Tapılan ümumi test sayı : 129

Problem situasiyanın yaradılması zamanı buraxılan səhvi göstərin:
A) Müəllim şagirdin qarşısına onun səviyyəsi üçünçox çətin problem qoyur.
B) Problem düşündürücüdür, müxtəlif fikirlər yaradır.
C) Qoyulan problemdə ziddiyyəti həll etmək tələbolunur
D) Problemin həlli müxtəlif fərziyyələr yaradır.
E) Hər bir şagirdin bilik və təcrübəsindən istifadəetməklə problemin həlli yollarını tapmağa xidmətedir
Perspektiv planlaşdırmaya aiddir:
A) Tədris vahidlərinin və mövzuların ardıcıllığınımüəyyənləşdirmək
B) Hər bir dərsdə reallaşdırılacaq alt-standartlarauyğun təlim nəticələrini müəyyənləşdirmək.
C) Tapşırıqları dərsin təlim nəticələri iləuyğunlaşdırmaq.
D) Dərsin icmalını hazırlamaq.
E) İş vərəqləri hazırlamaq.
Pedaqoji texnologiya:
A) Pedaqoji prosesə texnoloji proses kimiyanaşılması, son nəticəyə nailolma əməliyyatlarınınardıcıllığı
B) Tərbiyə məsələlərinə nəzəri yanaşmalarınməcmusu.
C) Öyrənilən elm sahəsində ideyalar məcmusu.
D) Düzgün cavab yoxdur.
E) Bütün cavablar doğrudur.
Müəllimin innovativ fəaliyyətinə aid olmayanları göstərin: 1. İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir. 2. Yeni təlim üsulları yaradır. 3. Təlim proresində şagirdə obyekt kimi yanaşır. 4. İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir. 5. Təlim prosesində şagirdlərə mövzu ilə bağlı daha çox məlumat verməyə çalışır
A) 1,2,4
B) 1,2
C) 3,5
D) 4,5
E) 1,3,5
Müəllimin vəzifələrinə aid deyil:
A) Təhsilalanlarda fəal vətəndaş mövqeyiformalaşdırmaq.
B) Pedaqoji etika və əxlaq normalarına riayət etmək.
C) Şagirdlərin təlim nailiyyətlərini qiymətləndirmək.
D) Təhsil sahəsində dövlət siyasətinin həyatakeçirilməsində iştirak etmək
E) Dərslik və dərs vəsaitləri hazırlamaq.
Taksonomiyalar təlim prosesində hansı imkanları yaradır? 1.Təlim məqsədlərini düzgün müəyyənləşdirmək. 2. Dərsin bütün mərhələləri arasında vaxtı paylaşdırıb, onları tam şəkildə həyata keçirmək. 3. Qoyulmuş məqsədlərə uyğun qiymətləndirmə vasitələrini seçmək. 4. Şagirdlərin fəaliyyətini stimullaşdırmaq
A) 2,4
B) 3,4
C) 1,3
D) 1,2
E) 1,4
Verilənlərdən alt – standartın funksiyalarını seçin: 1.Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır. 2.Təhsil strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır. 3.Təlimdə inteqrativliyi təmin edir. 4.Bütün növ qiymətləndirmənin aparılmasını təmin edir. 5.Təlimin məzmununun davamlı inkişafını təmin edir
A) 2,4,5
B) 1,3,5
C) 1,2,5
D) 1,2,3
E) 1,3,4
Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aiddir:
A) Qiymətləndirmə standartları və mexanizmlərimüəyyən edilmişdir
B) Təklifyönümlüdür.
C) Bilikyönümlüdür.
D) Fəndaxili və fənlərarası əlaqə məqsədyönlüvə sistemli xarakter daşımır.
E) Müəllimyönümlüdür.
“Şəxsiyyətyönümlülük” dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Fərdin, cəmiyyətin və dövlətin dəyişənehtiyac və tələbatlarının nəzərə alınması
B) Təhsilalanın idraki, ünsiyyət və psixomotorfəaliyyətləri əsasında həyati bacarıqlarını inkişafetdirməklə milli və bəşəri dəyərlərinformalaşdırlması
C) Təhsilin məzmun komponentlərinin bir-biri iləsistemli şəkildə əlaqələndirilməsi.
D) Еnsiklopedik biliyə malik insanın yetişdirilməsi.
E) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələrformasında əvvəlcədən müəyyənləşdirilməsi.
