir, nə də uşaq bir söz danışırdı.
C) Elə ki məclis dağıldı, hamı evinə getdi.
D) Əvvəl gün çıxdı, sonra isə göy guruldayıb, yağış yağmağa başladı
E) Telefonun zəngi səsləndi, Firuzə dəstəyi qaldırdı.
Barmaq buxağa dayandı, Təbiət yaşıl donunu geyindi. Fərqləndirilmiş fellərin morfoloji təhlili ilə bağlı səhvləri göstərin. 1. Sadədir. 2. Düzəltmədir. 3. Məlum növdədir. 4. Şühudi keçmiş zamandadır. 5. Xəbər şəklindədir. 6. Feldən düzələn feldir
A) 3, 6
B) 2, 5, 6
C) 1, 3
D) 2, 4, 5
E) 1, 2, 5
Sözlərin birində vurğu son hecaya düşür?
A) sonra
B) sanki
C) torpaq
D) opera
E) texnikum
Həm fel, həm də isim kimi işlənən sözləri seçin (Tam cavabı seçin). 1. gəlir 2. açar 3. qaçır 4. kəsir 5.qatır 6.bitir
A) 1, 2, 4, 5
B) 1, 2, 4
C) 2, 3, 5, 6
D) 3, 4, 6
E) 1, 5, 6
Müstəqil leksik mənası olmayan sözləri müəyyən edin.
A) görüş, dair
B) barəsində, savayı
C) bizimki, aid
D) yürüş, tərəf
E) itki, ətalət
“Bir az da belə sürsəm, atı çatladaram”,- deyə cilovu dartdı. Cümlə hansı sxemə uyğundur?
A) "V?"- m
B) M:"V ? "
C) M: "V",- m
D) "V ", - m.
E) "V, - m, - v"
Bəndlərin birində tabeli mürəkkəb cümlələrdə baş və budaq cümləni bağlayan bağlayıcı sözlər verilmişdir?
A) amma, ancaq
B) elə, belə
C) hara, nə zaman
D) çünki, ona görə ki
E) ki, belə ki
Əmr cümləsini göstərin.
A) Yenə də yamyaşıl geyinib dağlar.
B) O, bunları sübut edə biləcəkmi, ya yox, bilmirəm
C) «Dəli Kür» romanının müəllifi İ.Şıxlıdır
D) M.F.Axundzadə Azərbaycan dramaturgiyasının banisidir
E) Çalış bu dünyada vüqarla yaşa.
Bunlardan yalnız birində uzlaşma əlaqəsi vardır:
A) Dünən gəlmişik.
B) Həyat davam edir
C) dağdan enən
D) Təcili getməlisiniz.
E) aydın səma
“Da”, “də”-nin bağlayıcı kimi işləndiyi cümlə hansıdır? 1. Bu bir ayda o qocalmışdı. 2. Qəzet almış Hacı Əhməd də… 3. Bu kitabı bir oxu da, kimi gözləyirsən? 4. Miri, bala, gəl çıx da… 5. Mən də sizin kimi müəlliməm
A) 3, 4, 5
B) 3, 4
C) 2, 5
D) 2, 4, 5
E) 1, 2, 4
Feli sifət tərkibi işlənmiş cümləni göstərin.
A) Şagirdləri dinləyən müəllim nədənsə çox narahat görünürdü
B) Şagird kitaba baxmadan şeiri əzbər dedi.
C) Oxuyan şagirdlər bizim onunculardır.
D) Bilməyənlər bilənlərdən öyrənsin.
E) Ağlayan uşaqlardan xoşum gəlmir.
Düzəltmə isimlərdən ibarət cərgəni göstərin.
A) yeyinti, silahdaş, dağıdıcı
B) vətəndaş, qırıcı, böyük
C) əmlak, qaçaq, qırıq
D) namərd, qorxu, səpin
E) çöküntü, yağış, anbardar
Hansı sözün yazılışı düzgündür?
A) lahiyə
B) detektiv
C) füruzə
D) billur
E) müdür
Söz birləşməsi ilə bağlı səhvi göstərin
A) Sənin gəlməyin- III növ təyini söz birləşməsidir.
B) Tələbələr yarışanda- asılı tərəfi subyekt olan feli birləşmədir
C) Onun dediyi- III növ təyini söz birləşməsidir.
D) Yazın gəlişi- III növ təyini söz birləşməsidir, əsas tərəfi düzəltmə isimlə ifadə olunub.
E) Meşədəki ağaclar- I növ təyini söz birləşməsidir, asılı tərəfi düzəltmə sifətlə ifadə olunub.
Hansı durğu işarələri buraxılmışdır? Bu ehramlar qədim Misir şahlarının fironların məqbərələridir.
A) vergül, tire
B) 2 tire
C) 2 vergül
D) tire
E) defis
Nümunədə obrazlılığın hansı səviyyədə göstəriciləri vardır? Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı
A) fonetik, leksik, qrammatik
B) leksik, qrammatik
C) orfoqrafik, leksik, orfoepik
D) fonetik,leksik
E) fonetik, qrammatik
Yalnız çıxışlıq hal tələb edən qoşmaların cərgəsini göstərin.
A) tək, qədər, kimi
B) tək, savayı, bəri
C) özgə, savayı, başqa
D) sarı, tərəf, doğru
E) ötrü, ilə, üçün
Nümunələrdən neçəsi frazeoloji birləşmədir? göz vurmaq, can qoymaq, söz salmaq, işə düşmək, kitabı qaytarmaq, dağdan enmək, söz götürmək, ağac əkmək, məzmununu danışmaq
A) 2
B) 4
C) 6
D) 5
E) 3
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top