Tapılan ümumi test sayı : 220

“İsgəndərnamə” poemasındakı Nüşabə surəti ilə bağlı səhv fikri göstərin.
A) Bərdə hökmdarıdır.
B) İsgəndər kimi bir dünya fatehinə ağıl öyrədərək, ona dərs verir.
C) Ruslar tərəfindən əsir götürülür və İsgəndər tərəfindən xilas edilir.
D) Ağıl və müdriklikdə, qoçaqlıqda kişilərdən geri qalmır.
E) Nizaminin yaratdığı ilk ideal qadın obrazıdır.
«Füyuzat» jurnalı ilə bağlı səhv fikri müəyyənləşdirin
A) 1 noyabr 1907-ci ildə "Füyuzat"ın nəşri dayandırılmışdır
B) Cəmi 32 sayı çap olunmuşdur.
C) Jurnal romantizm ədəbi cərəyanının əsas tribunasına çevrilmişdir.
D) 1906-cı ildə nəşrə başlamışdır.
E) Jurnalda rus çarizminin müstəmləkəçilik siyasəti tənqid olunsa da, Türkiyədəki monarxist rejimə rəğbətlə yanaşılmışdır
Biri C.Cabbarlının əsəridir.
A) "Səttarxana"
B) "Maral"
C) "İranda hürriyyət"
D) "Od gəlini"
E) "Quzu"
Məmmədəli Məhzunun həyat və yaradıcılığı ilə bağlı səhv cavabı göstərin.
A) Cənubi Azərbaycan şairidir.
B) «Təbriz» şeiri vətənpərvərlik mövzusundadır.
C) «Hicran xəstəsi» ilk şeirlər kitabıdır.
D) «Qəzəllər» kitabı 1945-ci ildə çap olunmuşdur.
E) Qəzəl janrına üstünlük vermişdir.
C.Məmmədquluzadənin “Anamın kitabı” əsərində Zəhrabəyimin övladlarının kitabxanasında axtarış aparan hökümət məmuru nədən şübhələnir?
A) iştirak etdikləri "cəmiyyəti-xeyriyyə"də inqilabi intibahnamələr yaymalarından
B) qardaşların iranpərəst olmalarından
C) qardaşların birləşib imperiya əleyhinə çıxmaları və milli istiqlaliyyət fikrinə düşmələrindən
D) qardaşların osmanlıpərəst olmalarından
E) qardaşların yoxsul, zəhmətkeş təbəqələrlə çox güclü əlaqələrinin olmasından
Ş.İ.Xətai ilə bağlı fikirlərdən biri doğrudur:
A) Ancaq əruz vəznində əsərlər qələmə almışdır.
B) "Bahar oldu ki..." şeiri məsnəvi formasındadır.
C) Yalnız lirik növdə yazmışdır.
D) Türk, ərəb, fars dillərində yazmışdır.
E) "Ayrılır" qəzəli əruz vəzninin həzəc bəhrindədir.
Dramatik növə aid verilmiş fikirlərdən biri səhvdir.
A) Dramatik növün inkişafı teatr sənətinin yaranmasına gətirib çıxarmışdır.
B) Səhnədə oynamaq, tamaşaçılar qarşısında ifa etmək üçündür
C) Həm nəzmlə, həm də nəsrlə yazılır
D) Əsasən, nəsrlə olub həyat hadisələrini müfəssəl, ətraflı təsvir edir.
E) Dramatik növün komediya, dram, faciə janrları vardır.
Ə.Cavadın poemalarından ibarət cərgəni göstərin.
A) «Pambıq dastanı», «Qoşma»
B) «Qoşma», «Dalğa»
C) «Azərbaycan, Azərbaycan»
D) «Səsli qız», «Kür»
E) «Göygöl», «Dan ulduzu»
“Qazan xanın oğlu Uruz bəyin dustaq olduğu boy” un qəhrəmanlarını göstərin: 1. Qazan xan 2. Banuçiçək 3.Uruz 4.Burla xatun 5.Dəli Domrul
A) 1, 2, 4
B) 1, 2
C) 2, 3, 5
D) 1, 3, 4
E) 1, 5
«Dağlar» şeirində Aşıq Ələsgər nəyi təsvir etmişdir?
