Tapılan ümumi test sayı : 220

Cümlədəki isimlərin hansı halda olduğunu ardıcıllıqla göstərin. Həkim məsləhəti ilə xəstələrin hamısını müayinə etdilər
A) yiyəlik, adlıq
B) yiyəlik, təsirlik
C) adlıq,təsirlik, yiyəlik, adlıq
D) adlıq, adlıq,
E) yiyəlik, adlıq, yiyəlik, təsirlik
Fikirlərdən biri səhvdir
A) bekar-işsiz,məşğuliyyətsiz deməkdir.
B) zindan eyni nitq hissəsinə aid omonim sözdür.
C) iffətli –ismətli, həyalı, namuslu sözləri ilə sinonimdir.
D) qala sözü omonim olub isim və fel kimi işlənir.
E) servis-qab dəsti, serviz-əhaliyə məişət xidməti deməkdir
Mübtədası sadə olan cümlə hansıdır?
A) Əlimuxtar və Şahsənəm bu məsələni birlikdə həll edəcəklər.
B) «Od gəlini» faciəsini Cəfər Cabbarlı yazıb.
C) Yaxşı oxumaq hamıdan tələb olunur.
D) Şairin həyatı çox acınacaqlı keçib.
E) Araz çayı Azərbaycanı iki yerə ayırır.
Sözlərdən yalnız birinə saitlə başlanan hal şəkilçisi artırdıqda söz kökündəki son sait düşmür:
A) ətir
B) isim
C) sətir
D) fəsil
E) çiyin
Hansı sözün yazılışı səhvdir?
A) müdrük
B) peşman
C) açıq-qırmızı
D) əhvali-ruhiyyə
E) müəssisə
“Üstünlük” sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri seçin: 1. Sözdə 8 səs, 8 hərf vardır. 2. Deyilişi ilə yazılışı fərqlənmir. 3. [ü] – incə, dodaqlanan, qapalı saitdir. 4. Sözdəki [s], [t], [x`] kar, [n], [l] cingiltili samitlərdir. 5. Sözdə incə saitlərin ahəngi vardır. 6. Vurğusu ikinci hecaya düşür
A) 1, 4, 5
B) 3, 4, 5
C) 1, 3, 5
D) 2, 5, 6
E) 2, 3, 6
Mürəkkəb adlar haqqındakı fikirlərdən biri səhvdir.
A) Frazeoloji birləşmələr də mürəkkəb addır, bəzən onlara "abreviatur"deyilir.
B) Bütövlükdə cümlənin bir üzvü olur.
C) Tərkibindəki sözlər ayrı yazılır.
D) Mürəkkəb adların bir çoxunun qəbul edilmiş vahid ixtisar forması var.
E) Tərkibindəki hər sözün öz vurğusu olur.
Fərqləndirilmiş sözlərin arasında hansı sintaktik əlaqə var? Payız günəşinin mavi sularda əks olunan şüaları onun gözlərini qamaşdırırdı.
A) yanaşma
B) uzlaşma, idarə
C) idarə
D) uzlaşma
E) idarə, yanaşma
Elə baş cümlə seçin ki, «həmişə yaxşılıq etsin» cümləsi təyin budaq cümləsi olsun
A) Söhbət əsasında o da deyildi ki,…
B) Ata oğluna məsləhət etdi ki,…
C) O çalışmırdı ki,...
D) İnsan o zaman sevilər ki,…
E) Mən insan o adama deyərəm ki,…
Hansı misralarda həmcins üzvlər işlənmişdir? Qara yel gah əsir, gah da dayanır. Hələ də evlərdə buxarı yanır. Yağışlar çoxalır, göllənir sular. Qamış da göyərir canı var kimi
A) üçüncü və dördüncü
B) birinci və ikinci
C) birinci və üçüncü
D) üçüncü
E) birinci
Tərəflərindən biri ayrılıqda işlənə bilməyən mürəkkəb isimlər olan cərgəni göstərin:
A) ağacdələn, dəmir-dümür
B) ayaqqabı, oğul-uşaq
C) mer-meyvə, kağız-kuğuz
D) gecə-gündüz, baramaqurdu
E) dizin-dizin, əyri-əyri
Nümunələrdən birində feli bağlama tərkibi səbəb zərfliyi kimi işlədilmişdir:
A) Birdən dəhşətli ildırım şaqqıltısını eşidib qorxdum
B) Ana balalarına baxarkən sevinirdi.
C) İnsan yaşa dolduqca daha da müdrikləşməlidir.
D) Maşın sola burulanda sürücü sürəti artırdı.
E) Böyüyə qulaq asanda iş də yaxşı gedir.
Uzun saitli sözləri göstərin. 1. amal 2. mütləq 3. sonra 4. norma 5. namuslu 6. aşpaz 7. asan 8. kitab
A) 1,4,7
B) 4,6,8
C) 2,4,6
D) 3,5,7
E) 1,3,5
Sinonimlər cərgəsini göstərin
A) qurd-canavar
B) göz-qaş
C) tullamaq-yığmaq
D) qəmli-fərəhli
E) çox-az
Verilmiş cümlənin morfoloji təhlili ilə bağlı yanlış fikir hansıdır? Onun dedikləri görülməli işi yubadır.
A) “Onun” - yiyəlik halda olan şəxs əvəzliyidir.
B) “dedikləri” - isimləşmiş feli sifətdir.
C) “görülməli” - düzəltmə feldir, məchul növdədir, təsriflənməyən feldir.
D) “işi” – mənsubiyyət şəkilçili adlıq halda olan isimdir.
E) “yubadır” - xəbər şəklində olan sadə, təsirli feldir.
Sadalanan xüsusiyyətlərdən yalnız biri hansı sözdədir? 1. Ahəng qanununun pozulması 2. Sözdə uzun tələffüz olunan saitin olması
A) asudə
B) elan
C) üsul
D) malik
E) sakit
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bağlayan bağlayıcılar hansılardır?
A) həm, həm də, da, də
B) amma, ancaq, lakin
C) ya, ya da, gah, gah da
D) nə, nə də, ya, ya da
E) hətta, o cümlədən
Hansı cümlədə “ki” ədat kimi işlənib?
A) Danış ki, ürəyin boşalsın.
B) Mən bilirəm ki, zəhmət qiymətsiz qalmaz.
C) Onun ki bu məsələdən xəbəri yoxdur.
D) Atalar deyib ki, bu günün işini sabaha qoyma.
E) Elə yaşa ki, sonra utanmayasan.
Uyğunluğu müəyyən edin. I. Vurğu üçüncü hecaya düşür. II. Vurğu ikinci hecaya düşür. III. Vurğu birinci hecaya düşür. 1. tamamilə, geologiya 2. Fransa, fosfor 3. mahircəsinə, meduza
A) I-1 II-2 III-3
B) I-2 II-3 III-1
C) I-3 II-2 III-1
D) I-1 II-3 III-2
E) I-2 II-1 III-3
Keyfiyyət bildirən sifəti göstərin.
A) qısa
B) əsəbi
C) sarı
D) uzun
E) incə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top