Tapılan ümumi test sayı : 129

Aşağıda sadalananlardan hansı didaktik prinsip deyil?
A) Fasiləsizlik
B) Varislik
C) Sistemlilik
D) Elmilik
E) Şagirdlərin fəallığı
Perspektiv planlaşdırmaya hansı daxil deyil?
A) Qiymətləndirmə növlərini müəyyənləşdirmək.
B) Məzmun standartlarına əsasən tədris vahidi vəmövzuları müəyyənləşdirmək.
C) Motivasiya yaratmaq.
D) Resurslar seçmək.
E) İnteqrasiya imkanlarını müəyyən etmək.
Müəllimin innovativ fəaliyyətinə aid olanları göstərin: 1. İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir. 2. Yeni təlim üsulları yaradır. 3. Təlim proresində şagirdə obyekt kimi yanaşır. 4. İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir. 5. Təlim prosesində şagirdlərə mövzu ilə bağlı daha çox məlumat verməyə çalışır
A) 1,2,5
B) 1,2,4
C) 1,3,5
D) 3,4,5
E) 1,3,4
Tərbiyə sisteminin komponentlərinə aiddir:
A) Tərbiyənin məqsədi
B) Tərbiyənin məzmunu
C) Düzgün cavab yoxdur
D) Tərbiyəvi işin forma və üsulları
E) Bütün cavablar doğrudur.
Bir alt-standartı reallaşdırmaq üçün neçə təlim nəticəsi müəyyənləşdirmək olar?
A) Standartın reallaşmasına xidmət edəcək qədər
B) Ən çoxu iki
C) Alt-standart əsasında təlim nəticəsiçıxarılmamalıdır
D) Yalnız bir
E) Standart tələb etsə də, yalnız iki- üç
Kurikulumun xüsusiyyətlərini göstərin. 1. Şəxsiyyətyönümlü2. Nəticəyönümlü 3. Təklifyönümlü 4. İnteqrativlik 5. Tələbyönümlü 6. Fənyönümlü 7. Bilikyönümlü 8. Müəllimyönümlü
A) 2, 3, 4, 5
B) 1, 2, 3, 4
C) 1, 2, 4, 5
D) 2, 5, 6, 8
E) 1, 3, 4, 7
Fənn kurikulumunda nə əks olunub? 1. Qiymətləndirmə növləri və üsulları 2. Mövzülar 3. Məzmun (fənnin məqsədi, məzmun xətti, standartlar, alt-standartlar) 4. Həftəlik dərs saatlarının miqdarı 5. Təlim strategiyaları
A) 1, 3, 5
B) 1, 2, 4
C) 3, 4, 5
D) 2, 3, 5
E) 2, 4, 5
“Şagirdyönümlülük” dedikdə kurikulumda nə nəzərdə tutulur?
A) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməkləonlarda milli və bəşəri dəyərlərinformalaşdırılmasıdır.
B) Təlim nailiyyətlərinin nəticələr formasındamüəyyən edilməsidir
C) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac vətələbatlarının nəzərə alınmasıdır.
D) Тəhsilin məzmun komponentlərinin bir-biri iləsistemli şəkildə əlaqələndirilməsidir.
E) Təhsil sahəsində fəaliyyətlərin təhsilalanınmənafeyinə, maraq və təlabatlarının ödənilməsinə,istedad və qabiliyyətlərinin, potensial imkanlarınıninkişafına xidmət etməsidir.
Formativ qiymətləndirmənin məqsədi:
A) Müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bacarıq və vərdişlərinin səviyyəsinin qiymətləndirilməsi
B) Fənn üzrə şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsi
C) Bölmə üzrə mövzuların tədrisinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi
D) Şagirdin təlim prosesində irəliləyişinin izlənilməsi
E) Yarımilin və tədris ilinin sonunda şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi
Hansı cərgədə müasir qiymətləndirməyə aid olmayan xüsusiyyət verilmişdir?
A) Dərsin yalnız müəyyən bir hissəsində tətbiq edilir.
B) Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilmişdir
C) Qiymətləndirmə standartlarına əsaslanır.
D) Keyfiyyət göstəricisini nəzərə alır.
E) Şəxsiyyətin inkişafına yönəlmişdir.
Sadalananlardan biri qrup işi zamanı buraxılan səhvdir:
A) Qrupların işini müəyyən etmək və ona nəzarət etmək.
B) İşin yerinə yetirilməsi üçün dəqiq vaxt müəyyən etmək.
C) Qiymətləndirmə meyarlarını şagirdlərin diqqətinə çatdırmaq.
D) Müəllim tərəfindən qruplarda vəzifələri bölmək, lideri təyin etmək.
E) Qrup üzvlərinin suallarına cavab vermək.
Aşağıdakılardan biri fasilitasiya qaydalarını pozur:
A) Şagirdlərin sərbəst şəkildə fikir bildirməsinə şərait yaradılmır.
B) Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarıqları formalaşdırır.
C) Müəllim və şagirdlərin birgə əməkdaşlığına əsaslanır.
D) Şagirdlərdə öyrənməyə stimul və motivasiya yaradılmasına xidmət edir.
E) Şagirdlərin əvəzinə fikirləri izah etməyə icazə verilmir
Təlim strategiyalarına aid deyil:
A) Həftəlik dərs saatlarının miqdarı
B) Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
C) Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri
D) Təlimin təşkilinə verilən tələblər
E) Forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr
İdrak taksonomiyasının mərhələləri əks olunmuş cərgəni müəyyən edin.
A) Hiss etmək, hazır olmaq, təqlid etmək, uyğunlaşmaq
B) Məqbul saymaq, bilmək, anlamaq, hazır olmaq, tətbiq etmək
C) Yadda saxlamaq,anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək, yaratmaq
D) Bilmək, anlamaq, hiss etmək, tətbiq etmək, yaratmaq
E) Bilmək, məqbul saymaq, dəyərləndirmək, təşkil etmək
Müəllimlərin innovativ fəaliyyətinin nəticəsinə aid olanları göstərin: 1. Təhsilin keyfiyyəti yüksəlir. 2. Təhsildən yayınma halları artır. 3. Təhsil müəssisəsinin nüfuzu artır. 4. Şagirdlərin kompetensiyası artır. 5.Təhsil müəssisəsində psixoloji iqlim pisləşir
A) 2,3,5
B) 1,3,4
C) 1,3,5
D) 2,3,4
E) 1,2,3
Pedaqoji diaqnostika:
A) Pedaqoji prosesin idarə edilməsidir.
B) Konkret bir şagirdlə bağlı qərar qəbul edilməsidir
C) Təlimin mahiyyətinin dərk edilməsi vasitəsidir
D) Pedaqoji prosesin fasiləsizliyidir.
E) Pedaqoji prosesdə inkişaf və ya korreksiya yollarını müəyyən etməyə imkan verən fəaliyyət növüdür
Müəllimin hüquqlarına aid deyil:
A) Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək.
B) Pedaqoji şuraya rəhbərlik etmək
C) Təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək.
D) Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək.
E) İxtisasını artırmaq və təkmilləşdirmək.
Təhsil standartı nədir?
A) Təlim prosesində istifadə olunan metod və üsulların məcmusudur.
B) Təhsilalanların nailiyyət səviyyəsinin ölçülməsi meyarı.
C) Təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
D) Təhsilalanların bilik və bacarıqları məcmusudur.
E) Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinə qoyulmuş dövlət tələbidir
Məzmun xətti nədir?
A) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
B) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir
C) Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.
D) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.
E) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır.
Aşağıdakılardan biri kurikulumun əsas xüsusiyyətlərinə aid deyil:
A) Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilib.
B) Təklifyönümlüdür.
C) Fəndaxili və fənlərarası əlaqə əsas prinsip kimi qəbul olunub.
D) Şagirdyönümlüdür.
E) Tələbyönümlüdür.
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top