A) doğma yurdun gözəlliyini, ucalığını
B) el gözəllərini
C) rus hakimiyyətinin xalqla pis rəftarını
D) el igidlərinin qəhrəmanlığını
E) namərdliyə, ikiüzlülüyə qarşı nifrəti
Bu hekayələrdən biri M.İbrahimovun «Cənub hekayələri» nə aid deyil:
A) «On iki dekabr»
B) « Azad»
C) «Qələbə»
D) «Tonqal başında»
E) «İztirabın sonu»
“Elm tükənməz bir xəzinədir” başlıqlı mətndə elm aşağıdakılardan hansılarla müqayisə olunur?
A) dövlət, ağıl
B) xəzinə, ağıl
C) xəzinə, dövlət
D) söz, var-dövlət
E) söz, xəzinə
B.Vahabzadənin əsərləri ilə bağlı uyğunsuzluğu müəyyən edin.
A) “Təyyarələr”-döyüşçü idealını mənzilə doğru yolda ölən təyyarə obrazına bənzədir.
B) “Şəhid məzarları”-Vətən yolunda canından keçənlər şəhid adlanır.
C) ”Cavab”-ana və ana dili anlayışları yanaşı qoyulub həll olunur
D) “Vətəndaş”- insanın vətən qarşısında borcu Tanrı qarşısında borcuna bənzədilir.
E) “Ana dili”-dilimizə xor baxanlara qarşı etiraz öz əksini tapıb.
Verilmiş nümunənin misradaxili bölgüsünü müəyyənləşdirin. Bu dağda maral azdı, Ovçu çox, maral azdı. Ağlama, xumar gözlüm. Ölmərəm, yaram azdı.
A) 4-3
B) 3-4
C) 2-5
D) 5-2
E) 2-2-3
Verilən cavablardan hansı XIII-XVI əsrAzərbaycan ədəbiyyatına aid edilə bilməz?
A) bədii nəsr nümunələrinin yaranması
B) tuyuq janrının ədəbiyyata gəlişi
C) anadilli şeirin yaranması və inkişafı
D) heca vəzninin yazılı ədəbiyyata gəlişi
E) dastan yaradıcılığının geniş yer tutması
H.Cavidin «Ana» dramında gümüş kəmər kimə bağışlanır?
A) Səlimə
B) İsmətə
C) Qanpolada
D) Səlmaya
E) İzzətə
«Hacı Qara» əsərində Heydər bəy nədən şikayətlənirdi?
A) pulsuzluqdan
B) qocalıqdan
C) işsizlikdən
D) vəfasızlıqdan
E) dostlarından
Verilmiş nümunənin müəllifini və janrını müəyyənləşdirin. Dadi- fəryad, ey güruhi-izam, Oldu zaye bu milləti-islam. Günü-gündən zəlili xar olduq, Möhnəti qüssəyə düçar olduq.
A) M.Ə.Sabir,qəzəl
B) Füzuli,müxəmməs
C) M.Ə.Sabir, qitə
D) S.Ə.Şirvani, mürəbbe
E) S.Ə.Şirvani, məsnəvi
“Qafqaz səfəri: Bakı”əsəri kimin xatirələrindən ibarətdir?
A) X.Natəvanın
B) A.Dümanın
C) M.Piqulevskinin
D) X.Usmiyevin
E) J.P.Moynenin
Gülhüseyn Hüseynoğlunun “Müəllimin arzusu” hekayəsində hansı böyük şairdən söhbət açılırdı?
A) Məmməd Arazdan
B) Səməd Vurğundan
C) Hüseyn Caviddən
D) Mikayıl Müşfiqdən
E) Bəxtiyar Vahabzadədən
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top