Kiçik summativ qiymətləndirmənin (KSQ) xüsusiyyətlərini seçin: 1. Bəhs və ya bölmənin sonunda keçirilir. 2. Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi tərəfindən hazırlanır. 3. KSQ bir dərs ərzində keçirilir. 4. Yarımilin sonunda keçirilir. 5. Yarımillik qiymətə təsir etmir.
A) 1,5
B) 3,4
C) 2,4,5
D) 1,3
E) 1,2,3
Diaqnostik qiymətləndirmədə istifadə olunan vasitələr hansılardır?
A) Şifahi təqdimat, testlər
B) Müşahidə, şagirdlərin şifahi cavabları
C) Müsahibə, şagirdlərin yazı işlərinin təhlili
D) Təqdimatlar, müşahidə
E) Tapşırıqlar, sorğu vərəqi
“Portfolio” nədir?
A) Şagirdin yazı işləri
B) Şagirdin təlim nailiyyətləri və inkişafgöstəricilərindən, pedaqoji heyətin rəy vətövsiyələrindən ibarət sənədlər toplusu
C) Müəllimlərin şagird haqqında rəyləri
D) Şagirdin davranışı barədə məlumatlar
E) Şagirdin sağlamlıq göstəriciləri
Formativ qiymətləndirmə nə vaxt aparılır?
A) Kiçik summativ qiymətləndirmədən əvvəl.
B) Yalnız tədris ilinin sonunda
C) Təlim prosesinin əvvəlində.
D) Hər yarımilliyin sonunda
E) Dərs ilinin əvvəlindən başlayaraq gündəlikolaraq
Bunlardan biri məktəbdaxili qiymətləndirmənin tərkib hissəsi deyil?
A) Böyük summativ qiymətləndirmə
B) Milli qiymətləndirmə
C) Formativ qiymətləndirmə
D) Diaqnostik qiymətləndirmə
E) Kiçik summativ qiymətləndirmə
Biri tədris resursuna aid deyil:
A) Əyani vəsaitlər
B) Didaktik materiallar
C) Test tapşırıqları
D) Tədris planı
E) Elektron təlim vasitələri
Təlim zamanı üsullar seçilərkən nəyi nəzərə almaq lazımdır? 1. Şagirdlərin yaş səviyyəsini 2. Mövzunu 3. Ümumi təlim nəticələrini 4. Dərsin hansı mərhələsində istifadə olunacağını 5. Dərsin gözlənilən təlim nəticələrini
A) 3,4,5
B) 1,4,5
C) 1,2,3
D) 2,4,5
E) 1,3,5
“Venn diaqramı”dan nə məqsədlə istifadə olunur?
A) Şagirdlərdə əməkdaşlıq bacarıqlarınınformalaşdırılması üçün
B) Məntiqi təfəkkürü inkişaf etdirmək, səhvlərimüəyyən etmək üçün
C) Şagirdlərin nitq qabiliyyətini inkişaf etdirməküçün
D) Çətin vəziyyətlərdə problemin bir neçə həlliyolunu tapmaq üçün
E) Əşya və hadisələri müqayisə etmək, onların oxşarvə fərqli cəhətlərini müəyyən etmək üçün
Biri fəal (interaktiv) təlimin mərhələsidir:
A) Qrup işinin təşkili
B) Veb-resurslardan istifadə
C) Şagirdlərdə tədqiqatçılıq bacarıqlarınınformalaşdırılması.
D) İş vərəqlərinin hazırlanması
E) Məlumat mübadiləsi
Fasilitasiya nəyə əsaslanır? Biri səhvdir:
A) Şagirdlərə problemi həll etmək üçün köməkgöstərilir və bəzi məqamlarda tapşırıq onlarınəvəzinə yerinə yetirilir
B) Müəllim və şagirdlərin birgə əməkdaşlığı.
C) Müəllim və şagirdlərin qarşılıqlı hörmət vəetibarı.
D) Qapalı suallardan daha çox açıq suallaraüstünlük verilir
E) Şagirdlərdə öyrənmə motivasiyasınınyaradılması
Təlim strategiyalarına aid olanları seçin: 1. Təlim fəaliyyətinin planlaşdırılması 2. Qiymətləndirmə növləri 3. İş formaları 4. Təlimin nəticələri 5. Məzmun standartları 6. Üsullar
A) 3, 4, 6
B) 1, 2, 3
C) 1, 3, 6
D) 1, 3, 4
E) 2, 3, 5
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top